ADA Universiteti “Bir Müəllimin Manifesti” təhsil proqramına qəbul elan edir
14-09-2021 [18:01]
11 may 2021-ci ildə ADA Universiteti “Bir müəllimin manifesti” adlı təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını və təhsil missiyasının dəvam etdirilməsini öz üzərinə götürüb.
ADA-dan Mia.az-a verilən məlumata görə, artıq memarlıq-tikinti işləri başlanmışdır. Eyni zamanda təhsil proqramına aid hazırlıqlar tamamlanmış və tərtib olunmuş birillik ixtisasartırma proqramının 1 oktyabr 2021-ci il tarixindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildirmək istərdik ki, təklif olunan ixtisasartırma proqramı artıq ADA Universiteti tərəfindən Təhsilin İdarə Edilməsi fakültəsində bir neçə sertifikat proqramı əsasında uğurla sınaqdan keçirilmişdir. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak edə bilərlər. Proqram əyani və distant formatda aparılacaqdır. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçiriləcəkdir.
Proqramda aşağıdakı fənlər tədris olunacaq:
1. Müasir tədrisin əsasları (əyani və distant);
2. Tədqiqat metodları və Tədbiqi tədqiqat (əyani və distant);
3. Müəllim və Liderlik (əyani və distant);
4. Akademik yazı (əyani və distant);
5. İngilis dili (distant).
Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılacaqdır. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçiriləcəkdir. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunacaqdır. Vaşinqton Proqramı—Proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulmuşdur. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcək, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət abidələrində olacaq, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın təhsil sistemində mövcud olan qabaqcıl nümunələrlə tanış olacaqlar. Proqramın ABŞ komponentində iştirak etmək üçün proqramda nəzərdə tutulan bütün tələblərə riayət edən, yüksək fəallıq göstərən, yerli proqramda və xüsusilə ingilis dilində yüksək nəticə əldə edən müəllim və məktəb direktorları seçiləcəkdir. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunacaqlar.
Proqram iştirakçılarının seçim meyarları:
Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak edə bilərlər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, ən azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət edə bilərlər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına veriləcəkdir. İngilis dili bilikləri (ən azı başlanğıc səviyyəsi) arzu olunandır. Yekun seçim müsahibə əsasında aparılacaqdır. Maraqlanan şəxslər “CV”ni (Tərcümeyi-hal) sel@ada.edu.az elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi:
20 sentyabr 2021-ci il.
ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və özlərini belə bir layihədə görməyə hazır olan namizədləri gözləyir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi