Miloş Radivoyeviç: "Azərbaycan millisi serblərlə müqayisə oluna bilməz"
30-03-2021 [11:56]
"Azərbaycan millisində demək olar ki, bütün futbolçular daxili liqada çıxış edir. Seçimləri elə də çox deyil".
Bu fikirləri "Zirə" klubunun sabiq futbolçusu Miloş Radivoyeviç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl "İnformer" nəşrinə müsahibəsində deyib.
31 yaşlı serbiyalı müdafiəçi yığmanın heyətində "Qarabağ"da çıxış edən Maksim Medvedevi fərqləndirib: "O, yığmanın ən yaxşı oyunçularından biridir. Bizim üçün yaxşı olan rəqibin çox hücum etməməsidir. Medvedev komandanın digər müdafiəçisi Anton Krivotsyukdan qat-qat üstündür. Nemanya Radonyiçin Krivotsyukla asanlıqla mübarizə aparacağına əminəm".
Hazırda ölkəsində "Rad" klubunun formasını geyinən Radivoyeviç Azərbaycan yığmasının digər müdafiəçilərini də təhlil edib: "Qarabağ"dan Bədavi Hüseynov dəqiq oynayan müdafiəçidir. Hüseynov bunu Portuqaliya ilə görüşdə göstərdi. Elvin Bədəlov isə müdafiəçi deyil. "Sumqayıt" klubunda yarımmüdafiəçi kimi oynayırdı. Onlar güc və sürət baxımından hücumçularımıza qətiyyən uyğun gəlmirlər".
Müdafiəçi "Neftçi"nin kapitanı Emin Mahmudov və digər oyunçular haqqında da danışıb: "Emini xüsusi qeyd etmək istərdim. Mükəmməl zərbələri və yaxşı ötürmələri var. Canni De Byazinin Portuqaliya ilə matçda cinahlarda müdafiəçiləri oynatdığını gördüm. Azər Salahlı sol cinah müdafiəçisidir, Abbas Hüseynov isə müdafiənin sağında oynayır. Daha bir keçmiş komanda yoldaşım Tellur Mütəllimovun Serbiyaya qarşı cinahda çıxış edəcəyini gözləyirəm. Ona diqqət yetirmək lazımdır, heç kimin gözləmədiyi vaxt uzaq məsafədən möhtəşəm zərbələr vurur. . Yarımmüdafiədə son dərəcə ürəkaçan və topla yaxşı oynayan sabiq komanda yoldaşım Vüqar Mustayev var. Mahir Emreli maraqlı oyunçudur, amma öz liqaları üçün! Əli Qurbaniyə qarşı oynamamışam və keyfiyyətlərini bilmirəm. Qapıçı Şahruddin Məhəmmədəliyev isə Portuqaliyaya qarşı həyatının matçını oynadı. Ümid edirəm ki, həmin oyununu təkrarlamaz".
Radivoyeviçin fikrincə, Azərbaycan millisinin futbolçuları serbiyalılarla müqayisə oluna bilməz: "Rəqibin heyətində hamı yerli çempionatda çıxış edir və serbiyalı futbolçularla müqayisə oluna bilməz. Sadəcə, özümüz üçün böyük problem yarada bilərik. Zəif komandalarla görüşlərdə büdrəyə bilirik, amma ümid edirəm ki, bu dəfə belə olmayacaq. Yeni baş məşqçi Draqan Stoykoviçin işini yüksək qiymətləndirirəm. Əvvəlki iki oyunda komandamız əla oynadı. Futbolçularımızın rahatlamayacaqlarına inanıram. Bu vəziyyətdə asanlıqla 2 və 3 top fərqi ilə qələbə qazanacağımıza şübhə etmirəm. Bundan başqa nəticə mənim üçün sürpriz olardı"/Report.
Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ