Ziya Məmmədovun "qoçuları" daha bir sürücünü döydülər (VİDEO)

img

13-01-2014 [14:09]


Sizin dediyiniz olaydan xəbərim yoxdur. Hər hansı taksi sürücüsünün döyülməsindən xəbərsizəm. Bakıya bu gün gəlmişəm. Ancaq belə bir fakt varsa, nazirliyin aidiyyəti şöbəsi tərəfindən araşdırılıb, ictimaiyyətə məlumat veriləcək”. Bu sözləri "Axar.az”a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, məsələni araşdırılması nazirliyin müfəttişlik idarəsinin səlahiyyətindədir: "Bu məsələnin araşdırılması və qanunu pozmuş şəxslərin cəzalanmasına nazirliyin müfəttişlik şöbəsi baxır. Onlar mediaya heç nə danışmırlar. Mən onlardan öyrənib, sizə ətraflı məlumat verərəm”.

***

12.45

Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb.Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarini elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. ANS PRESS-in məlumatına görə, Kürdəmir rayon sakini 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olduğunu və 4 nəfərin hücumuna məruz qaldığını deyir.

Sürücü mülki geyimdə olan bu şəxslər müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər.

Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədi götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA