"Rusiya bildirdi ki, 102-ci bazadan 6 “Buk-M1” verməyə hazırdır, ancaq..." - "Müharibənin dayandırılması Paşinyandan asılı deyildi"
17-06-2021 [13:09]
Bir vaxtlar qondarma “dqr”in “müdafiə naziri” olmuş qondarma general (“samozvanets”) Samvel Babayan Ermənistanın A1+ kanalına müsahibəsində Qarabağdakı məğlubiyyətə görə birbaşa Rusiyanı ittiham edib.
Mia.az Virtualaz.org-a istinadla xəbər verir ki, Babayan Rusiyanı hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl sifariş edilmiş “Tor” zenit-raket komplekslərinin təchizatını qəsdən gecikdirməkdə günahlandırıb.
Üstəlik bildirib ki, 44 günlük müharibənin şiddətli vaxtında, Azərbaycan ordusunun Şuşaya doğru irəlilədiyi günlərdə Rusiya 102-ci bazanın arsenalından Ermənistan ordusuna “Buk-M1” zenit-raket kompleksləri verməyə hazır olduğunu bildirib. Amma məlum olub ki, bu komplekslərin çoxu xarabdır.
“Hələ Nikol Paşinyandan əvvəl 200 milyon dollar kredit (Rusiyadan götürülən güzəştli silah kreditindən söhbət gedir,-red.) götürülmüşdü və “Tor” zenit-raket kompleksləri sifariş edilmişdi. Erməni mütəxəssisləri “Tor”ları çarə kimi təqdim etmişdilər və siyasi rəhbərlik razılaşmışdı, pulların bir hissəsi əvvəlcədən ödənilmişdi. Müharibə başlayanda 6 “Tor” kompleksi artıq Qarabağda idi və daha 18-nin, yaxud 24-ünün gətirilməsi gözlənilirdi. Lakin həmin 6 kompleksdən 4-nü müharibənin ilk saatlarındaca Azərbaycanın pilotsuz aparatları məhv etdi”,-Samvel Babayan bildirib.
Müharibə dövründə qondarma “dqr”in “təhlükəsizlik şurasının sədri” olmuş və kapitulyasiyadan sonra istefa vermiş Babayan daha sonra deyib ki, Rusiya əvvəlcədən sifariş edilmiş “Tor” zenit-raket komplekslərinin qalanlarının çatdırılmasını qəsdən ləngidirdi.
“Sual yaranır, əgər Rusiya daha 18 “Tor” verməliydisə və buna görə əvvəlcədən ödəniş almışdısa, nəyə gərə cəmi 6 vahid vermişdi? Oktyabrın 21-də Rusiya bildirdi ki, 102-ci bazanın arsenalından 6 “Buk-M1” zenit-raket kompleksi verməyə hazırdır. Heyətlər hazırlandı və texnikanı təhvil almaq üçün göndərildi, amma məlum oldu ki, qurğulardan 5-i xarabdır. Sonra məlum oldu ki, Rusiyadan təmir briqadası ancaq noyabrın 3-də gələ bilər, təmir edilmiş qurğuları isə bizə ancaq noyabrın 10-da təhvil verə biləcəklərini dedilər”,-general Samvel deyib.
O, xatırladır ki, oktyabrın 26-da və 27-də fəal danışıqlar gedirdi, Azərbaycan tərəfi bildirirdi ki, Şuşanı azad edənə qədər dayanmaq niyyətində deyil. Ona görə də Babayanın fikrincə, Rusiya zenit-raket komplekslərinin təchizatını ləngitməklə vaxtı uzatmaq istəyirmiş.
“Kim Paşinyanı ittiham edirsə ki, niyə müharibəni dayandırmayıb, bilməlidir ki, müharibənin dayandırılması Paşinyandan asılı deyildi. Hesab edirəm ki, müttəfiq pulu əvvəlcədən ödənilmiş silahları vaxtında verməliydi, amma bunu qəsdən eləmədi, bizim uduzmağımız üçün. Ona görə də mən təklif edirəm ki, müttəfiqlə yol xəritəsi tərtib edilsin və bənd-bənd orada izah olunsun ki, onlardan hansı halda nə gözləməliyik və yenidən kürəyimizdən zərbəni nə vaxt alacağımızı bilməliyik”,-Samvel Babayan belə deyib.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiyanın 102-ci bazadan Ermənistana bəzi silahlar verdiyinə dair Azərbaycan tərəfində məlumatlar var idi. Lakin indiki halda Babayanın məğlubiyyətin səbəbinin guya Rusiyanın “Tor” komplekslərinin təchizatını gecikdirməsi və ya nasaz “Buk” kompleksləri təklif etməsi ilə əlaqəli olduğunu deməsi sadəcə olaraq bəhanədir. Bir halda ki, Azərbaycanın müharibənin elə ilk saatlarındaca Ermənistan ordusunun Qarabağdakı hava hücumundan müdafiə komplekslərinin çoxunu məhv etdiyini Babayan özü etiraf edir, o zaman daha bir neçə “Tor” və ya “Buk” komplekslərinin döyüş əməliyyatları teatrına daxil olması heç nəyi dəyişməyəcəkdi. Azərbaycan ordusu onları da bir-birinin ardınca məhv edəcəkdi. Hansı ki, Azərbaycan ordusunun yüksək dəqiqlikli müasir silah sistemləri və tətbiq etdiyi beşinci nəsil müharibə taktikası sayəsində Ermənistan ordusunun S-300 zenit-raket kompleksləri də daxil olmaqla çoxsaylı hava hücumundan müdafiə vasitələri faktiki olaraq döyüşə atılmadan öz mövqe rayonlarında zərərsizləşdirildi.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub