"Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda müsabiqəyə yekun vurulub - FOTOLAR
30-03-2021 [14:57]
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vurulub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Bakı ŞİH-də təşkil edilən elmi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, təhsil nazirinin müavini Firidun Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalibləri seçilmiş şagirdlər iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, uzun illərdir ki, erməni millətçiləri azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı soyqırımı siyasəti aparıblar: “Əgər 2 əsr əvvəl İrəvan xanlığının 70 faizi, Zəngəzurun böyük hissəsi azərbaycanlılardan ibarət idisə, indi həmin torpaqlarda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizi işğal edilib.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edilib. Bunun nəticəsində müharibədə şanlı Qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə son əsrlərdə Azərbaycanın ilk hərbi qələbəsidir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət fenomenini bir daha sübut edir”.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 33 nəfər şagird Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.
Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)