Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-08-2021 [00:03]
Qoç - özünüzə əlavə problemlər yaratmayın. Düşünülməmiş qərarlar verməyin, tələsik addımlar atmayın. Aqressiv olmayın. Yaxın ətrafınızdakı insanlar sizdən məntiqli və soyuqqanlı olmağınızı istəyirlər. Davranış modelinizdə dəyişikliklər olmazsa, indiki əməllərinizin acısını sonralar çəkəcəksiniz.
Sevdiyiniz insanla günün ikinci yarısında mübahisələr ola bilər. Ciddi münaqişə ehtimalı azdır, amma ünsiyyətin normallaşması çox vaxt alacaq. Yeni tanışlıqlar perspektivlər vəd etsə də, gözləntilərinizi doğrultmayacaq. Yaşam tonusunun səviyyəsi yüksəkdir. Axşam saatlarında səhhətiniz pisləşə bilər.
Rasionunuza ciddi fikir verin.
Buğa - yeni layihəyə başlamaq çün əlverişli gündür. Kommersiya sahəsində fəaliyyət göstərirsinizsə, aktiv olun. Hansı ideyaların gəlir vəd etdiyini, hansı layihələrin isə perspektivsiz olduğunu sürətlə müəyyənləşdirməyə çalışın.
Yaxın ətrafınızdakı insanlar sizin bəzi fikirlərinizlə razılaşmırlar. Onlara qarşı sərt iradlar bildirməyin. Kiminsə sizə dəstək və ya yardım edəcəyini gözləməyin. Mövqeyinizi münasibətlərinizə zərər vermədən qorumağa cəhd göstərin.
Günün ikinci yarısında ailədə münaqişə, yaxınlarla mübahisə riski yaranır. Kobud davranaraq qarşıdurmaya səbəb olmayın. Düşünülmədən deyilən söz, emosional hərəkət ciddi qarşıdurma yarada bilər. Maliyyə məsələlərini təhlil etmək məsələhət deyil. Pulla bağlı dartışmalar uzun müddət davam edə bilər. Yaşam potensialının səviyyəsi yüksək deyil.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əkizlər - genişmiqyaslı layihəyə başlamaq və çoxdan bəri reallaşdırmaq istədiyiniz işi həyata keçirmək üçün əlverişli gündür. Mühüm planı təxirə salmayın. Liderlik məziyyətlərinizi səliqə ilə, məntiqlə nümayiş etdirin. İşdə konflikt, mübahisələr və dartışmaların real səbəbləri ilə yanaşı, illüzor, mənasız vəsilələri də var.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün münasibdir.
Biznes və kommersiya əməliyyatlarında aktiv olun. Bank əməliyyatlarında diqqətli davranın.
Şəxsi münasibətlərdə harmoniya yaradın. Yaxınlarınız arasında bəziləri emosional davransalar, sərt danışmayın. Təxribatlara uymayın. Yeni tanışlıqlar istisna deyil.
Yeni tanışlıqlardan biri az sonra ciddi əməkdaşlığa çevrilə bilər.
Xərçəng - yeni layihəyə və ya işə başlayarkən həddən artıq düşünüb-daşınmayın. İlk uğura tezliklə nail ola bilərsiniz. Gərəkli yardımı çox gözləməyəcəksiniz. Gəlirlər istisna deyil. Faydalı tanışlıqlara nail olmaq istəyirsinizsə, dəvət aldığınız tədbirə qatılın.
Günün ikinci yarısında görüşdüyünüz insanın dediklərini qulaqardına vurmayın.
Nüfuzlu insanlarla münaqişə etməyin. Onların karyeranıza təsir imkanlarına malik olduqlarını unutmayın. Peşəkar fəaliyyət sahəsində diqqətli və sərvaxt olun. Xərclər təxminlədiyinizdən də artıq olacaq.
Planlaşdırılan alış-verişdə gərəkli malları alın.
Şir - uğurlu və yaxşı gündür. Nəzərdə tutduğunuz işləri reallaşdıra biləcəksiniz. Çətinliklər yaranarsa, onları tezliklə dəf etməyə çalışın. Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq.
Yeni tanışlıq istisna deyil.
Günün ikinci yarısında duyumunuz iti olmalıdır. Ən ağır, çətin situasiyalarda dürüst qərarı gecikdirməyin. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil. Potensialınızdan tam yararlanın. Axşam saatlarında əhvalınız pis olmayacaq. Ağır fiziki iş belə, sizdə ifrat yorğunluq, süstlük yaratmayacaq.
Qız - gün pis deyil. Müsbət təmayüllərin təsiri artır. İndiyədək mümkünsüz, irreal təsir bağışlayan niyyətinizi gerçəkləşdirə bilərsiniz. Məqsədə çatmaq üçün daha qətiyyətli və iradəli olmalısınız.
Fiziki iş üçün əlverişli zamandır.
Yorğunluğu prakiki olaraq hiss etməyəcəksiniz. Ağır işlərə başlayanda bir qədər istirahət etməyi unutmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş ola bilər. Bunun səbəbi sözləriniz və əməlləriniz ola bilər. Səmimiyyət, qayğıkeşlik sizi ətrafınızdakı insanların nəzərində daha cazibədar edir.
Yeni tanışlıqlar ehtimalı artır. Səfərə çıxırsınızsa, diqqətli olun. Mühüm əşyanı və ya sənədi unutmaq ehtimalı var.
Tərəzi - günün ilk yarısı əlverişlidir. Mühüm, ciddi işləri ləngitməyin. Karyeranızın inkişafına təsir edə biləcək insanlarla təmaslarda aktiv olun. Maraqlarınızın təminatı üçün gərəkli saydığınız addımları atın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artır. İşgüzar aktivliyinizi azaldaraq kölgəyə çəkilməyin.
Yaxınlarınızla münasibətlərinizin xırdalıqlara, narazılıqlara görə pozulmasına imkan verməyin. Həmişəkindən fərqli olaraq, indi sərtlikləri yumşaltmağa çalışmayın. Münaqişə yarada biləcək situasiyaların qarşısını almaq üçün bütün vasitələrdən istifadə edin.
Əqrəb - çətinliklər istisna deyil. Yaxın ətrafınızdakı insanların yaşanan olaylarla bağlı informasiyalarının yetərli olmamasından, onların məlumatsızlıqlarından yararlanmayın. Başqasının diqqətsizliyindən sui-istifadə etməyin.
Günün ikinci yarısı sənədləşdirmə, dövlət qurumlarında danışıqlar aparmaq, şikayət etmək üçün məsləhət deyil.
Romantik görüş, qeyri-formal ünsiyyət, özünüzlə bağlı xoş təəssürat yaratmaq istədiyiniz insanla təmaslar üçün əlverişli zamandır
Xoş sürprizlər, yaxşı bələd olmadığınız insandan diqqət izharları ola bilər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Gümrah və enerjili olun.
Oxatan - günün ilk yarısından etibarən müsbət təmayüllərin təsiri güclənir. Şansdan yararlanın, imkanlardan bəhrələnin. Peşəkar fəaliyyət sahəsində yeni uğurlara nail olmaq üçün daha aktiv çalışın.
Hadisələrin məcrasını qismən də olsa, təxminləməyə çalışın. Sizə bilavasitə dəxli olmayan məsələlərdə hiperaktivlik nümayiş etdirməyin. Ehtiyacı olan insana məsləhət verməyə xəsislik etməyin.
Günün ikinci yarısında vəziyyət pisləşəcək. İşdə durum qəlizləşəcək, evdə əsəblər tarıma çəkiləcək. Sevdiyiniz insanla münasibətlərinizdəki anlaşılmazlıqlar şübhələr yaradaraq qarşılıqlı etimada zərbə vura bilər. Problemləri dərhal həll edin, təmaslardakı harmoniyanı bərpa edin.
Oğlaq - iş üçün o qədər uğurlu gün olmasa da, ruhdan düşməyin və bədbinliyə qapılmayın. Kiçik kollektivdə, həmkarlarınızın arasında indiyədək dəfələrlə münaqişələr olmuş yerdə çalışırsınızsa, soyuqqanlı olun. Müstəqil işləmək məsləhətdir. Yardım təklif etsələr, deyilənləri qəribçiliyə salmayın.
Günün ikinci yarısında ağır işi yerinə yetirmək gərəkdirsə, etibarını və sədaqətini indiyədək sübut etmiş insanlardan birinə müraciət edə bilərsiniz.
Biznesə pul yatırmağa dəyməz. Mühüm kommersiya layihəsini həyata keçirmək fikriniz varsa, qətiyyətli olun. İşgüzar intuisiya bu gün sizi yanılda bilər. Şəxsi münasibətlərə gəldikdə isə, sərvaxt davranın.
Dolça - gərgin, mürəkkəb gündür. Buna rəğmən, üstünlüklər və uğurlar da olacaq. Belə imkanlardan biri çoxdan bəri həllini tələb edən münaqişənin fəsadlarının aradan qaldırılmasıdır. Karyeranızın inkişafını ləngidən məqamları çözün və ya bilmərrə aradan qaldırın. Pulları sərfəli işə yatırmaq, sərfəli alış-veriş etmək olar.
Günün ikinci yarısında narahatlıq və ya nigaranlıq yarana bilər. Aldığınız məlumat sizi həyacanlandırmaqla yanaşı, təəccübləndirə də bilər. Şoka düşməyin. Yaşanan situasiyanı soyuqqanlı şəkildə təhlil edərək yeni fəaliyyət planı hazırlayın. İşlərin sərfəli məcrada olduğunu düşünərək süst davranmayın.
Balıqlar - müsbət təmayüllərin təsiri güclənir. Şəxsi münasibətlərdəki sərinlik və gərginlik aradan qalxacaq. Təmaslar xüsusi səylər olmadan inkişaf edəcək.
Maliyyə probleminin qəfil, sürətli həlli mümkündür. Gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Əhvalınız pisləşə bilər. Səhhətinizə fikir verin.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Prezidentin Amnistiya təşəbbüsü: məhkumların azad olunmasına start verildi (Yenilənib)
Vüqar Qurbanov bir neçə gün əvvəl imzaladığı əmri ləğv elədi - Eldar Mahmudovun əmisi oğlu ilə bağlı
"Bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə inanmayın" - DİN-dən xəbərdarlıq
Baş məşqçi "Fənərbağça"ya qapını qapatdı - "O, bizə çox lazımdır"
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.
XANKƏNDİNİN NÜFUZLU ZİYALISI
Ali Koç Aziz Yıldırıma "ilişdi", "Fənərbağça" prezidentinə tam dəstək verdi: "Yanındayıq"
Ukraynalı Ombusman: "50 ukraynalı zorla Rusiyaya aparılıb"
Mingəçevirdə 43 yaşlı şəxs 36 yaşlı sakini bıçaqlayıb
Kəskin respirator virusu yayılıb - Nazirlikdən xəbərdarlıq
Livan ordusu: "İsrailə məxsus kameralı casus qurğusunu ələ keçirdik"
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."
Qəzzada güclü fırtına oldu, 22 qəzalı bina çökdü - Ölənlər var
"Bursaspor" hücumçu aldı
Donald Trampın ideyası İsraildə tətbiq olunacaq - Həbsxanalar timsahlarla "mühasirə"də saxlanılacaq
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib
ABŞ Venesuelaya aid üç neft tankerinə "əl qoydu": "Siz harada olsanız, tapacaq və dayandıracağıq"
Səlçuk İnan: "Həyatımda heç vaxt mərc oyunlarına qatılmamışam"
"Fənərbağça" nigeriyalı futbolçuya aldığı maaşın 5 qatını təklif etdi - Danışıqlar başlayıb
"ÜÇ KEÇMİŞ İTTİFAQ ÖLKƏSİNİN İŞĞAL PLANI VAR" - Kəşfiyyat rəhbəri şok iddia irəli sürdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub
Naxçıvanda ər və arvad dəm qazından boğulub
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR