"Niyə Baloğlan Əşrəfova qarşı belə ədalətsiz mövqe tutursuz?" - Oğlu etiraz etdi, nazirlik belə cavab verdi
03-06-2021 [13:07]
Mərhum əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasına ögey münasibətdən narazılıq edib.
Mia.az xəbər verir ki, B.Əşrəfovun oğlu sosial şəbəkə hesabında bildirib ki, nazirlik atasının ölümünə görə ailəsinə baş sağlığı verməyib:
“1971-ci ildən bəri sevilərək xalqın sevgisini qazanan və o gündən bəri sənəti ilə həmişə sevilərək gündəmdə qalmağı bacaran bir sənətçinin ölümü hər kəsə təsir etdi, bircə Mədəniyyət Nazirliyindən başqa...
Düz 50 il peşəkar sənətdə oldu. Ən azından Əməkdar artist adını alıb. Halbuki, başqa Əməkdar artist adı alanlara rəsmi qaydada başsağlığı verildi. Bəs niyə Baloğlan Əşrəfova eyni qayda da baş sağlığı verilmədi? Onsuz da sağlığında onun halalca adını, layiqli qiymətini ona vermədiniz. Halbuki xalq o adı ona çoxdan vermişdi. Niyə Baloğlan Əşrəfova qarşı belə ədalətsiz mövqe tutursuz?
Baloğlan Əşrəfovun qiymətini zamanında maestro Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev verib. Baloğlan Əşrəfov dünən sənətə gəlməyib, 50 il bundan öncə senzuralar keçə-keçə gəlib. Mədəniyyət Nazirliyi bu qədərmi Baloğlan Əşrəfova qarşı ədalətsiz mövqedədir, adi başsağlığı belə vermir?!”.
Mövzu ilə əlaqədar Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə Lent.az-a bildirib ki, ittihamlar əsassızdır: “Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib. Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq dəfn edilib.
Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən Əməkdar artistin vəfat etməsi böyük kədər hissi ilə qarşılanıb, nekroloq verilib, ictimaiyyətə bu barədə məlumat nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə təqdim edilib”.
Xatırladaq ki, B.Əşrəfov koronavirus (COVID-19) səbəbindən vəfat etmişdi.
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN