Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-05-2021 [00:03]
Qoç - köhnə işlərin baş çatdırılması və nəticələrin gözdən keçirilməsi üçün əlverişli gündür. Yeni layihələrlə bağlı işlərə başlamayın.
Təkliflər alacaqsınız. Amma ehtiyatlı olun, imkanlarınızla potensial tərəfdaşlarınızın gücünü olduğundan artıq dəyərləndirməyin.
Məntiqli, səbrli olun. Belə davranış sizi və dostlarınızı səhvlərdən qoruyar.
Bu gün sizdən məsləhət, dəstək, mənəvi yardım istəyəcəklər. Lakin sevdiyiniz insan inadkarlığı ilə sizi narahat və nigaran qalmağa vadar edəcək.
Buğa - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil.
Aramla davranın, yüz ölçüb bir biçin.
Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər.
Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın.
Tənqidi ifrat aqressivliklə qarşılamayın.
Bu gün qəbul etdiyiniz qərarları dərhal həyata keçirməyə tələsməyin.
Əkizlər - bu gün sizə kimsə mane ola bilməyəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Elə bir məsələ yoxdur ki, onu çözməyə səy göstərəndə çətinliklərlə qarşılaşasınız.
Məqsədə çatmaq üçün zəhmət və səylərinizə qənaət etməyin.
Günorta saatlarında yeni müttəfiqlər və tərəfdaşlar tapa bilərsiniz.
Sərfəli anlaşma, müqavilə və ya tapşırıq istisna olunmur.
Axşam saatlarına yaxın yeni münasibət yarana bilər. Bu təmasların inkişafı sizdən asılıdır.
Ailə üzvləri, qohumlar və yaxınlarınızla mehriban, səmimi olun.
Münaqişələrlə mübahisələrə əsla yol verməyin.
Xərçəng - yaranan situasiyanı nəzarətdə saxlayaraq yaranan imkanlardan tələsmədən bəhrələnməyi bacarsanız gün uğurlu keçəcək.
Hadisələrin məcrasını təxminləməyə çalışmayın. Məntiq, fikirlər, intuisiya, təcrübə - sizə heç nə kömək etməyəcək.
Fəqət, ilk baxışdan dəlisov və düşünülməmiş təsir bağışlayan addımınız şəraitin yaxşılığa doğru dəyişməsinin əsasını qoya bilər.
Ən xırda detallarına qədər düşünülmüş plan isə tam əksinə, sizi təəssüfləndirəcək.
Axşam saatlarına yaxın sizə deyilənlərə səbrlə qulaq asın. Həmin sözlərlə razı olmasanız da, etiraz etməyə tələsməyin. Başqasının mövqeyini qəbul etmək sizə yardım edə bilər.
Şir - bu gün ərzində çoxlu, məhsuldar və yaxşı çalışın. Gün maraqlı, amma yorucu keçəcək. İşlər çox olsa da, enerjili və aktiv olsanız, uğur əldə edəcəksiniz.
Ara sakitləşən kimi çox yorulduğunuzu, əldən düşdüyünüzü hiss edəcəksiniz.
Ailə üzvləri, qohumlar və yaxınlarla münasibətlərlə rəvan davranmaq sizinçün çətin olacaq. Əhvalınız pozulmasın.
Axşam saatlarında romantik görüş varsa, əsla yalan danışmayın.
Qız - hisslərinizə inanın. Bu gün işdə, təhsildə, şəxsi həyatda hissiyat sizi bir sıra xoşagəlməz situasiyalardan xilas edə bilər.
Gələcəklə bağlı planları qurarkən ehtiyatlı olun. Həyata keçirilməsi ciddi səylər tələb edən planlardan uzaq durun.
İkinci dərəcəli təsir bağışlayan məsələlərdə irəliyə atılmayın, sakit olun.
Bu gün ailənin maraqları ən önəmli obyektə çevriləcək və ona görə də işiniz arta bilər.
Baş verənləri itki kimi qəbul etməyin.
Ulduzlar bu gün sizə kiçik hədiyyə hazırlayıblar.
Tərəzi - bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın.
İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər.
Ona görə də enerji, əzm və qətiyyətlə işləyin.
İşi yarımçıq qoymayın.
Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi.
Kiçik problemləri və anlaşılmazlıqları ürəyinizə salmayın.
Söz yox, bu gün problemlər də olacaq. Fəqət, ciddi narahatlığa bir səbəb görünmür.
Əqrəb - bu gün işdə və evdə ünsiyyət zamanı ciddi problemlər yarana bilər. Ən kiçik tənqidə, ən kiçik məsləhətə aqressiv reaksiya verməyin. Zarafatlardan inciməyin, təhqirə və ya gücə əl atmayın.
Belə davransanız, düşmən qazana bilərsiniz.
Ən yaxın bildiyiniz insanlarla ünsiyyət sizi sakitləşdirəcək. Faydasız da olsa, maraqldı məşğuliyyət tapıb sinirlərinizi rahatlayın.
Axşam saatlarında tələsmədən, telefon zənglərinə cavab vermədən, sosial şəbəkələrdə vaxt keçirmədən ailə üzvləri ilə danışın.
Onlar heç olmasa, həftədə bir gün sizinlə rahat söhbət edə bilsinlər.
Oxatan - bu gün hədsiz dərəcədə inadkar, qətiyyətli, əzmli olun. Yalançı dostlar, işdə üzünüzə gülən adamlar, bədxahlarınızın "məsləhət"lərinə qulaq asmayın. Sizi dilə tutaraq yolunuzdan sapdırmağa çalışacaqlar.
Tələyə düşməyin.
Nə qədər çox çalışsanız, bir o qədər irəli gedəcəksiniz.
Bəxtinizi suçlamayın.
Ailədə aramla danışın, söhbətiniz rəvan olsun və belədə, böyüklər də sizi diqqətlə dinləyəcəklər. Zamanın sınağından keçmiş romantik münasibətlərdə problemlər yaranmayacaq.
Gənc ailələrdə isə münaqişələr ola bilər.
Oğlaq - ünsiyyət üçün əla gündür. Köhnə tanışlarla asanlıqla dil tapacaq, yeni dostlar qazanacaqsınız.
Kiməsə rəğbətiniz yaranarsa, bu adamla təmasları təxirə salmayın.
Yaramaz insanla nəyisə müzakirə etməyin.
Yaxın bildiyiniz insanla gələcəyi müzakirə edə bilərsiniz.
Yaradıcılığı sevən insanlar üçün yaxşı vaxtdır.
Axşam saatlarında klassik musiqi, ya da caz dinləsəniz, musiqi duyumunuza yeni çalarlar əlavə edərsiniz.
Şəraitə qeyri-standart baxış tələb edən işlərdə passivlik, ətalət, astagəllik göstərməyin.
Dolça - sakit, aram və təmkinli çalışmağı tələb edən işlərlə məşğul olun. Kənardan sizə deyilənlərə qıcıqlanmayın. Heç bir səbəb olmadan kobudluq etməyin, dəfələrlə müzakirə edilmiş məsələyə bir daha qayıtmayın, üzücü və sonsuz suallarla yaxınlarınızı təbdən çıxarmayın.
Cansıxıcı, yaramaz insanlardan yardım istəməyin, dəstək gözləməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz. Ötənlərlə bağlı xatirələr sizə xoş əhval-ruhiyyə bəxş edə bilər.
Əyləncəyə ifrat rəğbət bəsləməyin.
Balıqlar - dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın.
Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar.
Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir.
Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz
Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər.
Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız. Mübahisə etməyin, yaxınlarınızın qəlblərini qırmayın.
Bu gün ətrafınızdakı insanlar emosional, incik, dəymə-düşər olacaqlar.
Günün ikinci yarısında maraqlı ideyalar ola bilər.
Milli.Az
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb