Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-04-2021 [00:11]
Qoç - Ciddi fiziki yük ola bilər. İşlər yorucu və usandırıcı təsir bağışlasa da, geri çəkilməyin və rühdan düşməyin. Bilin ki, işlərə nə qədər tez başlasanız, bir o qədər tez başa vurarsınız. Səhər saatlarından etibarən məhsuldar işləməyə çalışın. Günün ortalarında səhhətinizdə problemlər yarana bilər. Planlaşdırılmış bəzi görüş və ya danışıqları təxirə salın.
Günün ikinci yarısında yorğunluq və əlverişsiz emosional fon sizdə dözümsüzlük, qıcıq, sinir yarada bilər. Soyuqqanlı, təmkinli olun.
Yaxınlarınız sizi anlamağa çalışırlar.
Buğa - Gün narahatlıq, əndişə və həyəcan vəd edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!
Əkizlər - Günün ilk yarısında təxirəsalınmaz həll tələb edən problemlər yaranacaq. Onları çözmək üçün əldə etdiyiniz biliklər və köhnə dostların yardımlarından istifadə edin. İşgüzar əlaqələr və şəxsi münasibətlərdəki sədləri dəf etmək üçün münasib zamandır. Həmin əlaqələrin bəziləri nə zamansa yaşamınızda önəmli yer tutmuşdu.
Günün ikinci yarısında ötən günlər barədə fikirləşib nisgilə, qəmli fikirlərə qapılmayın. Buraxdığınız səhvlərin önəmini artırmayın. Sadəcə, uğursuz şərait və situasiyanın yaratdığı hadisələrin nəticələrinə görə özünüzü suçlamayın.
Xərçəng - Günün ilk yarısında yaranan kiçik çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya məclisə dəvət ala bilərsiniz.
Şir - Ünsiyyətlə bağlı məqamlar üçün düşərli zamandır. Peşəkar fəaliyyətinizdə təmasların sayını artırın. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Danışıqlarda və müzakirələrdə problemlər yaranmamalıdır.
İmiclə bağlı eksperimentlər uğurlu olacaq. Seçiminiz qeyri-adi, cəsarətli də ola bilər.
Günün ikinci yarısında xoşagəlməz, yaramaz insanla təmaslara çox vaxt ayırmalı olacaqsınız. Əhvalınızın tam pozulmaması üçün axşam saatlarında aktiv istirahəti seçin.
Planlaşdırılmamış alış-verişə çıxmaq olar.
Qız - Yaxşı təsir bağışlamaq istədiyiniz insanla görüş üçün əlverişli zamandır. Bunun üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur. Sadəcə, həmişəki kimi, təbii olun və hər şey alınacaq. Yeni tanışlıqlar asanlıqla alınacaq. Əks cins mənsubu sizinlə xüsusilə maraqlanır.
Gəlirlər istisna deyil. Əldə etdiyiniz pulları məntiqlə sərf edin. Alış-veriş üçün əlverişli zaman deyil.
Yaşam arealınızı yeniləyin, ona orijinal çalarlar verin.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - Tələskən, hövsələsiz, səbirsiz olmayın. Hadisələrə süni təkan verməyin, heç nəyi tələsdirməyin. Tələsik görülən işlərdə yanlışlıq və səhvlər çox olacaq. Ona görə də ətrafınızdakı insanların sizi tənqid etmələrinə rəvac verməyin. Problemlərin həllində yaradıcı yanaşma, qeyri-standart variasiyalar seçimini nümayiş etdirin.
Dəyər verdiyiniz kiçik əşyanı itirə bilərsiniz. Narahat olmayın, həmin əşya tezliklə tapılacaq. Köhnə rəfiqlər, uşaqlıq illərinin dostları ilə görüş üçün yaxşı gündür. Xoş sözlər eşidəcəksiniz.
Əqrəb - Rəvan olmayan, qarışıq gündür. Parlaq qələbələr uğursuzluqlarla sıralanacaq. Əhvalınız da tez-tez dəyişəcək. Mühafizəkarlar, nəyin bahasına olursa-olsun ənənələrə riayəti hər şeydən üstün tutan insanlarla dil tapmaq çətindir. Öz yolunuzu arayın, yazılmamış qanunları pozun. İşdə yaşanacaq kiçik anlaşılmazlıq planların reallaşdırılmasına mane ola bilər.
Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Bu gün başlanacaq tərəfdaşlıq və ya əməkdaşlıq maraqlı ola bilər. İndiyədək bir çoxlarının görmək istəmədikləri bacarıq və potensialınızı nümayiş etdirə bilərsiniz.
Oxatan - Müsbət təmayüllərin təsiri güclüdür. Gün yetərincə uğurludur. Aktiv, enerjili, nikbin olun. Ciddi uğurlara nail olmaq şansınız var. Yeni layihə və ya işə başlamaq, anlaşma və ya sövdələşmələri müzakirə etmək olar. Potensial sifarişçi ilə danışıqlar aparın.
Səfər, habelə planlaşdırılmamış səyahət pis alınmayacaq. Yolda diqqətli olun. Axşam saatları romantik təmaslar üçün münasibdir.
Oğlaq - Gözlənilməz uğur vəd edən gündür. Qarşınızda maraqlı perspektivlər açılır, sərfəli imkanlar yaranır. Situasiyanın əlverişli axarından yararlanmaq üçün qətiyyətli və cəsur olmalısınız. Qüvvənizə, gücünüzə inanın. İşgüzar görüşlər və tədbirlər üçün yaxşı zamandır.
Yaxınlarınız sizə yaxşı məsləhətlər verəcəklər. Onlar sizi dəstəkləyəcək, maddi yardım göstərəcəklər. Qiymətli hədiyyə ala bilərsiniz.
Günün ikinci yarısı sevdiyiniz insanla ünsiyyət üçün əlverişlidir. Nikbin olun.
Dolça - Uğurlu və əlverişli gündür. Situasiya sizin üçün münasib məcrada formalaşır. Peşəkar fəaliyyət sahəsində ciddi nailiyyətlər əldə edə bilərsiniz. Rəqabət mübarizəsi gərgin olsa da, qalib gələcəksiniz. Amma bunun üçün hiyləgər və fəndgir olmalısınız. Maliyyə məsələlərində ehtiyatlı davranın. Şübhəli və riskli anlaşmalar, sövdələşmələrdən boyun qaçırın.
Həmfikirlər və maraqlarınızı paylaşacaq insanlarla tanış ola biləcəyiniz tədbirə qatılmaq üçün yaxşı gündür. İşini yaxşı bilən insanla söhbət yeni, faydalı əməkdaşlığın əsasını qoya bilər.
Balıqlar - Diqqət mərkəzində olmağınızın heç bir fəsadı yoxdur. Peşəkar fəaliyyət müstəvisində irəliləyişinizə imkan verən insanlar sizinlə maraqlana bilərlər. Ciddi uğurlar istisna deyil. Çoxdankı rəqibi üstələmək, bədxahları pərişan etmək şansları var. Qəfil hədiyyə və sürprizlər ola bilər.
Yeni tanışlıq müsbət emosiyalar bəxş edəcək. İşgüzar danışıqlar və səfərlər üçün əlverişli zamandır.
Əyləncəni ertələyin.
Milli.Az
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı