10-02-2014 [12:19]
Topaz Premyer Liqasının XX turu çərçivəsində dünən keçirilən "Xəzər Lənkəran”-"Neftçi” oyunu hər zaman olduğu kimi futbolla əlaqəsi olan və olmayan hadisələrə görə yadda qaldı.
"Qafqazinfo” xəbər verir ki, ilk dövrənin oyununda olduğu kimi bu dəfə də "Neftçi”nin və milli komandanın futbolçusu Mahir Şükürov diqqət mərkəzinə düşdü. Lənkəranda keçirilən ilk oyunda azarkeşlərin qınaq mənbəyi olan Mahir yenə də eyni hadisə ilə üzləşdi. Azarkeşlər 2013-cü il mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda”Neftçi”- "Xəzər Lənkəran” arasında oynanılan kubok matçında baş verən münaqişələrdə əsas günahar saydıqları Mahirə yenə "isti münasibət” göstəriblər.
Lakin Mahir dünən azarkeşlərin daha da qıcıqlanmasına səbəb oldu. Belə ki, dünənki matçda onun orta barmağı ilə göstərdiyi qeyri-etik əl işarəsi onsuzda Mahirlə arası olmayan "Xəzər” azarkeşlərini bir qədər də alovlandırıb.
Qeyd edək ki, Mahir eyni hərəkəti bu mövsum Qəbələ ilə oyunda da etmişdi. Sözügedən kadrları da aşağıda sizə təqdim edirik.
"Qafqazinfo” Mahir Şükürovun hərəkəti ilə bağlı hər iki klubun mövqeyini təqdim edir:
"Neftçi”nin vitse-prezidentiTahir Süleymanovbaş verən hadisədə "Xəzər Lənkəran” azarkeşlərini ittiham edib:
"Əgər obyektivlikdən söhbət gedirsə, 15 min xəzərli azarkeşin dayanmadan Mahir Şükürovun nəsil-kökünü söyməsini və "Neftçi”ni təhqir eləməsindən danışmaq lazımdır. Mahir elə bir hərəkət etməyib, özündən də açıqlama ala bilərsiz. Orada 90 dəqiqə ərzində susmayan və söyüş söyən bir azarkeş kütləsi var idi. Son da onu deyim ki, imkan versinlər "Neftçi” futbol oynasın”.
Qeyd edək ki, dünənki günün "qəhrəman”ı hesab olunan Mahir Şükürovla dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, onun nömrəsinə zəng çatmayıb.
"Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəriHüseyn Cəbrayıloğluisə "Neftçi”futbolçusunun bu hərəkətini belə şərh edib:
"Şükürlər olsun ki, stadionda mühafizə xidməti düzgün qurulmuşdu. Polislərə öz təşəkkürümü bildirirəm ki, onlar işlərinin öhdəsindən yaxşı gəlməyi bacardılar və avqustdakı "Xəzər Lənkəran”- "Neftçi” oyunundakı münaqişələr təkrarlanmadı. Daha sonra minnətdarlığımı azarkeşlərimizə çatdırıram. Onlarda bu dəfə nümunəvi oldular. Bu matçda iki şeyə görə üzüldüm. Birincisi, "Neftçi” futbolçularının bizim oyunçumuz Ağabala Ramazanovu döymələri idi. Biri saçından tuturdu, biri də təpiklə vururdu. İkincisi isə Mahirin azarkeşlərə göstərdiyi əl hərəkəti və oyununsonunda paltardəyişmə otağı tərəfdə olan böyük şüşəni sındırması oldu. Bunlar təbii ki, xoşagələn görüntülər deyildi. Ancaq ümumilikdə, şükürlər olsun ki, elə ciddi hadisələr baş vermədi və hər şey normal bitdi”.
İqbal
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi