"Məktəblərin açılacağı deyilsə də..." - Şagirdlərə vahid geyim məsələsində güzəşt edələcək?
30-08-2021 [16:06]
Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır.
Bir müddət əvvəl Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sentyabrın 15-də dərslərin bərpa olunacağının nəzərdə tutulduğunu deyib.
Bu barədə, habelə məktəblərdə dərslərin neçə dəfə keçiriləcəyi barədə müvafiq qərarın gələn həftə ərzində açıqlanacağı bildirilir.
Yoluxma sayının sürətlə artması bir çox valideyni haqlı səbəbdən narahat edir və onlar övladları üçün vahid məktəbli formasını almağa tərəddüd edir. Hesab edirlər ki, məktəbli formasını alıb xərcə düşməkdənsə bir müddət gözləmək yaxşıdır. İndi gözləyib sonradan kütləvi şəkildə forma almaq isə forma satışı məkanlarında müəyyən sıxlığa səbəb olar və bu da öz növbəsində virusun yayılması təhlükəsini qarşıya qoymuş olur. Bu nöqteyi-nəzərdən məktəblər şagirdlərin vahid forma məsələsində hər hansı güzəşt edə bilərmi?
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Report-a açıqlamasında yeni tədris ilinin başlaması barədə qəti fikir bildirməsə də, dövlətin əsas məqsədinin gənclərə təhsil vermək olduğunu bildirib:
“Geyimin növündən asılı olmayaraq təhsil almaq əsas şərtdir. Ona görə də hesab edirəm ki, əsas təhsil almaq məsələsinə fikir verməliyik”.
Təhsil eksperti Kamran Əsədov isə “Report”a açıqlamasında qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən məktəblərdə təhsil alan şagirdlərin formadan istifadəsi zəruridir:
“Pandemiya dövründə məktəbli formalarının qiymətlərində hər hansı artım müşahidə edilmir. Təbii ki, bu, məktəbli formalarının alınması ilə bağlı mövcud qaydaların dəyişməsinə gətirib çıxarmamalıdır. Sadəcə, bu məsələdə aidiyyəti dövlət qurumları öz mövqeyini ortaya qoymalıdırlar. Bu səbəbdən hesab edirəm ki, aztəminatlı ailələrin övladları üçün məktəbli formalarının alınmasına köməklik edilə bilər”.
K.Əsədov misal çəkərək vurğulayıb ki, ötən tədris ilində valideynlər xərc çəkib forma alsalar da, pandemiya səbəbindən distant təhsilə keçid oldu:
“Nəticədə, aldıqları geyimdən istifadə olunmadı. Ona görə də valideynlərə dəstək olmaq lazımdır. Eləcə də məktəbli yarmarkaları təşkil edilməlidir ki, sosial vəziyyəti zəif olan ailələr lazımi məktəb ləvazimatlarını münasib qiymətə ala bilsinlər. Məktəbli forması tədris prosesi vaxtına təsir edən başlıca amildir. Bəzən yuxarı sinif şagirdləri lazımsız aksesuarlardan istifadə edir. Bu da tədrisin normal gedişinə mane olaraq diqqət yayınmış olur”.
“Bir faktı da qeyd edim ki, bəzən valideynlər məktəbli formasının satıldığı məkanlarda övladlarına bir neçə geyindirib yoxlayırlar. Təmas hallarının minimuma endirilməsi üçün valideynlərə geyimlərdən birdəfəlik yoxlama icazəsinin verilməsi məqsədəuyğun olardı. Yaxud əllərində qoruyucu əlcəkləri olan şəxslərin geyimlərə toxunmasına icazə verilsin. Çünki ölkədə aktiv koronavirus xəstələrin sayı kifayət qədər artıqdır. Ona görə də bir geyimə çox sayda insanın toxunması yolverilməzdir. İmkan daxilində və forma zədəli deyilsə əvvəlki ilin məktəbli formasının geyinilməsi yaxşı olardı ” – deyə ekspert əlavə edib.
Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, BTE verilən qərardan asılı olmayaraq isə öz işini davam etdirir:
"Burada məkanda məktəbli formasının satışı ilin istənilən vaxtında davam edir".
Onun sözlərinə görə, pandemiya səbəbindən əvvəlki illərlə müqayisədə bu il üçün məktəbli formalarının alışında ajiotaj yoxdur, yəni satış zəifdir:
“Məktəblərin açılacağı deyilsə də, valideynlərin bir qismi əksini düşünür. Bu səbəbdən məktəbli formalarının alınması üçün elə də çox axın müşahidə olunmur. Bildiyim qədərilə məktəblərin sentyabrın 15-də açılacağı deyilsə də, rəsmi qərar hələ gələn ayın əvvəlində mövcud epidemioloji vəziyyət dəyərləndirildikdən sonra məlum olacaq. Bu səbəbdən valideynlər gözləmə mövqeyindədir”.
Şöbə rəisi bildirib ki, forma tikilişi üçün ehtiyat var və heç bir çatışmazlıq yoxdur: “Bütün materialları Türkiyədən alırıq. Valideyn sıxlığının olmaması üçün iri supermarketlərdə məktəbli formasının satışı üçün şərait yaradılıb. Lakin hər hansı ümumitəhsil müəssisəsində forma satışı mümkün deyil. Çünki məktəb tədris üçündür”.
O əlavə edib ki, bu il üçün də məktəbli formalarının satış qiymətində heç bir dəyişiklik edilməyib: “Aşağı siniflər üçün vahid formanın qiyməti (pencək - şalvar, pencək - ətək) 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır. Köynəklərin qiyməti isə ölçüsündən asılı olmayaraq 8 manat təşkil edir”.
Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən tədris prosesi hər il sentyabrın 15-də başlayır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi