YAP Xətai rayon təşkilatında 650 baldan yüksək nəticə göstərən məzunlarla görüş keçirilib
24-09-2021 [15:28]
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında 650 baldan yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Mia.az xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsildə, elmi biliklərə yiyələnməkdə uğurlar arzulayıb.
V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: “Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində özünün aktiv fəaliyyəti, iştirakı ilə seçilir. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin qabaqcıl qüvvəsinə çevrilib”.
Təhsilin insan həyatındakı önəmindən danışan V. Rəhimzadə məhz təhsilin bütün uğurların açarı olduğunu vurğulayıb: “Məhz buna görə də bu gün Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə inşa edilən, müasir standartlara cavab verən, yeni məktəb binaları, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir”.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov diqqəti İkinci Qarabağ savaşına çəkərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanıb. O qeyd edib ki, “XXI əsr müharibəsi” adlandırılan Vətən müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da, bu gün qürurla qeyd etdiyimiz Qələbəni Azərbaycan gəncliyinin, mərd oğullarımızın sayəsində qazanmışıq: “Çünki məhz hər bir cəmiyyətin hərəkətverici qüvvəsi onun gəncləridir. Vətənini millətini, torpağını sevən oğul və qızlarıdır. Onların təhsilinə, inkişafına qoyulan sərmayə parlaq gələcəyin təminatıdır. Ulu öndər Heydər Əliyevin : “Gənclər bizim gələcəyimizdir” sözləri də gələcəyimiz olan gənclərin ehtiyaclarına, inkişafına və tərbiyəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Həsən Daşdəmirov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır: “Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılıb”.
Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi