Millət vəkilinin qohumu donaraq vəfat edib(YENILƏNIB)

img

03-02-2014 [12:57]


Millət vəkili Zahid Orucun qohumu son günlərin şaxtasında gecə vaxtı donaraq vəfat edib. Movqe.az-a daxil olan məlumata görə, millət vəkilinin 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək yıxılıb və aldığı zərbədən huşunu itirib. Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb.
Millət vəkili ötən bazar günü yaxınının yas məclisində iştirak edib. Movqe.az-a daxil olan məlumata görə, həmin şəxs Heydər Əliyev adına hava limanında çalışırmış.
Millət vəkili xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib. Eyni zamanda dünyasını dəyişən şəxsin ona yaxın insan olduğunu təsdiqləyib.


****

Milli Məclisin deputatı Zahid Oruc qohumunu don vurması ilə bağlı saytlarda yayılan məlumatları təkzib edib.

O, Musavat.com-a bildirib ki, bu xəbərlər yalandır və heç bir qohumunu don vurmayıb: "Mənim Heydər Əliyev beynəlxalq hava limanında işləyən qohumum yoxdur". Zahid Oruc heç bir jurnalistə bu barədə açıqlama vermədiyini də deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA