Xalq artisti: "Teatr rəhbərləri rahatdır, heç kim gəlmir, boş oturublar" - “Nazirlik teatr rəhbərlərini toplayıb, çıxış yolu tapmalıdır"
23-08-2021 [13:03]
Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb. Bu qərara etiraz edən teatr nümayəndələri COVİD pasportu ilə bir çox müəssisələrə giriş bərpa olunduğu halda, teatrlara belə imkan yaradılmamasını qınayıblar.
Əməkdar artist Sənubər İsgəndərlinin sosial şəbəkədə yazdığı “Əgər COVID-19 pasportu ilə hər yerə getmək mümkündürsə, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?” fikri izləyicilərdən tam dəstək alıb.
Restoran və barlar işləyə bilirsə, teatrlar niyə açılmamalıdır?
Mia.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı da Operativ Qərargaha etirazını ifadə edib. Xalq artistinin fikrincə, koronavirus can almaqda davam etsə belə, biz bütün həyatımızı xəstəliyə təslim etməməliyik:
“Bir şeyi unuduruq ki, bəzi sahələr var, onların qadağası gələcəkdə ciddi problemlər yarada bilər. Bu gün kinoteatrlar, teatrlar işləmir, Azərbaycanda uşaqlar Kukla teatrına getmirlər, orta məktəb şagirdləri Gənc Tamaşaçılar teatrına gedə bilmirlər. Biz teatr nümayəndələri, aktyorlar böyük bir nəslin mədəni tərbiyəsində yanında olmaqdan uzaqlaşdırılmışıq. Bunun nəticələri gələcəkdə heç də yaxşı olmayacaq. İstənilən vəziyyətdən çıxış yolu var. Bu gün restoranlar, barlar, kafelər tam şəkildə işləyə bilirsə, insanlar rahat gedib-gələ bilirlərsə, nədən teatrlarda müvafiq şəraiti yaratmayaq. Mənə elə gəlir ki, ilk növbədə bunda teatrların rəhbərləri maraqlı olmalıdır. Onlar maraqlı olsalar bir yolunu taparlar.
Məsələn, Akademik Milli Dram Teatrının tamaşaçı zalında 500 nəfərlik yer var. 100 nəfəri qəbul edə bilərlər, ara məsafəsi saxlamaqla, maskalardan istifadə etməklə, gigiyena qaydalarını gözləməklə tamaşalar təşkil edilə bilər. Teatrlara qadağa Azərbaycanda teatr mədəniyyətinin tədrici ölümünə aparıb çıxarır. Bunu düşünmək lazımdır. Bilmirəm, Operativ Qərargah üzvləri arasında bu sahəni bilən adamlar var, yoxsa yoxdur, amma insanlar təkcə fiziki xəstəliklərə tutulmurlar, mənəvi xəstəliklərə də yoluxurlar. Boşluq olanda nəticə etibarı ilə humanitar fəlakətə gətirib çıxara bilir”.
Nurəddin Mehdixanlı teatr və kinoteatrların dirçəlməsi üçün Mədəniyyət Nazirliyinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:
“Nazirlik teatr rəhbərlərini toplayıb, çıxış yolu tapmalıdır. Mənim təklifim budur ki, az aktyor heyəti, az tamaşaçı, vaksin pasportu tələbilə tamaşaları təşkil edək. Azərbaycan teatrları reanimasiyadadır. Əgər biz teatrımızı bu vəziyyətdən çıxara bilməsək, geri dönməz vəziyyətlərə aparacaq. Mən tərəfdarıyam ki, teatr rəhbərləri də Mədəniyyət Nazirliyi qarşısında çıxış etsinlər. Azərbaycanda vaksin vurduran, vaksin pasportu alan kifayət qədər insan var. Onlar bu şəkildə teatrlara gələ bilərlər”.
Xalq artisti əhalinin həssas təbəqələri, şəhid ailələri və övladları, şagird və tələbələr üçün tamaşaların təşkilini təklif edib:
“Orta məktəblər fəaliyyətdə deyil. Şagirdlər, gənclər təhsili belə onlayn şəkildə davam etdirirlər. Onları heç olmasa canlı sənətlə tanış etmək olar. Orta və ali məktəblərlə teatr rəhbərləri əlaqə saxlayıb, işlər qura bilərlər. Bu gün Azərbaycan dövləti teatrlarda çalışanların maaşını verir. Biz işləmirik, amma maaş alırıq. Hər bir teatr ən azından məktəb uşaqları üçün pulsuz tamaşalar təşkil edə bilər. Əsas odur proses başlasın. Sentyabrda başlamaq üçün müəyyən hazırlıqlar görülməlidir. Əlimizi, qolumuzu yanımıza salıb, “qadağandır” deyə oturub, gözləyə bilmərik. Azərbaycan teatrının 150 illik yaşı var. Bu sənəti yaşatmaq bizim və hər kəsin borcudur. Bizim indi qazanmaq vaxtımızdır, itirmək deyil. Niyə hər bir teatr şəhid ailələrini, şəhid övladlarını tamaşaya dəvət edə bilmir? Hər bir şəhidin xatirə gecəsini keçirib, ailəsini çağırmaq, müxtəlif monoloqlar, təqdimatlar keçirmək olar. Könül istərsə, hər şey mümkündür. Teatr rəhbərləri rahatdır, heç kim gəlmir, boş oturublar, sual verən yoxdur, cavab vermək məcburiyyətində deyillər... – belə olmaz”.
Aktyorların bir araya gələrək, Opetativ Qərargaha rəsmi şəkildə müraciət edib-etməyəcəyinə gəlincə, Nurəddin Mehdixanlı buna ehtiyac olmadığını söyləyib: “Azərbaycanda bu sahə ilə bağlı kifayət qədər dövlət strukturları var. Dövlətin büdcəsindən maaş alırlar, yaşayıb, dolanırlar. Aktyorların müraciət, məktub ünvanlanmasına ehtiyac yoxdur. Sadəcə olaraq hər kəs öz yerindən öz işini görməlidir. Sözdə deyil, əməlində hərəkəti ilə bu dövlətin, bu ölkənin yanında olduğunu göstərməlidir. Teatr rəhbərləri bu sahəyə diqqət edib, sentyabr ayından öz fəaliyyətlərində dönüş yaratsınlar. İstəsələr edə bilərlər”.
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb