Şəhid Asif Qəribovun doğum günü Şirvanda qeyd edilib - FOTOLAR
10-09-2021 [22:53]
Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Qəribov Asif Səxavət oğlunun bu gün cənnətdəki ilk doğum günüdür. Şəhidin 21 yaşı anadan olduğu, boya-başa çatdığı Şirvan şəhərində qeyd olunub.
Mia.az xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov başda olmaqla İcra Hakimiyyətinin, Şəhər bələdiyyəsinin rəhbər və məsul əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri, Şəhid ailələri, Şəhid Asif Səxavət oğlu Qəribovun ailə üzvləri, yaxınları onun ad günü ilə əlaqədar öncə Şirvan Şəhidlər Xiyabanına gəldilər. Şəhidlərin əziz xatirəsini yad edib, ruhlarına dualar etdilər.
Sonra tədbir iştirakçıları Şəhid Asif Qəribovun məzarını ziyarət edib. Qəbrüstü abidəsi önünə tər qərənfillər qoyub, ruhuna dualar ediblər. Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əlievanın rəhbərliyi, diqqət və qayğısı ilə Şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, Şəhid ailələrinə olunan təşkilati dəstəkdən, mənəvi və maddi köməkliklərdən danışıb. Onların mənzil-məişət problemlərinin, sosial qayğılarının aradan qaldırıldığını bildirib. Şirvan şəhərində də Şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edib.
Şəhid Asif Qəribovun ailəsinin yaşadığı fərdi evin YAŞAT Fondi tərəfindən inşa edildiyini, Şirvan Şəhidlər Xiyabanında “Şəhid Anası” abidə kompleksinin inşasının tamamlandığını vurğulayıb.
Tədbirdə çıxış edən Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Şəhidlərin ruhuna dualar ediblər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və ictimaiyyət nümayəndələri digər Şəhid məzarlarını da ziyarət edib, ruhlarına dualar ediblər.
Daha sonra tədbir iştirakçıları Şəhid Asif Qəribovun ailəsinin yaşadığı ünvanda inşa edilmiş “Xatirə bulağı”nın və lövhəsinin açılış mərasiminə qatıldılar. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhidin təhsil aldığı 18 saylı məktəbin direktoru İsmayıl Yusubov, müəllimləri çıxış edərək şəhid haqqında xatirələrini bölüşüb, Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, medalları ilə təltif edilən şəhidin igidliyinin və vətənpərvərliyinin gələcək nəzilllərə örnək olacağı diqqətə çatdırılıb. Sonda Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və şəhid anası Mərmər Qəribova Şəhidin xatirəsinə inşa edilən Bulağın və Xatirə lövhəsinin açılışını ediblər.
Şəhidin anası Mərmər Qəribova onlara olunan köməkliyə, diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirib.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi