"Bakcell" Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olunub
09-09-2021 [14:17]
“Bakcell” şəbəkəsi Ookla tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.
“Bakcell”dən Mia.az-a verilən məlumata görə, mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil tətbiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. "Bakcell"in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.
“Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz səylərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz “Bakcell” abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Qeyd edək ki, 2018-2019-cu illərdə Ookla şirkəti “Bakcell” şəbəkəsini 3 dəfə ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün “Bakcell” şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir.
“Ookla tərəfindən təqdim olunan “Speedtest mükafatı” yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını “Bakcell” şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsdiqidir. Bu yüksək nəticələr abunəçilər tərəfindən Speedtest proqramı vasitəsilə edilən sınaqların ciddi şəkildə təhlili nəticəsində əldə olunub”, - deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.
Ətraflı məlumat burada: https://www.speedtest.net/awards/azerbaijan/2021/?award_type=carrier&time_period=q1-q2.
Ookla® mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. “Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan Speedtest® proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir.
Qeyd edək ki, “Ookla”nın 2021-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence® məlumatlarının təhlilinə əsasən, Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi