Peşəkarlığın qeyri - peşəkar qiymətləndirilməsi
13-07-2021 [17:07]
Elşən Şükür Şəmmədli,
təhsil mütəxəssisi
***
Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə 2016- cı ildən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən (elektron ərizələrin qəbulu, göstəricilərin qiymətləndirilməsi, imtahan və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilməyə başlayıb.
Keçirilməyə başladığı gündən ictimaiyyətin maraq dairəsində olan Direktorların işə qəbulu imtahanı şəffaf və ictimai nəzarət şəraitində təşkil olunmadığından ətrafında ən çox müzakirələr aparılan və nəticələrinə İctamaiyyət tərəfindən daha çox şübhə ilə yanaşılan bir sahə olaraq diqqət mərkəzində olduğundan bu sahədə olan yeniliklərə və problemlərə toxunmaq istədik.
Bu istək səbəbsiz deyildir.
Belə ki, 2017- ci ildə iştirak etdiyim direktorların işə qəbulu imtahanında hər dörd mərhələni uğula keçməyimə baxmayaraq bəzi yerli işbaz məmurların direktorların işə qəbulu imtahanının nəticələrinə müdaxilə etdiklərinin şahidi olmaqla yanaşı işbaz məmurların qanunsuz müdaxilələrin növbəti qurbanlarından biri də mən olduğumdan və Nəyinki işlə təmin olunmamaq ,hətta saxta ittihamla həbs edildiyimdən bu sahədə olan problemlərin və onların səbəbləri bizə daha çox aydındır.
Elə buna görə də bu il təşkil olunan direktorların işə qəbulu imtahanında yenidən iştirak edərək bu prosesin iştirakçısı olmaqla bərabər direktorların işə qəbulu imtahanında iştirak edən 200 -dən artıq namizədin müsabiqə və müsahibə mərhələsində uğur qazanmaları üçün öz köməyimizi əsirgəmədik .Namizədlərin müsabiqə və müsahibə mərhələsində uğur qazanmaları məqsədi ilə sosial şəbəkələr üzərindən təlimlər təşkil etmək və digər formalarda köməklik göstərməyi özümüzə borc bildik.
Apardığımız müşahidələr və üzləşdiyimiz problemlərə əsasən deyə bilərək ki,bu il təşkil edilən Direktorların işə qəbulu imtahanı əvvəlki illərdən bəzi müsbət addımların atılması baxımdan fərqlənsə də imtahanın müsabiqə və müsahibə mərhələsində namizədlərin üzləşdiyi problemlər hələ də imtahanın qeyri-peşəkarlar tərəfindən təşkil olunduğundan xəbər verir.
Müsabiqə və müsahibə mərhələsinin proqramlarının əvvəlcədən hazırlanaraq namizədlərə təqdim edilməsi, müsabiqə mərhələsində namizədlərin göstərdikləri nəticələrin əhatəli şəkildə şəxsi səhifələrdə əks olunması,müsahibə mərhələsinin reqlamentinin tərtib olunaraq ictimaiyyətə elan olunması,müsahibə mərhələsinin toplanmış bal və seçilmiş təhsil müəssisələrinin şagird sayına uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsi müsbət addımlardandır və alqışlanası məqamlardır.
Ancaq 2021- ci ilin 6 və 7 mart tarixlərində təşkil edilən müsabiqənin test mərhələsinin texniki səbəblərdən təxirə salınması və təxirə salınmış test mərhələsi təşkil edilən zaman bərabərlik prinsipini pozulması zəmnində namizədlərə əvvəl təşkil edilən imtahanda iştirak edən namizədlərə təqdim edilən testlərdən daha çətin səviyyəli sualların təqdim eilməsi, müsahibə mərhələsinin təşkili qaydalarının tərtib edilərək namizədlərə təqdim edilməməsi, müsahibə komissiyası barədə əvvəlcədən namizədlərin məlumatlandırılmaması,müsahibədə iştirak edən namizədlərə “Namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmuş və hər bir meyar üzrə verilmiş balın əsaslandırılmasını özündə əks etdirən arayışın verilməməsi ,komissiya tərəfindən namizədlərin peşəkarlıq səviyyələrinin reqlamentdə göstərilən hər üç meyar üzrə təşkil edilməməsi,müsahibənin birinci mərhələsinin başa çatmasına baxmayaraq hələ də namizədlərin apellyasiya hüquqların təmin olunmasının mexanizminin olmaması Direktorların işə qəbulu imtahanı peşəkarlığın qiymətləndirilməsi olmasına baxmayaraq qeyri-peşəkarlar tərəfindən həyata keçirildiyi deməyə bizə əsaslar verir.
Xatırladım k,Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində bu il ilk dəfə rekord sayda 2683 namizəd namizəd iştirak edib ki ,onlardan da 1552 nəfər namizəd müsabiqənin test mərhələsində uğur qazanaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.Uğur qazanan namizədlərdən 135 nəfərinin balı 36 baldan yüksək olduğundan şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün müsahibənin birinci mərhələsində iştirak etmək hüququnu qazanıblar ki, onlardan da 132 nəfəri müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Bu 132 nəfərdən 30 nəfəri müsahibə komissiyası tərəfindən direktor vəzifəsinə uyğun bilinib. Bu statistika onu deməyə əsas verir ki,birinci mərhələyə uyğun olan 40 vakant yerdən yaxşı halda 30 -na təyinat ola bilər.Bu hesabla ümumilikdə müsabiqəyə çıxarılan 624 vakant yerdən yenə də bir qismi 24 baldan aşağı nəticə göstərən əvəzedici kimi vəzifə funksiyasını yerinə yetirən direktorların ümidinə qalacaq ki, bu da problemə qeyri – peşəkar yanaşmanın nəticəsidir.
Görünür namizədlərdə qiymətləndirmə, proqnozlaşdırma,çevik qərar qəbul etmə və s.kimi bacarıqların qiymətləndirilməsini həyata keçirən müsahibə komissiyasının üzvlərinin özlərində bu səriştələr yoxdur ki,qəbul etdikləri qərarların nəticələrini görməkdə bu qədər çətinlik çəkirlər.
Bu qeyd etdiklərimizə əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Direktorların işə qəbulu imtahanının müsahibə mərhələsində müsahibə komissiyası tərəfindən direktor vəzifəsinə uyğun görülməyən namizədlər ,o cümlədən də mən komissiyanın fəaliyyətindən narazılığımızı bildirmək və apellyasiya müraciəti üçün üz tutduğumuz bütün qaynar xətt və elektron xidmətlərdən müsbət cavab ala bilmirik. "Vətəndaşların müraciətləri haqqında qanun"un “müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi” prinsipi kobud şəkildə pozulmuş olur. Müraciət etdiyimiz müvafiq icra hakimiyyəti orqanının əlaqə vasitələrində bizə yalnız yeni yaradılmış Portal.edu.az vasitəsi ilə müraciət edə biləcəyimiz deyilsə də adı çəkilən portalda Direktorların işə qəbulu aid müraciət.emək üçün heç bir bölmə yoxdur.
Apellyasiya.edu.gov.az vasitəsi ilə edilən müraciətlə cavabda isə direktorların işə qəbulu imtahanının müsahibə mərhələsinin nəticəsindən verilən apellyasiya şikayətinə baxmağın onların səlahiyyətlərinə aid olmadıqları vurğulanır.
Çox maraqlı situasiyadır.
İndi gəl bu məsələdən baş çıxar.
Təhlil apararaq problemləri yazmaq bizdən, araşdırılaraq bir tədbir görülməsi müvafiq icra hakimiyyəti orqanlarından...
Ümid edirik Təhsil nazirliyinin öz peşəkar mövqeyini bu sahədə də göstərəcəyinin şahidi olacağıq.
MİA.AZ
İordan çayının Qərb sahilində gərginlik böyüyür - Həbslər var
"Baş cərrah"ın arzuları - Əli CABBAROV YAZIR
Qəzzada atəşkəs yenə pozulub - Ölən və yaralananlar var
İndoneziyada fəlakət: ölənlərin sayı 1000-ə çatdı
Türkiyədə zəlzələ oldu - 4.6 nbal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın xarici işlər naziri Azərbaycana gəlib
"Karvan" baş məşqçini niyə tez-tez dəyişir? - Açıqlama + VİDEOLAR
"Karvan"ın azarkeşləri üsyan elədi: "Oynaya bilmirsinizsə, çıxın gedin!" - VİDEOLAR
İcra başçısının 25730 manatlıq plaşı gündəm oldu - FOTO
"Karvan-Yevlax" "Şamaxı"ya uduzub - Yevlax komandasının yeni məşqçi ilə daha bir sınağı uğursuz oldu (VİDEO) - Yenilənib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib - FOTOLAR
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - Nələr müzakirə olunub?
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Sabah yağış yağacaq
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DONALD TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ - MƏTN + SƏNƏD
Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Müseyib bəy Axıcanov kim olub? - Tarixi faktlar...
Sabah yağış yağacaq
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"