Bakcell pandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib
30-09-2021 [21:32]
Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə birlikdə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir.
Mia.az xəbər verir ki, uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir layihə - “COVİD-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü sayəsində 30 nəfər gənc karantin zamanı təhsillərini onlayn davam etdirə bilib. Bu məqsədlə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndləri lazımı sayda kompüter və internet bağlantısı ilə təchiz olunub. Nəticədə, təşkilatın himayəsindəki gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan öncəki 2018/2019-cu təhsil ilinin göstəricilərini üstələyib.
“COVİD-19 bütün dünyanı dəyişib və biz KSM Strategiyamızın ən prioritet istiqamətlərindən olan gənclərin təhsilinə töhfə vermək üçün yeni üsullar tapmalı olduq. Biz daha çox uşağın keyfiyyətli təhsil alması üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir” deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Qeyd edək ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb. Layihə assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunub. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar.
Bakcell şirkətinin həyata keçirdiyi “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi haqqında
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə dünyanın 137 ölkəsində fəaliyyət göstərən “SOS Kinderdorf İnterneyşnl” Beynəlxalq Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən, 1999-cu ildə təsis edilmişdir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001 - ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir. 2005-ci ildə isə Gəncə SOS Uşaq Kəndi öz fəaliyyətinə başlamışdır. Artıq 20 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas məramı kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir.
SOS Uşaq Kəndləri Azərbaycan və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.soschildren.az internet səhifəsinə daxil olun və ya 012 498 82 98-ə zəng edin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi