BEŞ AY KOMADA QALAN ŞƏHİD ZAMİN BALAKİŞİYEV... - FOTO
05-04-2021 [15:12]
Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olar deyiblər. Xalqımız bu həqiqəti 2020-ci il 27 sentyabr günü işğalçı ermənistan dövlətinə qarşı haqq savaşına başlayarkən artıq sübuta yetirdi.
Uzun illər doğma Qarabağdan ayrı düşən xalq, yad ayaqlar altında ruhu tapdalanan torpaqlar nəhayət gözlədiyi azadlığına qovuşdu...
Tarixə “dörd günlük müharibə “kimi düşən 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq, bu 44 günlük müharibə artıq nə təpə, nə yüksəklik, nə də hansısa kənd və ya qəsəbə uğrunda döyüş deyildi. Böyük tarixi olan, qədim və tarixi torpaqlara malik Azərbaycan xalqının pozulmuş ərazi bütövlüyünün bərpası uğrunda cihad idi. Azərbaycan dövləti uzun illər ölkə Başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, Ali Baş Komandan ətrafında sıx birləşmiş xalqın və güclü ordumuzun sayəsində öz qalibiyyət himnini yaza bildi...
Müharibə başlanması xəbərini alan oğullar bir nəfər kimi səfərbərliyə qoşulur, düşməndən intiqam almaq, torpaqlarımızı əsarət altından azad etmək üçün cəbhəyə yollanırdılar. Sabirabad rayonunun Qaralar kəndindən olan Balakişiyev Zamin Dadaş oğlu da belə oğullardan biri idi...
Zamin 27 aprel 2001-ci ildə, baharda dünyaya gəlmişdi. Ailə onun gəlişini uzun zaman gözləməli olmuşdu. İlk övladından sonra doğulan dörd uşağın heç biri yaşamamışdı. Ailə intizar və təşviş içində idi. Həkimdən əli üzülən valideynlər adətlərimizə uyğun ailədə çox uşaq olması tərəfdarı olduqlarından müqəddəs ocaqlara üz tutur, nəzir-niyaz verir və nəhayət Zamin sağ-salamat dünyaya gəlir... Gəlişi ilə ailənin üzü də gülür, ata-ana bir-birinə arxa olacaq iki oğul sahibi olduqlarından Allaha şükür edir, Zamini xüsusi istək və arzu ilə böyüdürdülər. Onun nəsə başqa keyfiyyətləri olduğunu da fəhmlə hiss edirdilər. Vlideynləri hələ 12 yaşı olarkən yatdığı yerdə üstündə uzun və qara bir ilanın yatdığını görmüş və təşvişə düşmüşdülər. Lakin uşağın qorxu hissi keçirməməsi onları heyrətə salmış və sonralar da Zaminin qorxmaz, ürəkli, cəld və daxilində hansısa xüsusi gücün olduğunu hiss etmişdilər...
2008-2018-ci illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alan Zamin, 2019-cu ilin yaz çağırışında hərbi xidmətə çağırılır və Tərtər rayonundakı “N” saylı hərbi hissədə, Quru Qoşunların sıralarında xidmət etməyə başlayır. Son vaxtlar cəbhəyanı zona və sərhəddən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tütülması və bu zaman əsasən dinc əhalinin hədəf seçilməsi hər bir vətəndaş kimi Zamini də narahat edirdi. Onun düşmənə qarşı nifrəti artır, qisas hissi güclənirdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi başlanarkən Zamin Balakişiyev də elə xidmət etdiyi hərbi hissədən döyüşlərə qatıldı...
...Azərbaycan əsgəri,
Cəbhənin köz yerində...
ZaminTərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak etmiş, düşmən istehkamlarının dağıdılmasında igidlik göstərmişdir. 2020-ci il sentyabr ayının 10-da uzaq məsafədən açılan snayper atəşi ilə başından ağır yaralanaraq Gəncə Şəhər Mərkəzi
Xəstəxanasına gətirilmişdir. Burada ilk əməliyyat keçirən Zamin, oktyabr ayının 30-da Bakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdir. Lakin koma vəziyyətində olan Zaminin vəziyyəti aradan keçən beş aya yaxın müddətdə dəyişməz qalmış və o, 8 mart 2021-ci ildə şəhidlik məqamına yetişmiş və doğulub boya-başa çatdığı Qaralar kəndində dəfn edilmişdir...
Bir zaman ana qəlbinə sevinc, ata ürəyinə təpər gətirən Zamin, şəhidliyi ilə də anasının xüsusi gününü yaddaqalan etdi. Anası “oğlum mənim 8 Mart Beynəlxalq Qadınlar Bayramı üçün ən qiymətli hədiyyəm oldu. O, ölümü ilə də başımızı uca elədi, uşaq vaxtı çöldən gətirdiyi bir çiçəyi arxasında gizləyib utana-utana mənə verərdi, indi də gücü özünə çatdı, analar günündə özünü hədiyyə elədi..”-deyir...
Bu gün Azərbaycanın üçrəngli bayrağı Qarabğda dalğalanır və dövlətimiz artıq orada quruculuq işlərinə başlamışdır. Şəhidlərimizin qanı və canı bahasına azad olunan torpaqlarda erməni vandallar tərəfindən yerlə yeksan edilən kənd və şəhərlər yenidən tikilib abadlaşdırılacaq və bu yurdun əsil sahibləri orada rahat yaşayacaqdır...
Şahnaz Şahin,
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)