"Həmin adamlar ya ərizə yazmayıblar, ya da..." - Sabiq deputatdan gömrükdəki son həbslərə reaksiya
23-05-2021 [18:29]
"Həbslərlə gömrük sistemindəki problemlərin həllinə nail olmaq mümkün deyil. Hər il bir neçə gömrük işçisinin bu və ya digər formada, xırda rüşvətxorluq üstündə həbsi insanlarda sadəcə olaraq, təbəssüm və ikrah oyadır. Elə zamanlar olub ki, gömrük müfəttişini 100 manat rüşvət aldığına görə həbs ediblər. Hamı yaxşı bilir ki, illərdir gömrük orqanları ən korrupsiyalaşmış, yerlibazlıq və qohumbazlığın ən yüksək səviyyədə konsentrasiya olunduğu bir dövlət qurumudur. Bu cür həbslərə ciddi yanaşmıram, bunu daxili hesablaşmanın bir əlaməti kimi qiymətləndirirəm. Hər zaman belə olub, gömrük orqanlarında kiminsə vurulması, gözdən salınması üçün əməliyyatlar keçirilib. Həmin adamlar ya ərizə yazmayıblar, ya da mübahisə yaradıblar və ona görə də cəzalandırılıblar”.
Bu sözləri iqtisadçı ekspert, iş adamı Nazim Bəydəmirli Gömrük Komitəsi üzvlərinin həbs olunmasını "pressklub.az"-a şərh edərkən bildirib.
Xatırladaq ki. mayın 17-də Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, onlar barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.
N. Bəydəmirli bildirir ki, bütün ölkələrdə gömrük siyasətinin əsas məqsədi fiskal siyasətlə bərabər, daxili bazarı stimullaşdırmaqdır: “Araşdırmalarıma istinadən dəfələrlə bunu mətbuata da açıqlamışam ki, iqtisadi inkişafın əsas göstəricisi ƏDV-dir. Bildiyimiz kimi, əlavə dəyər vergisi həm daxili istehsaldan, həm də idxaldan toplanır. İdxaldan olan ƏDV bu illər ərzində 2,5 dəfə artıb, ancaq ölkənin daxilində toplanan ƏDV təqribən 10 faiz azalıb. Hökumətin apardığı gömrük siyasəti daxili istehsalı qorumaq baxımından hədəfinə çatmayıb. Həm də, vətəndaşlar müxtəlif mallar aldıqda görürlər ki, həmin malların əksəriyyətinin 70-80 faizi daxildə deyil, xaricdə istehsal olunub. Bütün bunlar onu göstərir ki, gömrük orqanlarının əsas funksiyası olan daxili istehsalı stimullaşdırmaq, qorumaq hədəfi yerinə yetirilməyib".
İqtisadçı qeyd edib ki, ikinci bir məsələ fiskal siyasətlə bağlı olan hissədir.
"Bildiyimiz kimi, ölkədə fiskal siyasəti Vergilər Xidməti aparır. Gömrük Komitəsinin topladığı vəsaitlərin təqribən 78 faizi idxaldan olan ƏDV, aksiz vergisi və yol vergisidir. Adından da gördüyümüz kimi, bunlar hamısı vergilərdir və bu vergilər gömrük orqanlarının topladığı vəsaitlərin strukturunda təqribən 78 faizdir. Vergini iki qurum toplamamalıdır. Vergi və fiskal siyasət eyni mərkəzdən aparılmalıdır”-deyə, N. Bəydəmirli vurğuladı.
İqtisadçı çıxış yolunu Gömrük Komitəsinin ləğv olunmasında görür:“Komitənin ləğv olunaraq xidmət kimi Vergilər Xidmətinə birləşdirilməsi və fiskal siyasətin eyni mərkəzdən idarə olunması zəruridir. Bütün dünyada belədir. Gömrük bir xidmət, prosedur orqanıdır. Bu prosedur orqanı, adından da məlum olduğu kimi, xidmət göstərməlidir. Təəssüf ki, bizimkilər vətəndaşa qarşı “bəy”, “xan” kimi davranırlar. Buna son qoymağın zamanı çoxdan gəlib”.
Bəs, gömrük sisteminin elektronlaşması korrupsiya hallarının qarşısını niyə ala bilmir?
N.Baydəmirli qeyd etdi ki, gömrük orqanları qanunsuz olaraq sahibkarları daxil olan malları gömrük terminallarına gətirməyə məcbur edir: “Gömrük terminallarının yanında olan anbarlar müxtəlif məmurlara məxsusdur. Bu, onlara pul qazandırmaq məqsədilə edilir. Sadələşdirilmiş bəyannamə formasının tətbiq olunmasına baxmayaraq, sərhəddən keçən maşın sahibkarın öz anbarına və yaxud özünün müəyyən etdiyi yerə getmək əvəzinə, gömrük terminallarındakı saxlanclarda saxlanılır. Həmin sahibkar da saxlanclara pul ödəmək məcburiyyətində qalır. Sahibkar bilir ki, malları nə qədər gömrükdə qalsa, daha çox vəsait ödəməli olacaq, ona görə də, gömrük orqanlarının qoyduğu şərtlərə boyun əyir. Gürcüstünda isə mal ölkəyə daxil olmamış, sahibkar onu öz anbarına yönləndirir, bəyannamə qiymətinə uyğun olaraq gömrüyün rüsumu varsa, rüsumunu, vergisi varsa, vergisini elektron qaydada ödəyir. Gömrük orqanları şübhəli məhsul olarsa, onu saxlanc anbarına gətirə bilər. Sahibkarları heç bir şübhə olmadan buna məcbur edirlərsə, burada hansısa şəffaflıqdan söhbət belə gedə bilməz. Bunlar hamısı qeyri-şəffaf idarəetməyə gətirib çıxarır. Dövlətin vəzifəsi vətəndaşın daha yüksək rifahını təmin etməkdir. Ancaq gömrük siyasəti dövlətin bu siyasətini ciddi şəkildə zədələyir və zədələməkdə davam edir”.
"AzPolitika.info"
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub