Şirvanda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib - FOTOLAR
09-09-2021 [20:07]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında 2020-2021-ci tədris ilində 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan məzunlarla görüş keçirilib.
Mia.az xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq mərkəzi meydanda yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Milli Məclisin üzvü İltizam Yusifovun, Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin rəhbər və məsul əməkdaşlarının da iştirak etdiyi görüşü açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ötən tədris ilini uğurla başa vurub, tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik etdi. Təhsil alacaqları ali məktəbləri də yüksək nəticələrlə bitirib, müstəqil dövlətimizə ləyaqətlə xidmət etmələrini arzuladı. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qələbəni təmin edən, qəhrəman şəhidlərin yetişməkdə olan gənc nəslə nümunə olduğunu vurğuladı.
Vətən Müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar edildi.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, təhsilin ölkəmizdə prioritet sahə olduğunu qeyd etdi. Bildirdi ki, son illər ölkəmizdə 3500-dən çox məktəb yenidən tikilib və ya əsaslı təmir edilib. Şirvan şəhərində də 3, 5 və 21 nömrəli məktəblərin yeni binaları inşa edilib, 4, 9,10, 11, 16 nömrəli məktəblər əsaslı təmir edilib, yeni uşaq bağçası istifadəyə verilib. Təhsilin maddi-texniki bazası möhkəmləndirilib. Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində müəllimlərin iş şəraiti yaxşılaşıb, şagirdlərin hazırlıq səviyyəsi yüksəlib.
Görüşdə Milli Məclisin üzvü İltizam Yusifov çıxış edərək 600-dən çox bal toplayıb, ali məktəblərə qəbul olan tələbələri, onların müəllimlərini və valideynlərini təbrik edib.Gənclərə öz tövsiyəsini verib.
Tədbirdə çıxış edənŞirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev 2020-2021-ci tədris ilində şəhər üzrə qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Vətən Müharibəsində iştirak edən təhsil işçilərindən, istedadlı şagirdlərin üzə çıxarılmasından, həyata keçirilən layihələrdən danışıb, əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüşdə çıxış edən 16 №-li tam orta məktəbin müəllimi Aygün Səmədova, valideyn İlhamə Ağakişiyeva, 1 №-li tam orta məktəbi gümüş medalla bitirən Samirə Quliyeva ölkəmizdə, o cümlədən Şirvan şəhərində təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2020-2021-ci tədris ilində yüksək nəticələr əldə etdiklərinə görə bir qrup müəllimə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanını təqdim etdi. 600-dən yuxarı bal toplayıb, tələbə adını qazanan 25 nəfər məzuna, Respublika Fənn Olimpiadasının, fənn müsabiqələrinin qaliblərinə mükafatlar və qiymətli hədiyyələr təqdim edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi