Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-05-2021 [00:15]
Qoç - sizi çətin gün gözləyir. Mənfi təmayüllərin təsiri artır. Məqsədə aparan yolda qarşınıza çıxan maneələrlə sədləri dəf etmək üçün var qüvvənizlə çalışmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları yarana bilər. Rəhbərliklə mübahisə etməyin. Belə mübahisə uzunmüddətli münaqişənin əsasını qoya bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun.
Süstlük, tənbəllik, diqqətsizlik sizə başladığınız ən sadə işləri başa vurmağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlar sizi astagəllikdə suçlayacaqlar. Onların çoxsaylı tənqidləri sizdə qıcıq yaradacaq.
Buğa - gün ciddi problemlər vəd edir. Amma ruhdan düşməyin, nikbin olun. Belədə ətrafınızdakı insanların sizə marağı daha da artacaq. Ən müxtəlif insanlardan təkliflər alacaqsınız. Lakin bu adamları ayırd edin. Bəzi şəxslərdən uzaq durmaq gərəkdir.
Günün ikinci yarısında yeni dostluq və ya tərəfdaşlıq münasibətlərin başlanması istisna deyil. Fəqət diqqətli olun. Yeni tərəfdaşlarla məhsuldar peşəkar əməkdaşlıq şansları azdır.
İstənilən səfərlər üçün əlverişli zamandır. İşlər çox olsa da, yorulmayacaqsınız. Usanmayacaqsınız. Axşam saatlarında aldığınız informasiya karınıza gələ bilər.
Əkizlər - çətinliklər az olmayacaq. Lakin onların öhdəsindən tez gəlməyə çalışın. Fəndgir, hiyləgər olun, məqsədə doğru gedən yolda qarşınıza çıxan maneələri dəf edin. Aktual və praktik işlərin həlli üçün əlverişli zamandır. Genişmiqyaslı, böyük layihələrin həyata keçirilməsini təxirə salın.
Günün ikinci yarısında işlə bağlı aldığınız təkliflər ilk baxışdan cazibədar təsir bağışlasa da, onlar sərfəli deyillər.
Emosional fon münasibdir. Amma bir qədər sonra əsəbi gərginlik artacaq, qıcıqlanacaqsınız.
Axşam saatlarında yaxınlarınızla münaqişə etməmək üçün səylər göstərin.
Xərçəng - müsbət təmayüllərin təsiri artacaq. Gün pis deyil. Uzun müddətdən bəri həll etməyə çalışdığınız problemin həll variantlarını aşkarlayacaqsınız. Yeni tərəfdaşlarla əməkdaşlıq, iş yerini dəyişmək üçün pis zaman deyil.
Gəlirlər istisna deyil.
Axşam saatları imiclə eksperimentlər və alış-veriş üçün yaxşı zamandır.
Şir - günün ilk yarısı uğurlu olacaq. İşgüzar danışıqlar, nüfuzlu adamlarla görüşlər, mühüm məsələlərin nəzərdən keçirilməsi üçün münasib zamandır.
İşdə rəhbərlik və həmkarların dəstəyini alaraq ən cəsur planlarınızı reallaşdıra bilərsiniz.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Planlarınızın bəziləri pozula bilər. Münaqişəli vəziyyətlər, mübahisələr yaranacaq. Əhvalınız korlanacaq. Səhhətinizdə problemlər istisna deyil. Ürək-damar sisteminin xroniki ağrıları kəskinləşə bilər.
Qız - indiyədək sizi ciddi şəkildə narahat edən problemlər artıq önəmsiz təsir bağışlayır. Onlar sanki heç diqqətə layiq deyillər. Yeni, maraqlı işlər və tapşırıqlar yaranır. Onların bəzilərini həll etmək üçün səy göstərmək olar. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq istəyirsinizsə, təmkinli, səbrli davranın. Tələsik addımlar atmayın.
Günün ikinci yarısında istənilən situsiyanı təhlil etmədən qərar qəbul etməyin.
Yaxınlarınız problemlərinizi anlayşıla qarşılayırlar. Hamı üçün xoşagəlməz vəziyyət yarananda münaqişələrə və mübahisələrə yol verməyin.
Axşam saatlarında qəfil vizitlər ola bilər. Qonaqlar sizi sevindirəcək.
Tərəzi - hər addımınız düşünülmüş, hər qərarınız təmkinli olmalıdır. Ehtiyatlı olun, detallara fikir verin, xırdalıqlara laqeyd yanaşmayın. Yaxşı məsləhət almaq istəyirsinizsə, subyektiv olmayan, qərəzli və ya məkrli olduğunu düşünmədiyiniz insana müraciət edin. Yaranmış situasiya ilə bağlı tam informasiya əldə etməyə çalışın. Yeni işlərə başlamağa tələsməyin. Başladınızsa, sürətli və tam qələbəyə bel bağlamayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Yaxınlarınızla təmaslarda diqqətli olun. Sevdiyiniz insanları anlamağa çalışın. Qəfil etiraf, diqqət izharı, hədiyyələr istisna deyil.
Əqrəb - mühüm işləri günün ilk yarısına planlaşdırın. Diqqətli olun, həll olunası problemə səthi yanaşmayın. İşgüzar danışıqlarda sərt olun, mənasız güzəştlərə gedərək mövqelərinizi zəiflətməyin. Peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni üfüqlər yaranır.
Günün ikinci yarısı çox uğurlu olmayacaq. Çoxsaylı kiçik problemlər yaranacaq. Onlar sizi sinirləndirəcək, qıcıqlandıracaq. Yaxınlarınızla mübahisə etməyin. Ətrafınızdakı insanlarla aqressiv davranaraq yeni düşmənlər qazanmayın.
Oxatan - danışıqlar, rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. Ənənələrin və qaydaların əleyhinə gedərək düzgün saydığınız variantı reallaşdıra bilərsiniz.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda nə qədər səmimi və qayğıkeş olsanız, işlərinizdə bir o qədər irəliləyiş müşahidə ediləcək. Münasibətlərdə harmoniyaya nail olun.
Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Qəfil xərclər istisna deyil. Səfər və ya səyahətdə ehtiyatlı olun. Fırıldaqçılar sizin hesabınıza gəlir əldə etmək istəyəcəklər.
Oğlaq - günün ilk yarısında qarışıq, çətin işlər çox olacaq. Mühüm qərarlar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Peşəkar fəaliyyət və kommersiya məsələləri ilə bağlı təxirəsalınmaz məsələnin həllini yubandırmayın.
İş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq, anlaşma və sazişlər üçün əlverişli zamandır.
Uğur sizin tərəfinizdədir. Adi günlərdən fərqli olaraq, işlərin öhdəsindən gəlmək asan deyil.
Günün ikinci yarısındakı problemlər seçdiyiniz yolun dürüstlüyünə şübhə yaratmasın. Axşam saatlarında köhnə dostlara baş çəkin. Sizi anlayan insanlarla vaxt keçirin. Belədə əhvalınız yaxşılaşacaq, gələcəyə nikbin baxacaqsınız.
Dolça - bir yerdə oturmayın, təşəbbüskar və fəal olun. Mürəkəb işin çarəsini başqalarının tapacağını düşünməyin. Öz işinizi başqalarına həvalə etməyin. Uzaq perspektivə hesablanmış planlar qurmaq, məqsədə çatmağın yeni yollarını aramaq olar. Uğurlu işgüzar səfərlər ola bilər. Yeni tərəfdaşlarla uğurlu anlaşma və ya saziş şansı artır.
Günün ikinci yarpısında maliyyə məsələlərində ehtiyatlı olun. Pulunuza qənim kəsilməyin, bədxərclik etməyin.
Məişət texnikası və ya bahalı əşyanın alınmasını ertələyin.
Balıq - qarşıya qoyduğunuz məsələlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirməyə çalışır. Sakit və təmkinli olun, hər xırda məsələyə qıcıqlanmayın. Soyuqqanlı davransanız, bir çox münaqişənin alovlanmasının qarşısını ala bilərsiniz. Gəlirlər istisna deyil. Məbləğ az olmayacaq. Qəfil hədiyyələr istisna deyil.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün uğurludur. Axşam saatlarında gəzintiyə çıxsanız, başağrısı və ya yuxusuzluğa qarşı preventiv tədbir görmüş olacaqsınız.
Milli.Az
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib