Qarabağ qazisi ilə vida mərasimi keçirilir (FOTOLAR)

img

29-12-2013 [12:16]


Özünü yandıran və ötən axşam xəstəxana dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovla vida mərasimi keçirilir. Musavat.com-un məlumatına görə, yas mərasiminə ölkənin hər yerindən axın edirlər. Yas mərasimində Qarabağ qazıləri ilə yanaşı yaxınları, rayon ictimaiyyəti və jurnalistlər iştirak edirlər. Mərhumun yaxınlarının musavat.com-a verdikləri məlumata görə, Zaur Həsənovun iki qardaşı həbsdə olduğu üçün onların yasda iştirakı ilə bağlı Penitensinar Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcəklər.

Mərhum Zaur Həsənov bugün saat 14-də Bibiheybət məzarlığında torpağa tapşırılacaq.











Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA