28-01-2014 [11:50]
Həmin xəbərdə qeyd olunurdu ki, İTV-nin fəaliyyətini yoxlayan Hesablama Palatası İsmayıl Ömərovun təxminən 100 min manat məbləğində vəsaiti təyinatsız xərclədiyini müəyyənləşdirərək vəsaitin onun tərəfindən kanalın büdcəsinə qaytarılması ilə bağlı qərar çıxarıb. Eyni zamanda, xəbərdə İsmayıl Ömərovun çoxlu sayda qohum əqrəbasını İTV-nin əməkdaşına çevirdiyi, qızını və kürəkənini şirkətin London təmsilçiləri yapdığının aşkarlandığı bildirilirdi. Həmin xəbərə dərhal reaksiya verən İ. Ömərov əvvəlcə "Yalançının...” ifadəsi işlədərək cavab vermiş, daha sonra isə saytı guya onun haqqında böhtan dərc etdiyi üçün məhkəməyə verdiyini bildirmişdi.
"Qafqazinfo” İsmayıl Ömərovun təkziblərini və israrlarını nəzərə alaraq sözügedən xəbərlə bağlı İTV-yə rəsmi sorğu göndərib. İndi biz sizə İTV-nin rəsmi şəkildə bizim sorğumuza verdiyi cavabı təqdim edirik:
"Göndərdiyiniz rəsmi sorğununbirinci sualınacavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti bildirir ki, həqiqətən də Hesablama Palatası şirkətdə yoxlama aparıb. Bu üzdən yoxlamanın nəticələri barədə bizim açıqlama verməyimiz düzgün deyil.
"İkinci sualınızacavab olaraq bildiririk ki, keçmiş baş direktor İsmayıl Ömərovun xeyli sayda qohumu hələ o, vəzifədə olarkən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb. Onların bəziləri öz ərizəsinə və ya müqavilə müddəti bitdiyinə əsasən işdən gediblər. Eyni zamanda, İsmayıl Ömərovun qohumlarının bəziləri bu gün də İctimai Televiziya və Radio Yayımları Şirkətində fəaliyyətlərini davam etdirirlər.
"Sorğunuzunüçüncü hissəsinəgəldikdə, həqiqətən də, İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərovun qızı Səmədova Könül İsmayıl qızı və onun həyat yoldaşı Səmədov Ruzi Emin oğlu 11 yanvar 2012-ci il tarixdən İTV-nin Böyük Britaniya bürosuna (Könül Səmədova baş prodüsser, Ruzi Səmədov xüsusi müxbir) təyin olunublar. İsmayıl Ömərovun qızı Könül Səmədova hal-hazırda da İTV-nin əməkdaşıdır və iki ay əvvəl analıq məzuniyyətinə çıxıb. Keçmiş baş direktorun kürəkəni Ruzi Səmədovun da adı şirkətin ştatındadır” .
Bax, o bizim yazdığımız xəbər, bu rəsmi sorğunun cavabı. İndi İsmayıl Ömərov işlətdiyi "Yalançının...” söyüşünün dalına nə yazmaq istəyirsə, buyursun...
"Qafqazinfo” son olaraq hörmətli İsmayıl Ömərovun diqqətinə bəzi məqamları da çatdırmağı lazım bilir. Əvvala, qocaman jurnalistin diqqətinə çatdırırıq ki, biz onun bələd olduğu prinsiplərlə, yəni birtərəfli qaydada işləmirik. Hər kəsin cavab haqqını tanıyırıq. Bu cavab bizim ziyanımıza da olsa, onu işıqlandırmağı özümüzə borc bilirik. Necə ki, o gün ünvanımıza verdiyi söyüş-cavabı dərc etmişik.
Ona görə də, sayın Ömərov özünə başqa yerdə vəkil axtarmaqdansa, elə "Qafqazinfo”nun özünə müraciət eləsin. Çünki başqa yerlərdə dediyi sözləri sonradan "elə demək istəməmişəm” tipli təkzib etməkdənsə, buyursun gəslin, üzümüzə danışsın.
Digər bir məqam isə ondan ibarətdir ki, İ. Ömərova qarşı qurşaqdan aşağı zərbə vurmaq niyyətimiz yoxdur, bunun üçün imkanlar olsa belə biz həm öz çəkimiz, həm də peşəkarlıq prinsiplərini qoruyaraq yalnız məsələnin ictimai əhəmiyyət kəsb edən tərəflərini işıqlandırırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi