QHT-lər üçün kiçik qrantlar müsabiqəsi elan ediləcək
20-09-2021 [20:10]
Sentyabrın 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 400-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə ictimai müzakirə keçirib.
Agentlikdən verilən məlumata görə, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müzakirəni giriş sözü ilə açaraq qurumun ilk qrant müsabiqəsinin mövzularının QHT-lərlə geniş müzakirəsinin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, QHT-lər hansı mövzuları prioritet hesab edirlərsə, hansı mövzular ictimai baxımdan daha çox əhəmiyyət kəsb edirsə, bunu Agentliyə bildirsinlər: “Biz qeyd olunan mövzuları qrant müsabiqəsinin əsas istiqamətlərinin yekun müzakirəsində nəzərə alaq”.
Eyni zamanda Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Əvəz Həsənov və Zaur İbrahimli çıxış edərək kiçik qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərin müzakirəsinin QHT-lər üçün əlverişli mühitin yaradılmasında və Agentliyin fəaliyyətində QHT-lərin iştirakçılığının artırılması istiqamətində mühüm rol oynadığını vurğulayıblar.
Sonra QHT təmsilçiləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə təkliflər irəli sürüblər. Təkliflər arasında milli maraqların qorunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması, işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsi, milli mənəvi dəyərlərin qorunması, regionlarda sahibkarlığın inkişafı, COVİD-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin aparılması, uşaq hüquqları ilə bağlı hesabatların hazırlanması, şəhid ailələrinə və qazilərə qayğının artırılması, korrupsiyaya qarşı mübarizə, ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində təşəbbüslərin göstərilməsi, narkomaniya ilə mübarizə və digər mövzular səsləndirilib.
Sonda V.Quliyev çıxış edərək müzakirələrdə öz fikirlərini səsləndirmək imkanı olmayan QHT-lərin bütün təkliflərinin elektron poçt vasitəsilə toplanacağını, onların bir daha nəzərdən keçirilərək yaxın zamanlarda kiçik qrantlar müsabiqəsinin elan ediləcəyini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi