Şirvanda parklar abadlaşdırılır - FOTOLAR
05-09-2021 [10:17]
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə dövlət səviyyəsində həyata keçirilən layihələrin davamı olaraq Şirvan şəhərində Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulması və abadlaşması prosesi sürətlə davam etdirilir.
Mia.az xəbər verir ki, parkın ərazisinin genişləndirilməsi və müasir üslubda dizayn edilməsi onun ölkəmizin ən füsunkar parklarından birinə çevriləcəyinə əminlik yaradır. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov mütəmadi olaraq Parkda olur, orada gedən yenidənqurma və tikinti işlərinin layihəyə uyğun aparılmasına, keyfiyyətli və gözoxşayan olmasına ciddi nəzarət edir, tapşırıq və tövsiyələrini verir.
Hazırda Parkın mərkəzi hissəsində yerləşən kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün müasir avadanlıqlar qurulub, Kür çayından 4.2 km uzunluqda yeni texniki su xətti çəkilib. Gölün yamaclarında işlər və şəlalənin beton işləri tamamlanıb, park ərazisinə münbit torpaq qatı verilib. Su gəzintisi üçün dayanacaqda işlər tamamlanıb, gölün üzərində olan metal konstruksiyadan ibarət körpünün hərəkət hissəsi genişləndirilərək rekonstruksiya olunub.
Parkda yeni inşa edilən inzibati binanın tikintisi başa çatıb, elektrik və santexnika işləri görülüb, kommunikasiya xətlərinin çəkilişi işləri yekunlaşıb. İşıqlandırma və suvarma sistemlərinin quraşdırılması işləri davam etdirlir. Park ərazisində aparılan abadlıq işlərinə maneə olan 6 kv-luq mövcud elektrik hava xətti ərazidən götürülüb, layihə üzrə yeni 6 kv-luq hava xətti çəkilib.
Parkın Qarabağ, Zəfər xiyabanlarında, Ada və Meşə zolaqlarında işıqlandırma və suvarma sistemləri qurulub, müasir tipli işıq dirəklərinin quraşdırılması işləri aparılır. “Zəfər” xiyabanında Zəfər abidə kompleksinin inşası davam etdirilir, parkın ərazisində salınacaq asfalt-beton yollara qum-çınqıl verilərək xüsusi texnikalar vasitəsi ilə hamarlanır və kipləşdirilir. Ərazidə torpaqlanma işləri tamamlanıb, yaşıllaşdırma işlərinə başlanılıb. Həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, atraksionlar quraşdırılıb. Hazırda parkın genişləndirilmiş hissəsində meşə-park salınıb, sakinlərin rahat gəzintisi və istirahəti üçün səkilər, istirahət guşələri layihəyə uyğun aparılır.
Görülən işlər onu göstərir ki, Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkı ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə yanaşı, həm də şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirə bilmələrinə şərait yaradacaqdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi