Bakıda binanın damı maşınların üstünə uçdu (FOTO)

img

29-01-2014 [13:07]


Ölkə ərazisində gecə saatlarından başlayan külək fəsadlara yol açıb. ANS PRESS-in məlumatına görə, Bakı şəhəri Yasamal rayonunda binanın dam örtüyü uçub.

Hadisə Nizami metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarından birində qeydə alınıb. Damın uşması nəticəsində binanın həyətində dayanan maşınlara ciddi xəsarət dəyib. Bir neçə maşın yararsız hala düşüb.

Qeyd edək ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Məlumatda şimal küləyinin güclənməsi bildirilib.

ANS PRESS hadisə yerindən olan fotoları təqdim edir:








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA