Artur Rasizadə qonaqlıq verdi – (Yenilənib 5)

img

12-02-2014 [16:05]


Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin adından Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin şərəfinə nahar verilib.

Virtualaz.org-un azvision.az-a istinadən məlumatına görə, mərasimdə Artur Rasizadə ilə Georgi Marqvelaşvili arasında 2 ölkə arasında münasibətlərin bundan sonra daha da inkişafı ilə bağlı müzakirələr aparılıb.

* * * 15:34

"Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarix və qonşuluq münasibətləri bağlayır”.

Virtualaz.org-un APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 12-də Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəhbərliyi etdiyi Gürcüstan nümayəndə heyəti ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Prezident İ. Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan müstəqil dövlətlər kimi bütün sahələrdə fəal əməkdaşlıq edir: "Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur. Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaq.

Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik”.

Gürcüstan prezidenti G. Marqvelaşvili də səfərin onlar üçün xüsusi əhəmiyyət daşıdığını deyib: "Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür”.

* * *13:32

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanda rəsmi səfərdəfir.

Xatırladaq ki, Gürcüstan prezidenti Azərbaycanın baş naziri Artur Rəsi-zadəylə və Azərbaycan parlamentinin sədri Oktay Əsədovla görüşəcək.

Qiorqi Marqvelaşvili 13 fevralda Qax-a baş çəkəcək. Onun burda etnik gürcü əhalisiylə görüşü planlaşdırılır.

Qeyd edək ki, Azərbaycana səfər edəcək gürcü nümayəndə heyətinin tərkibinə parlament üzvləri, Təhlükəsizlik Şurasının katibi, prezident administrasiyasının müdiri və xarici əlaqələr üzrə prezidentin katibi daxildir. Nümayəndə heyətinin rəsmi səfəri 13 fevralda başa çatacaq.

* * *11:56

Fevralın 12-də rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olub.

Virtualaz.orgxəbər verir ki, Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. İki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

* * *10:48

AzərTAc xəbər verir ki, Gürcüstan prezidenti Georgi Margvelaşvili fevralın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Bakının beynəlxalq aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

* * *10:18

Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçəsi, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarədən sürücülərə tövsiyə edilib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA