Deputat: "Müdafiə Nazirliyi trolları ortaya töküb mənə söyüş söydürür"
06-05-2021 [14:33]
44 günlük Vətən müharibəsi artıq 6 aydır ki, Azərbaycan Ordusunun zəfəri ilə başa çatıb. Səməd Vurğunun da dediyi kimi, “Nə gözəldir igid olmaq, mərd yaşamaq bu dünyada". Gözəgörünməz qəhrəmanlarımız hesabına 27 illik torpaq həsrəti bitəndə xalqımız bu misralar, nəhayət, həqiqətə çevrildiyi üçün sevinirdi.
Lakin məlumdur ki, qalibiyyətin qüruru olduğu kimi, ona gedən yolda yaranan ağrılar da var. Əsrlər boyu aparılan heç bir müharibədə tam mənəvi qələbə çalınmayıb, bizdə də belə oldu. Çünki azadlıq toxumunu şəhidlərimiz öz qanları hesabına əkdilər. Bununla yanaşı ötən dövr müharibə iştirakcıları ciddi psixoloji problemlər ortaya çıxdı. Bu porblemlərin həlli istiqamətində operativ tədbirlərin yetərsiz olması bəzi problemlərə səbəb olur. Məsələn, ötən gün Vətən Müharibəsi iştirakçısı olan xüsusi təyinatımızın intiharı da bu qəbildəndir.
Maraqlıdır, müharibədən qayıtmış hərbçilər üçün dövlət tərəfindən ödənişsiz psixoloji yardım mövcuddurmu? Əgər mövcuddursa, prosesin belə ləng getmə səbəbi nədir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məcis deputatı Aqil Abbas belə bir tədbir həyata keçirildiyini, lakin hansı səviyyədə tətbiq olunması barədə məlumatının olmadığını vurğulayıb:
“Düzdür, mən Müdafiə Nazirliyi barədə sərt danışmışam və onları hospitalla bağlı tənqid etmişəm. Amma məsələ budur ki, bütün dünyada müharibə sindromu deyilən bir şey var. Qan, ölüm görmək insana psixoloji təsir edir. Sadəcə olaraq belə halların vaxtında qarşısı alınmalıdır. Adicə futbolumuzun nə üçün it günündə olduğunu bilirsiniz?! Çünki futbolçu, ümumiyyətlə, bütün idmançılar oyuna girəndə psixoloq onları ruhlandırmaq üçün psixoloji söhbət etməlidir, həmçinin oyun başa çatanda onlar əsəbi ola bilər, psixoloq oyundan sonra da onlarla danışmalıdır. Yoxsa futbol bitən kimi evlərinə gedə bilməzlər. İndi görün müharibə nə deməkdir?! Əsgərin yanında dostu, silahdaşı ölür, onun orqanları çölə tökülür, parça-parça olur. Bunları görən əsgər dəhşətli travma alır. Adi biz baxanda əzab çəkirik, görün, indi onlar nə yaşayır?! Ona görə müharibədən sonra mütləq psixoloji dəstək göstərilməlidir”.
Millət vəkili diqqətə çatdırıb ki, Müdafiə Nazirliyi müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərməlidir:
“Onların hospitalları, poliklinikaları var. Bu barədə mən parlamentdə də əsəbi şəkildə çıxış elədim. Ondan sonra Müdafiə Nazirliyi trolları ortaya töküb mənə söyüş söydürür. Trol e, trol saxlayırlar. Hamısı çıxışımın altına tökülüşdü, heç bilmirdilər mən nə demişəm, amma başlayıb, “Hospital, Müdafiə Nazirliyi gözəl işləyir”,-deyirdilər. Müdafiə Nazirliyinin 6 ayda 6 generalını təxris ediblər. Hələ birini də həbs ediblər, elə o biriləri də həbs edəcəklər. Bu, nə nazirlikdir?
Mən demişəm ki, Müdafiə Nazirliyinin əleyhinə bir də danışmayacam. Səbəbini də yazmışam, qəzetdə bununla bağlı böyük material dərc olunub. Yəni əslində, danışa bilərəm, niyə danışmıram? Sadəcə olaraq dedim ki, daha işləri ilə məşğul olsunlar da. Gedib insanların problemlərini həll etsinlər. Mənim stolumun üstündə bu dəqiqə bir sənəd var. Adam əlildir, 6 aydır otura bilmir, ya uzanır, ya ayaqüstə durur. Amma hələ də ordudan tərxis etməyiblər. Bədəni nə günə düşüb. Bir igid oğlandır, qapıdan keçməz. Mən əyləş deyəndə, “Müəllim, mən əyləşə bilmirəm”,-dedi. Amma o, hələ tərxis olunmadığı üçün əlillik dərəcəsi də ala bilməyib”.
Həmsöhbətimiz hər kəsin öz işinə vicdanla yanaşmalı olduğunu qeyd edib:
“Guya mən həkimlərin əleyhinə danışmışam. Halbuki həkimlər haqqında pis heç nə deməmişəm, həkimlər xəstəni xilas etmək üçün gecə-gündüz çalışırlar, həkimlə idarəni qarışdırmaq olmaz. Mən idarəni tənqid eləmişəm. Hospitalın fəaliyyəti başqa şeydir, həkimlərin fəaliyyəti başqa... Çıxışıma fərqli don geyindirdilər. “Həkimlərimizi təhqir edir, həkimlərimiz özünü öldürür”,-dedilər. Həkimlər özlərini öldürürlər e, sən - idarə özünü öldürmürsən”.
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
AFFA hesabat verir - VİDEO
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO