Sahibə Qafarova Aliya El-Yassir ilə görüşüb
14-10-2021 [12:40]
Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.
Mia.az xəbər verir ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirən Milli Məclisin sədri deyib ki, ölkəmiz həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. O, xatırladıb ki, Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Müasir dövrdə dünyada baş verən dəyişikliklər fonunda qadınların bir çox sahələrdə artan rolu haqqında danışan Sahibə Qafarova deyib ki, bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.
Görüşdə ölkəmizdə qadınlarla bağlı dövlət siyasətinin tarixi barədə məlumat verən spiker qeyd edib ki, Azərbaycan qadınları həmişə ictimai-siyasi proseslərdə fəal olub. O, xatırladıb ki, 1918-ci ildə Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti qadınlara seçki hüququ verən qanun qəbul edib. Bununla da Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi, universal seçki hərəkatının da öncüsü olmuşdur.
S.Qafarova 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində də yeni uğurlar əldə edildiyini qeyd edib. O, bu sahədə atılan addımların qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsinə, onların ölkəmizin inkişafına töhfələrinin əsaslı şəkildə artmasına imkan verdiyini bildirib. Milli Məclisin sədri Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın müasir dövlətçiliyimizdə böyük xidmətlərini xüsusi vurğulayaraq, onun çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün örnək təşkil etdiyini söyləyib.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə həyata keçirib. Milli Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuldur.
BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir müasir dövrdə gender məsələləri, qadınların cəmiyyətlərdə artan rolu, bir sıra ölkələrdə cinsi ayrı seçkiliklə bağlı problemlər və digər məsələlərə toxunub. O, iki il öncə Azərbaycana səfərini xatırladaraq, ölkəmizdə gender sahəsində vəziyyətlə tanış olduğunu, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlu olduğunu bildirib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qadınların cəmiyyətdə rolu barədə fikirlərini bölüşüb.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR