ABŞ ordu yeritdiyi dövlətlərin sərvətlərini talan etməklə məşğul olur"
29-09-2021 [17:39]
“Ankara istərdi ki, ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi Suriya və İraqdan da çıxsın”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS telekanalına müsahibəsində deyib.
“Əlbəttə, əgər seçim şansı məndə olsaydı istərdim ki, onlar Əfqanıstandan çıxdıqları kimi Suriya və İraqdan da çıxsınlar”, - Ərdoğan jurnalistin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, əgər bu regionda sülhün təmin edilməsindən danışılırsa, orada qalmağın mənası da yoxdur: “Biz, sadəcə olaraq, bu xalqlara, hökumətlərə qərarı özlərinin verməsinə imkan yaratmalıyıq”.
Amerika qoşunlarının çıxdığı yerlərdə sülh, əmin-amanlıq olurmu? Yaxın Şərqin qaynar nöqtələrində sülhün yaranacağı inandırıcıdırmı?
Hamıya aydındır ki, ABŞ qoşunlarının çıxması şərt deyil, ordu çıxsa da, siyasət qalır, barmaq qalır.
Əhəd Məmmədli – AĞ PARTİYA
Əhəd Məmmədli: “Türkiyə yenidən oralara qayıtmalıdır”
Siyasi şərhçi Əhəd Məmmədli Yaxın Şərqdə münaqişələrin dayandırılmasının yeganə bir yolunu görür: “Amerika və ya fərq etməz digər işğalçı ölkənin qoşunlarının başqa ölkə ərazisində qaldığı yerdə sülh əmin-amanlıq ola bilməz. İşğalçı ordular işğal etdiyi ərazilərdən çıxmadıqca bütün günahlar onların üzərində qalır. Əksinə, işğalçı ordular işğal etdiyi ölkədən çıxdığı halda əgər yenə də həmin ölkədə sülh əmin-amanlıq bərqərar olmursa, bu artıq həmin ölkənin günahına çevrilir. Ona görə Amerika işğal etdiyi ölkələrdən çıxmalıdır ki, günah, ittiham oxlarını öz üzərindən götürə bilsin. Yaxın Şərq ölkələrində xalqın sevdiyi, seçdiyi liderlər hakimiyyətə gəlsə, bu regionda nəhayət ki, sülh də, əmin-amanlıq da olar. Təəssüf ki, Amerika, Rusiya, Fransa kimi ölkələr Yaxın Şərqdə sülhün, əmin-amanlığın bərqərar olmasına imkan vermirlər. Siz dediyiniz kimi, barmaq, çomaqlarını Yaxın Şərqə soxurlar və aranı bir-birinə qatırlar. Yaxın Şərq Türkiyənin nəzarətinə verilməlidir ki, orada yenidən qayda-qanun olsun. Yaxın Şərq Osmanlı Türkiyəsinin nəzarəti altında olanda oralar gül-çiçək idi. Türk o torpaqlardan gedəndən sonra oradan hələ də qan axır. Qanı Yaxın Şərqdə dayandırmağın bir yolu var, türk yenidən oralara qayıtmalıdır”.
Azər Hüseynov: “Amerika Avrasiyadan getməlidir”
Siyasi ekspert Azər Hüseynov Amerikanın oradan getməsində maraqlı olan gücləri sadaladı: “Amerika qoşunlarının çıxarılması yaxşı olardı. Çünki sahədə hərbi gücün yoxdursa, siyasətin natamamdır, demək. Ona görə də sayın Ərdoğan bilir nə deyir. Amerika Avrasiyadan getməlidir. Ondan sonra yerli assimetrik aktorlar və PYD kimi güclər zəifləyəcəkdir. Bütün bunlar yeni Avrasiyaya gedən yoldur. Amerikanın getməsində maraqlı olanlar Türkiyə, Britaniya, o cümlədən bizik. Barmağa gəldikdə isə o barmaq artıq həmin barmaq deyildir”.
Niyaməddin Orduxanlı: “Amerika qoşunlarının çıxdığı yerlərdə...”
Politoloq Niyaməddin Orduxanlının ABŞ-a yönəlik fikirləri kifayət qədər sərtdir: “İlk öncə sual olmalıdır ki, niyə ABŞ-ın ordusu başqa ölkələrdə olmalıdır?! Hansı əsaslarla min kilomterlərlə ABŞ-dan aralı ölkələrə ordu yeritməlidir? Bütün bunlar beynəlxalq hüququn ABŞ tərəfindən kobud şəkildə pozulmasıdır. Hətta ABŞ BMT Təhlükəsizlik Şurasının qərarı olmadan İraqa ordu yeritdi. Adını da qoydu ki, deyəsən İraqda nüvə başlığı var. İşğal edəndən sonra da bəyan etdi ki, İraqda heç bir nüvə başlığı yoxdur. Bu gün açıq şəkildə deyə bilər ki, ABŞ ordusunu yeritdiyi ölkələrə məhz iqtisadi maraqlarını təmin etmək, həmin ölkələrin təbii sərvətlərini, neft, qaz, qızıl və s. əldə etmək üçün yerləşdirir. İşğal etdikdən sonra o ölkənin daşına qədər ABŞ-a daşıyır. Bunu hamı bilir və görür. Heç kim də ABŞ-ın bu siyasətinə etiraz etmir. İşğal etdikləri ölkələri 20 ildən sonra tərk edir. Bu gün hörmətli Ərdoğanın ABŞ qoşunlarının Əfqanıstandan çıxdığı kimi Suriya və İraqdan da çıxması fikri çox doğru yanaşmadır. Heç kim cəsarət edib, bunu dilə gətirmək istəmir. Nəyə görə? ABŞ-dan qorxduqları üçün. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS telekanalına müsahibəsində çəkinmədən ”Əlbəttə, əgər seçim şansı məndə olsaydı istərdim ki, onlar Əfqanıstandan çıxdıqları kimi Suriya və İraqdan da çıxsınlar" deyir. Amerika qoşunlarının çıxdığı yerlərdə sülh, əmin-amanlıq olurmu? Qətiyyən olmur. Əksinə, daha böyük fəlakətlərlə üzbəüz qalırlar. 20 il silahlanmış xalq bir-birinə qarşı amansız mübarizəyə başlayır. Bir faktı deyim ki, ABŞ ordusunun daxil olduğu ölkələr, ən azından 100 il geriləyirlər. Şəhərlər viran qalır, dağıdılır, xalqların inkişaf səviyyəsi geriləyir. 20 il müharibə ilə üzləşən dövlət necə inkişaf edə bilər? Yaxın Şərqin qaynar nöqtələrində sülhün yaranacağı da inandırıcı deyil. Və buna heç kim inanmır. ABŞ qoşunlarının çıxması şərt deyil, ordu çıxsa da, siyasət qalır, ABŞ öz nəzarət imkanlarını özündə saxlayır. O dövlətlərdə yaşayan xalqlar bir-biri ilə silahlı toqquşmalara başlayırlar. Hətta tayfalara bölünərək mübarizə aparırlar".
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR