Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-06-2021 [00:03]
Qoç - səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın.
Müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun.
Günün ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun.
Buğa - bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız, diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli zamandır.
Uğurlu alış-veriş istisna deyil.
Qəfil gəlir və hədiyyələr istisna deyil.
Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin.
Axşam saatları romantik görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün münasib vaxtdır.
Əkizlər - başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya salın. Bütün borcları ödəyin.
Günün ikinci yarısında mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın.
Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək.
Xərçəng - çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın. Peşəkar fəaliyyət müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısı bilik, təcrübə və informasiyalar əldə etmək üçün yaxşı zamandır. Gələn məlumatları dəyərləndirin.
Yeni tanışlıqlar istisna deyil. Münasibətlər sürətlə inkişaf edəcək, sizi sevindirəcək. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Orijinal ideyalar peyda olur.
Şir - günün ilk yarısı çox uğurlu olacaq. Maraqlı görüşlər, işlərdə irəliləyişlər, gəlirlər istisna deyil. Ən çətin problemlərin öhdəsindən sürətlə gəlməyə, dürüst qərarlar qəbul etməyə çalışın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdıra bilsin. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün münasib zamandır.
Günün ikinci yarısı yaşam potensialının səviyyəsi aşağı düşəcək. Yorğunluq hissi yaranacaq. İşləri yarımçıq qoyaraq istirahətə və ya daha yüngül işə can atmayın. Yaxınlarınız sizi anlamağa çalışırlar.
Qız - gün uğursuz başlanacaq. Günün ilk yarısında qıcıqlı, hətta aqressiv olacaqsınız. Yaxınlarınızla acı danışmayın, işdə münaqişəli vəziyyət yaratmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti minimuma endirin. Ehtiyatlı, diqqətli olun. Dəyər verdiyiniz nəsnəni itirə bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Daha enerjili, aktiv olun. Orijinal ideyalarınızı cəsarətlə reallaşdırın. Müsbət hisslərinizi yaxın ətrafınızdakı insanlarla bölüşün.
Tərəzi - sakit və məhsuldar gündür. Yaranan probelmlərin çözülməsi, görüləsi işlərin başa çatdırılması üçün əlverişlidir. İşdə indiyədək dil tapa bilmədiyiniz həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaş və ya həmkarlarla fikir ayrılıqları yaransa belə, münaqişəyə yol verməyin. Konstruktiv müzakirə və diskussiya çərçivəsində qalın.
Günün ikinci yarısı maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Yaşam potensialı yüksəkdir. İşlər çox olsa belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Axşam saatlarında xoş xəbərlər alacaqsınız.
Yeni tanışlıqlar istisna deyil. Amma münasibətlərin uzunmüddətli olacağını düşünməyin.
Əqrəb - mühüm, genişmiqyaslı işləri təxirə salın. Çətin, qarışıq gündür. Yaranan problemlərin öhdəsindən istədiyiniz təki sürətlə gələ bilməyəcəksiniz. Önəmli görüşlərlə bağlı vədlər varsa, ora hazırlıqsız yollanmayın. İmprovizə qabiliyyətinizə bel bağlamayın.
Günün ikinci yarısında sərvaxt və huşyar olmasanız, ciddi problemin öhdəsindən gələ bilməyəcəksiniz. Tək, müstəqil işləyərək daxili harmoniyaya nail olun, əsəblərinizi sakitləşdirin. Yaxşı tanımadığınız insanlarla ünsiyyət sizi adi günlərdən fərqli olaraq çox yoracaq.
Axşam saatlarında mənfi emosiyaların öhdəsindən gəlin.
Oxatan -yaxşı bacardığınız işlə məşğul olun. Axına qarşı üzün, iradə və qətiyyətinizi göstərin. Məqsədinizdən əl çəkməyin. Səylərinizlə qüvvənizi düzgün paylaşdırsanız, əla nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun.
Günün ikinci yarısı romantik münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. Sevdiyiniz insanı sevindirməyi unutmayın.
Axşam saatlarında maraqlı tanışlığa nail olmaq üçün səy göstərin.
Oğlaq - günün ilk yarısı uğurlu olacaq. Şanslarınızdan maksimal dərəcədə yararlanmağa çalışın. İşdəki problemləri uğurla həll etməyə can atın. Bilik, bacarıq və informasiyalarınızı nümayiş etdirin. Nüfuzlu insanın diqqətini cəlb etmək, çox maraqlı işgüzar təklif almaq şansı var.
Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Aktiv həyat tərzi keçirən insanlarla qeyri-formal şəraitdə görüşmək olar.
Çox orijinal, ekstravaqant əşyaşar almayın. Zahiri görünüşə aldanmayın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - bütün işlərdə intuisiyanıza güvənə bilərsiniz. Təhtəlşüur bu gün sizi aldatmayacaq. Yalnız sizə aid olmayan məsələləri təkbaşına həll etməkdən qorxmayın. Səhvlərə yol verməyin, problemin həllində optimal yolu seçin. Karyera məsələləri ilə bağlı narahatlığınız varsa, qarşınızda cazibədar perspektivlər yaranır.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Qarşılaşdığınız insanlar əvvəlkilərə bənzəməyəcək. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, indi əsl vaxtdır.
Balıqlar - günün ilk yarısında problemlərin həllinə yaradıcı yanaşın. Ən adi hadisələrdən birinin mahiyyətini araşdıranda onun qeyri-adi olay olduğunu anlayacaqsınız. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Günün ikinci yarısında yeni münasibətlərə başlamaq məsləhət deyil. Yaramaz, ləyaqətsiz insana aldanmaq ehtimalı var. Ehtiyatı əldən verməyin, sayıq olun.
Milli.Az
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib