"Qara maskalı məni yerə yıxdı, iynə vurmağa çalışdı..." - Ağsuda sensasiyalı olay + Polisdən reaksiya
26-08-2021 [00:10]
Ağsu rayonu, Keçdiməz kənd sakini Kamran Əzimzadə həyətlərindəki ot çardaqlarının üzünü qara maska ilə gizlədən şəxslər tərəfindən yandırıldığını iddia edir.
Mia.az bildirir ki, bu barədə "Qafqazinfo"ya müraciət edən K. Əzimzadə bildirib ki, həyətyanı sahələr bir müddətdir naməlum şəxslər tərəfindən yandırılır: "Avqustun 16-da əmim oğlunun çardağını yandırdılar. Səhəri gün yaxınlığımızda yerləşən yaşayış olmayan evin həyətyanı sahəsini yandırdılar. Daha sonra axşam saat doqquza qalmış bizim evin həyətini yandırdılar. Gördük və tez gedib söndürdük. Üstündən on dəqiqə keçəndən sonra çardağın tinindən od vurdular. Yanğınsöndürən çağırdıq, söndürdülər. Elə həmin gün gecə saat birdə həyətimizin aşağısına da od vurub yandırdılar.
Ayın 19-da axşam saatlarında çardağımıza baxmağa gedəndə qaraltı gördüm. Çağırdım, səs gəlmədi. Yaxınlaşanda gördüm ki, həmin şəxsin üzündə qara maska və onun üzərində də tül var. Üzünü açmaq istəyəndə məni yerə yıxdı, fiziki təzyiq göstərdi və paltarlarımı cırıq-cırıq etdi. Çantasından çıxarıb mənə iynə vurmağa çalışdı, qışqırdım, qaçdı".
Şikayətçinin sözlərinə görə, əvvəlki və budəfəki yanğınların hər ikisi haqda polisə məlumat veriblər: "Ancaq onlar bu məsələyə laqeyd yanaşıb. Srağagün səhərdən axşam on birə kimi bizi polis şöbəsində dindiriblər. Bildirirlər ki, guya mənim psixoloji problemim var, hadisəni də özüm törədirəm. Məsələni bizim üstümüzə yıxmağa çalışırlar.
Atam neçə gündür ki, gecələr yatmır, keşik çəkir. Ailəmizə yanan otlara görə çoxlu ziyan dəyib. Nə üçün qəsdən biz özümüzə ziyan vurmalıyıq? Polisə deyəndə ki, bizi qorumalısınız, deyirlər ki, bizim işimiz sizi qorumaq deyil. Elə polis şöbəsindən çıxıb 100 metr aralanan kimi kənddən zəng gəldi ki, ot tayası yandırıldı. Biz də dərhal şöbəyə qayıdıb məlumat verdik ki, baxın, hadisəni törədən biz deyilik. Qorxu içində yaşayırıq. İstəyirik ki, polis həmin adamları tez zamanda tapıb məsuliyyətə cəlb etsin".
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov təsdiqləyib ki, sözügedən hadisə ilə bağlı vətəndaş iki dəfə 102-yə müraciət edib: "Kamran Əzimovun özünün dediyinə görə, qara maskalı şəxs tərəfindən iynə ilə ona xəsarət yetirilməsi ilə bağlı müraciət daxil olub. Bir də onların tövlələri yandırılıb. Hərəsində də 500 ot bağlaması olub. Hələ ki, məsələ ilə bağlı konkret bir nəticə yoxdur, kənddə polis əməkdaşları tərəfindən araşdırma gedir. Bu məsələ ilə bağlı digər müraciətlər də daxil olub. Hazırda polis şöbəsində araşdırmalar aparılır. Həmin kənddə polis tərəfindən gücləndirilmiş xidmət aparılır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi