Məktəblilərin yeni üsulla COVID-19 testi verməsi təklif olunur
01-09-2021 [15:50]
"Hələ pandemiyanın dünyada başladığı ilk aylardan bəlli idi ki, uşaqlar SARS-CoV-2 virusunun yayılmasında çox böyük rol oynayırlar. Belə ki, onların əksəriyyəti xəstəliyi yüngül və ya bəzən simptomsuz formada keçirsələr də virusu böyüklər qədər yaya bilirlər, bu da öz növbəsində viruslu uşağın xəstəliyə yoluxduğunu bilmədən normal gündəlik həyatına davam etməsi halında çoxlu sayda insanın yoluxması deməkdir. Məhz bu səbəbdən də bütün dünyada məktəblərdə tədris sisteminin müvəqqəti və ya illik olaraq distant təhsilə keçməsi vacib idi. Hətta son elmi tədqiqatlar distant təhsilin virusun sürətli yayılmasının 30-50 faizə qədər yayılmasının qarşısını aldığını söyləyir".
Mia.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Alim bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir:
"Belə ki, məktəblilərin böyük qisminin hələ peyvənd olunmaması və bu günlərdə yüksək yoluxma əmsalı göstərən koronavirusun “delta” variantının sürətlə yayılması uşaqların virusa yoluxabilmə ehtimalını dəfələrlə çoxaldır ki, bu da bütün ölkələrdə ümumi vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirir. Uşaqlarda Long-COVID təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda, ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.
Son günlər xüsusilə Almaniyadan olan elmi tədqiqatlar məktəblilər arasında virusa yoluxmanın zamanında aşkarlanmasının mümkünlüyünü sübut edib. Bu üsulla isə həm tədrisin məktəblərdə davamlı keçirilməsinin elmi əsaslarla mümkünlüyü praktiki olaraq göstərilir, həm də virusun yayılmasının qarşısı alınır. Bu elmi tədqiqatlarda strategiyanın əsasında uşaqlar üçün istifadəsi çox rahat olan sorma testlər durur. Belə ki, bu testlərin sensitivliyinin qısa müddətdə cavabı hazır olan sürətli antigen testlərdən də yüksək olması elmi tədqiqatlarla sübut edilir. Bu da bir daha məktəblilərin yeni sorma testlərlə SARS-CoV-2 virusuna yoluxmalarının yoxlanılmasının vacibliyini göstərir.
Bundan əlavə, bu testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, “delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə tədrisin təşkilində ciddi problemlər yarada bilər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi