Əli İnsanov: İlham Əliyevin xalası oğlu gəlsin məhkəməyə- [Video]

img

17-01-2014 [15:08]


Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı şikayətinə baxılıb.
 
«BURADA OLMAĞIM İŞGƏNCƏDİR»
 
Əli İnsanov həbsini «siyasi və sifarişli» adlandırıb və ədliyyə naziri Fikrət Məmmədovun prosesdə iştirakına dair vəsatət qaldırıb:
 
«Mən bu ittihamda əsas şəxs kimi Ədliyyə naziri Fikrət Məmmədovu göstərmişəm. O nəyə arxayındır ki, nəinki özü gəlib, heç nümayəndəsini də məhkəməyə göndərməyib. Bu Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır? O xalası oğlu İlham Əliyevə arxayındır? Nahaq ona arxayındır. Vəsatət qaldırıram, Fikrət Məmmədov məhkəməyə gəlsin, ona çoxlu suallarım var».
 
Prosesdə iştirak edən Penitensiar Xidmətin təmsilçisi məhkəmədə ədliyyə nazirinin iştirakına ehtiyac görmədiyini söyləyib.

Hakim prosesi yanvarın 31-dək təxirə salıb.

YAP-ın qurucularından biri olan Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Ötən ilin noyabrında Ali Məhkəmə Əli İnsanovun işinə dair Bakı Apelyasiya və Ali Məhkəmənin qərarlarını ləğv edib. İşə dair Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin qərarı dəyişdirilməyib və araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.


  • Əli İnsanov ədliyyə nazirini ittiham etdi (foto - video)<a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir230/img1535188.JPG' target='_blank'>Yüklə</a>
  • Əli İnsanov ədliyyə nazirini ittiham etdi (foto - video)<a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir230/img1535189.JPG' target='_blank'>Yüklə</a>



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA