Azərbaycanın Moldovadakı Səfirliyində 28 May Respublka Günü münasibəti ilə bağlı tədbir keçirilib - VİDEO/FOTOLAR
29-05-2021 [15:00]
28 May Respublka Günü münasibəti ilə Azərbaycanın Moldovadakı Səfirliyində tədbir keçirilib.
Azərbaycan Respublikasının Moldova Respubikasındakı Səfirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, tədbirdə Moldova Xarici İşlər və Avropaya inteqrasiya nazirliyinin dövlət katibi Dmitri Sokolan, Türkiyənin Moldovadak səfiri Gürol Sökmensüer, Belarusun Moldovadakı səfiri Anatoliy Kalinin, Moldova parlamentinin deputatları, ölkənin elm və mədəniyyət xadimləri, Moldova Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı gənclər, yeri KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Moldovanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, qeyd edib ki, bu il Respublika Günü xüsusilə əlamətdardır, çünki bu tarixi ilk dəfə işğaldan azad olunmuş Şuşa ilə, Qarabağ ilə qeyd olunur, azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Diplomat 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, cəsarətli, qəhrəmanlıq səlnaməsi yazan ordumuzun möhtəşəm qələbəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azaed olunduğunu, ədalətin bərqərar olduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işlərinin aparıldığı və bölgəyə nəhayət sülün gəlməsini üçünbütün imkanların olduğunu qeyd edib.
Həmçinin səfir çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövrdə müstəqil dövlətçilik priniplərinin əsasının qoyulduğunu və 70 ildən sonra bu prinsiplər əsasında Azərbaycan xalqının çox mürəkkəb şəraitdə müstəqilliyini bərpa etdiyini söyləyib. O, 1993-cü ildə xalqın çağırışı ilə uu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığını, ümummilli liderin respublikanı dərin siyasi böhrandan çıxartdığını və ölkəmizin əsas inkişaf istiqamətlərinin təməlini qoyduğunu bildirib.Qüdsi Osmanov ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, əldə etdiyi möhtəşəm nailiyyətləri nəticəsində Azərbaycanın bölgədə lider dövlətinə çevrildiyini vurğulayıb. Bundan əlavə, səfir qonaqlara Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin çiçəklənməsi və inkişafına böyük töhfə verən genişmiqyaslı fəaliyyətindən danışıb.
Moldova-Azərbaycan münasibətlərinə toxunana səfir, ölkələrimiz arasında uzunmüddətli qardaşlıq və əməkdaşlıq əlaqələrinin olduğunu, beynəlxalq platformalarda Moldovanın Azərbaycana göstərdiyi dəstək və həmrəyliyə görə Moldova rəhbərliyinə təşəkkürünü bildirib.
Moldova Xarici İşlər və Avropaya inteqrasiya nazirliyinin dövlət katibi Dmitri Sokolan çıxışında Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edib, ölkəmizin sosial-iqtisadi inkişaf, beynəlxalq arenada qazandığı uğurları qeyd edərək, vətəndaşların həyatnı asanlaşdıran layihələr üzrə Azərbaycanın nümunəvi ölkə olduğunu bildirib. Dövlət katibi Moldova ilə Azərbaycan arasında 29 illik diplomatik münasibətlər dövründə hər iki tərəfin maraqlarını ifadə edən bir çox layihələrin həyata keçirldiyini,ölkələrimiz arasında əməkdaşlığın böyük potenialının olduğunu, bu istiqamətdə işlərin aparıldığını qeyd edib.
Bundan sonra qonaqlar Səfiriyin binası qarşısında yeni quraşdırılan ulu öndər heydər Əliyevin büst-heykəlinin önünə gül dəstələri düzüblər. Qeyd olunub ki, abidənin rəsmi şəkildə təntənəli açılışı gələcəkdə planlaşdırılır.
Daha sonra ümummilli lider Heydər Əliyevin dərin məna daşıyan və hər bir azərbaycanlı üçün vətənpərvərlik rəmzinə çevrilən: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam!" sözlərini üç dildə əks etdirən xatirə lövhəsinin açılışı baş tutub.
Xatirə lövhəsi Səfirliyin girişində quraşdırılıb.
Bundan əlavə, Səfirliyin ərazisində quraşdırılan Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsinə həsr edilən "Şəhidlər bulağı"nın açılışı olub.
Tədbirin sonunda qonaqlar müasir Azərbaycan dövlətinin inkişafının təsviri olan maraqlı və zəngin foto-sərgi ilə tanış olublar.
Tədbir yerli KİV-də geniş işıqlandırıb.
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub