29-01-2014 [11:32]
Şamaxı rayonunun ziyalıları,ağsaqqalları,gəncləri və şəhid ailələri tərəfindən prezident İlham Əliyevə məktub göndərilib. Məktubda bildirilir:
"Biz şamaxılılar yazıb bildiririk ki, Şamaxı rayonundakı Şəhidlər xiyabanı bir neçə il bundan qabaq bərbad vəziyyətə düşmüşdür. Baş daşları sınıb tökülmüş, qəbirlər sürüşərək yerindən oynamışdır. Dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə və digər yuxarı orqanlara məlumat verilsə də, artıq 3 ilə yaxındır ki, Şəhidlər Xiyabanının girişində "Müvəqqəti təmirə dayandırılıb” lövhəsi vurularaq heç bir iş görülmür.Hər il 20 yanvar Şəhidlərin anım günündə eləcədə başqa vaxtlarda şəhidləri ziyarət etmək istərkən, Xiyabanın ətrafında çəkilən hasara görə içəri daxil olmaq olmur.Şəhidlərimizin bizlərin yolunda canlarını verdiyini nəzərə alıb,onların nə qədər müqəddəs olduğunu anlayanda bu hərəkət onların ruhuna böyük hörmətsizlik olur.Azərbaycanın inkişaf etdiyi bir dövrdə, minlərlə tikintilərə külli miqdarda pul ayrıldığı bir vaxtda Şəhidlərimizin uyuduğu yeri bərpa etdirməmək nə dərəcədə doğrudur?
Digər lazımsız yerlərə milyonlar xərcləyə bilirlər, amma kiçik Şəhidlər Xiyabanını təmir edə bilmirlər. Buranın rayonun girişi olduğunu nəzərə alsaq, gündə buradan digər rayonlara minlərlə insanın keçir ki, onlarda Şamaxıda şəhidlərə belə kobud hörmətsizliyi necə qəbul edirlər bilmirik. Cənab prezident, biz şamaxılılar o yer qalmayıb ki, ora müraciət etməyək. Sonda ümidimiz Sizədir!
Eşitdiyimizə görə həmin ərazinin Şamaxı rayon icra başçısı tərəfindən "Gilan Holdinqə” satılıb. Orada otel və istirahət mərkəzi tikiləcək. Bu dərəcədə biyarbırçılıq olarmı? Şamaxıda min hektarlarla boş ərazi qala-qala, Şəhidlərin qəbrini köçürdüb yerində otel və istirahət zonası tikmək olarmı? Heç Şəhid qəbirlərinidə satmaq olar? Belə rəzalət, biabırçılıq Azərbaycanın heç bir bölgəsində olmayıb. Biz hələdə bu xəbərin şokundan ayıla bilmirik. Bu əsl şokdu, rəzalətdi, biabırçılıqdı. İnsan inana bilmir.Məmurlar yəni o qədər harınlayıb ki, Şəhidlərin qəbrini dağıdıb,yerində istirahət zonası tikdirir? Erməni bunu eşitsə,sevinməzmi?
Belə çıxır ki, Şamaxı icra hakimiyyətinin rəhbərliyi ermənilərə dəstək olur. Bəlkə aralarında erməni var? Rayonumuzun gəncləri bunu görüb necə vətənpərvər ruhda böyüyə bilərlər? O qəbirlər oradan köçürüləndə şəhidlərimizin ruhu inciyəcək axı. Bu işə görə əsas cavabdeh insan icra başçısı Asif Ağayev və onun müavinləridir.Asif Ağayev və 1-ci müavin Qasım Qasımov Şamaxını yaman günə qoymaqları, rayona ayrılan pulları mənimsəmələri az deyilmiş kimi, Şəhidlər xiyabanınıda satıb pul qazanmaq istəyirlər.
Cənab prezident, sizdən çox xahiş edirik ki, bu məsələnin həllində bizlərə köməklik edəsiniz. Şəhidlər ,xiyabanı köçürülməsin və əsaslı təmir olunsun.Əks təqdirdə biz həmin şəhidlərin valideynləri özümüzü Şamaxı Rayon İcra Hakimiyyətinin qarşısında yandıracağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi