Siyasi elmlər doktoru: “Azərbaycan Avropa İttifaqı və Çinin strateji tərəfdaşıdır"
03-06-2021 [17:29]
Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. Bunu təkcə iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər bir daha təsdiq edir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə telefon söhbəti ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir. Eyni zamanda, Azərbaycanın 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, Çinlə əlaqələrimizin yüksələn xətlə inkişafı xarici siyasətimizin əsasında dayanan prinsiplərin dəyişməz olmasından, dövlətimizin gələcəyə hesablanmış siyasətinin uğurlarından irəli gəlir.
Bu fikirləri Mia.az-a “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, yeni dünya düzənində aparıcı qüvvələrdən biri kimi Çin Xalq Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin təməlinin qoyulduğunu qeyd edən V.Rəhimzadə deyib: “2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd ediləcək. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri ilə ölkələrimiz arasında əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoqun cənab İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətlərinə əsaslandığını təsdiqləyir. Azərbaycan Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən dövlətlərdən olmaqla bunu əməli fəaliyyəti ilə sübut etdi. Məsələyə bu kontekstdən yanaşdıqda deyə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ildə “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak etməsi əlaqələrin inkişafına böyük töhfə oldu. Xüsusilə təqdirəlayiq haldır ki, Azərbaycan və Çin beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.
Baş redaktor bildirib ki, ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla təkcə mühüm nəqliyyat mərkəzinə çevrilmədi, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfələr verməkdə davam edir. “Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak etməyə dəvət olunması ölkəmizə xüsusi diqqətin, xalqlarımızın dostluğunun təsdiqi kimi dəyərləndirilərək qeyd edilir ki, birgə səylər əsasında əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları müəyyənləşdirilir”, - deyə baş redaktor bildirib.
V.Rəhimzadə Çin şirkətlərinin Azərbaycana investisiya marağından da bəhs edərək bildirib ki, bu, güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir: “Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya axınını sürətləndirir. Azərbaycanda Çin şirkətlərinin fəaliyyəti, “Huawey” şirkətinin işğaldan azad olunmuş ərazilərdə mühüm layihələr icra etməsi təqdirəlayiq addımdır”.
Baş redaktor COVID-19 pandemiyası dövründə Çinin Azərbaycana dəstəyini, dünyada vaksin çatışmazlığı şəraitində Azərbaycanın Çindən vaksin idxal etməsini və ilk ölkələr sırasında vaksinasiya həyata keçirməyə başlamasını, çinli mütəxəssislərin Azərbaycana gəlməsini və pandemiya ilə mübarizəyə dəstək göstərmələrini də xüsusi vurğulayıb.
V.Rəhimzadə, həmçinin diqqəti Azərbaycan-Avropa İttifaqı əlaqələrinə yönəldərək bildirib ki, qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Avropa İttifaqına üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq sənədi və bəyannamələr imzalayıb.
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə dövlətimizin başçısı İlham Əliyev arasında telefon söhbətində Azərbaycanın istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regionda və dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsində rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzunun təsdiqidir”, - söyləyən V.Rəhimzadə bu ümumiləşdirməni edib ki, iki nəhəng beynəlxalq güc mərkəzi ilə eyni günə təsadüf edən belə yüksək dəyərləndirməni özündə əks etdirən təmaslar Cənubi Qafqaz-Avropa İttifaqı və Cənubi Qafqaz-Çin əməkdaşlıq modelləri ətrafında müzakirələrin aparılmasını aktuallaşdırır. Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə qeyd etdiyi kimi, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Vaxt gələcək sözün əsl mənasında, Cənubi Qafqazda belə bir fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub