Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-04-2021 [00:12]
Qoç - İşgüzar görüşlər və danışıqların keçirilməsi üçün əlverişli gün deyil. Peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı məsələləri müzakirəyə çıxarmayın. Aldığınız informasiyalar birmənalı deyil. Məlumatlardan dürüst nəticə çıxarın.
Kiçik problemlər və çətinliklər ola bilər. Planları dəyişin, yaranan situasiya ilə bağlı dəyişikliklərə əl atın.
Günün ikinci yarısında təmaslarda diqqətli olun. Sizə bol vədlər verən, habelə təriflər söyləyən insanlara inanmayın. Tənqidlərə diqqətlə qulaq asın. Təcrübəli dostlar və yaşlı qohumların məsləhətlərindən faydalanmağa can atın.
Buğa - Bir qədər əvvəl başladığınız işi tamamlayın. Son vaxtlar sizi maraqlandıran suallara cavab arayın. Anlaşmalar və sövdələşmələr üçün uğurlu gündür. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. Yeni iş yerinin axtarışlarına başlamaq, əməkdaşlıq etməyə hazırlaşdığınız insanlarla görüşmək olar.
Günün ikinci yarısında yeni tanışlıq, təmaslar olacaq. Yaxınlarınızla ünsiyyətdə həssas və qayğıkeş olun, yaranmış problemlərin həllində onlara yardım edin.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətdə problemlər olmayacaq.
Əkizlər - Ehtiyatlı olun, gün göründüyü kimi sadə deyil. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləyirlər. Yeni müttəfiqlər və tərəfdaşlar tapmaq çətin deyil. Lakin işlərin əksər hissəsini görməyə, yükün böyük qismini çəkməyə hazır olun. Saatlar keçdikcə iş artır. İstirahət üçün vaxt çox azdır. Günün sonunda çox yorulduğunuzu hiss etsəniz, təəccüblənməyin.
Günün ikinci yarısında yaxınlarınız sizi dəstəkləyəcək, tənqid və iradlara yol verməməyə çalışacaqlar. Faydalı məsləhətlər ala bilməyəcəksiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - Yaxın ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri böyükdür. Olsun, bu gözləntilərə fikir verməyin. Hamının xoşuna gəlmək üçün özünüzə divan tutmayın. Maraqlarınızı, qarşınızda duran məqsədi unutmayın. İşdə həmkarlara yardım, təbii ki, pis deyil. Lakin sizdən sui-istifadə etməyə, uğur və nailiyyətlərinizdən bəhrələnməyə çalışırlar.
Yeni tanışlıqlar üçün tələsməyin. Belə tanışlıqlar bu gün uğurlu olmayacaq. Romantik münasibətlərdə problemlər yarana bilər. Sevdiyiniz insanla ünsiyyətdə hər şeyə rəğmən dil tapın, onun gerçək niyyət və istəklərini anlamağa can atın.
Şir - Çətin, mürəkkəb və darıxdırıcı işi kimsə sizin əvəzinizə görən deyil. Həmin işə mümkün qədər tez başlayın. Belədə nəticələr də daha uğurlu olacaq. İşgüzar danışıqlar istədiyinizdən daha asta, yavaş keçəcək. Təcili nəticələr gözləməyin, yekun qərarlar qəbul etməyin.
Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla görüşə hazırlaşın. İmprovizə və bacarıqlarınıza güvənməyin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı olacaq. Kiçik ağrılar, habelə yüngül travmalar istisna deyil.
Dəvət aldığınız tədbirdən imtina edin. Axşam saatlarını evdə keçirin.
Qız - Qəfil uğur istisna deyil. Bir çox məsələləri sırf təsadüf və ya bəxt hesabına həll etmək olar. İntuisiyanız iti olsun. Məhz onun sayəsində lazım rolan vaxtda lazımlı yerdə ola bilərsiniz. Anlaşmalar, o cümlədən iri sövdələşmələr üçün əlverişli zamandır. Yaxşı gəlir əldə edə bilərsiniz.
Yaxşı heç nə gözləmədiyiniz insanlar sizə yardım edəcəklər. Bu yaxınlara qədər rəqibiniz olan insanla tərəfdaşlığın əsası qoyula bilər. Əvvəllər işgüzar və ya dostyana məcradakı münasibətlərdə emosiyaların həddini artırmayın.
Təmir, interyerin yenilənməsi üçün münasib zamandır.
Tərəzi - Mübahisələr və ixtilaflar qaçılmazdır. Belə xoşagəlməz olayların səbəbkarı olmayın. Düşündüyünüzü, ağlınıza gələn ilk sözləri deməyin. İşdə rəhbərliklə və nüfuzlu adamlarla təmaslarda həssas olun.
İmkan varsa, mühüm görüş və danışıqları ertələyin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Onlar müvəqqətidir, əhvalınızı pozmayın. Axşam saatlarını bilik və bacarıqların artırılmasına həsr etmək olar. Əsas odur ki, məşğul olduğunuz iş sizdə ifrat yorğunluq yaratmasın.
Əqrəb - Başladığınız bütün işlərə ciddi və məsuliyyətli yanaşın. Belə yanaşma ciddi səhvlər və xoşagəlməz yanlışlıqlara yol verməməyinizi şərtləndirir. Köhnə problemlərdən biri yenidən gündəmə gələ bilər. İlk növbədə şəxsi münasibətlərdə diqqətli, sayıq olun. Bir qədər əvvəl nail olduğunuz qələbələr unudulmayacaq. Ödəniş və ya mükafat almağın zamanıdır.
Günün ikinci yarısında fiziki yükü bir qədər azaldın, usandırıcı işlərin həcminə yenidən baxın. Rasionunuza fikir verin. Allergiya və qida zəhərlənməsi riski az deyil,
Faydalı, xeyirli qidaya üstünlük verin.
Oxatan - Qarşınızda duran problemlərin formatından və ciddilik səviyyəsindən asılı olmayaraq bədbinliyə qapılmayın. Ruhdan düşməyin, çətinliklərin öhdəsindən gələcəksiniz. Əla ideyalar yaranacaq. Onları həyata keçirsəniz, əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Vacib danışıqlar aparılması, nüfuzlu insanlarla görüş və sənədlərlə iş üçün yaxşı gündür.
Yaşam potensialının səviyyəsi yüksəkdir.
Romantik münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Sevdiyiniz insanı tez anlamağa, onun maraqlarını bölüşməyə çalışın.
Oğlaq - Müsbət təmayüllərin təsiri tədricən artır. Günün ilk yarısında situasiya çətin, günün ikinci yarısında isə yaxşı olacaq. Bu səbəbdən ən mühüm işləri və məsuliyyətli görüşləri günün ikinci yarısına saxlayın.
Səhər saatlarında ciddi yanaşma və diqqət tələb edən işlər görməyə başlayın.
Axşam saatlarına yaxın qonaqları qəbul etmək olar. Yaranmış situasiyadan istifadə edin, karyeranızın inkişafının asılı olduğu insanları qonaq çağırın. Yaxınlarınızla münasibətlər harmonik olacaq, ciddi münaqişələr yaranmayacaq.
Dolça - Bilik və bacarıqlarınızı göstərməkdən, diqqəti cəlb etməkdən çəkinməyin. Ünsiyyətə açıq olun. Ən mühafizəkar və əsəbi insanlarla belə, dil tapmağa çalışın. Unutmayın ki, bu gün romantik münasibətlər başlarsa, gedişat həddən ziyadə çətin olacaq.
Peşəkar fəaliyyət sahəsindəki məsələlərin həlli, iri sövdələşmə və anlaşma, dəyərli əşyanın alınması üçün əlverişli gündür. Maliyyə məsələlərində diqqətli olun. Mənasız xərclər etməyin, amma gərəkli olduğundan artıq qənaət etməyin. Yaşam potensialı səviyyəsi yüksəkdir. Fiziki işdə və təmrinlərdə xeyir var.
Balıqlar - Nə istədiyinizi, məqsəd və hədəflərinizi müəyyənləşdirin. Başınızı xırdalıqlar, detallarla qatmayın. Konkret məsələlərin həlli ilə yanaşı, yaxın gələcəklə bağlı planlar qurmaq olar. Müttəfiqlər və tərəfdaşlar arayın, əməkdaşlıqla bağlı məqamları müzakirə edin. Yaşamın bütün sahələrində təşəbbüslə çıxış etmək, cəsur təkliflər vermək olar.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Təkbaşına yola çıxsanız, sizi maraqlı tanışlıq gözləyir. Yeni bilik və məlumatlara maraq artır.
Milli.Az
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı