DÇ-2022: Azərbaycan Portuqaliya yığmasına uduzdu - VİDEO
25-03-2021 [09:18]
Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu keçirib.
Mia.az xəbər verir ki, A qrupunda yer alan Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Görüş nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyun gözlənildiyi kimi portuqaliyalıların hücumları ilə başlayıb. Qapıçı Şahruddin Məhəmmədəliyev bir neçə epizodda komandasını qoldan xilas edib. O, əvvəlcə Joau Kanselunun, ardınca isə Kriştianu Ronaldunun zərbələrini zərərsizləşdirib. 19 və 27-ci dəqiqələrdə Dominquş Duarte qola yaxın olsa da, azacıq dəqiqlik çatışmayıb. Oyunda hesab 36-cı dəqiqədə açılıb. Kanselunun ötürməsindən sonra qolkiperin uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedəvə dəyərək qapıya daxil olub.
İlk hissə Portuqaliya yığmasının minimal hesablı üstünlüyü ilə başa çatıb. Canni De Byazi ikinci yarıya 2 dəyişikliklə başlayıb. Fasilədən sonra Vüqar Mustafayevin yerinə İsmayıl İbrahimli, Abbas Hüseynovun əvəzinə isə Ukrayna “Minay”ının hücumçusu Anatoli Nuriyev oyuna daxil olub. Məhz bu əvəzetmələrdən sonra millinin oyunu müsbətə doğru dəyişib. Yığma rəqib qapısı qarşısında ilk təhlükəli vəziyyəti 50-ci dəqiqədə yaradıb. Standart vəziyyət zamanı hava ötürməsini Əli Qurbani başla çərçivəyə göndərsə də, top qapının üstündən keçib. Az sonra Anatoli Nuriyev fərqlənməyə yaxın olub. Lakin bu dəfə də onun zərbəsi qeyri-dəqiq alınıb. Komandalar son dəqiqələrdə qol vurmaq üçün çalışsalar da, hesab dəyişməyib və Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb.
Bu qarşılaşma ikinci hissədə meydana çıxan Anatoli Nuriyev və Aleksey İsayev üçün əlamətdar olub. Azərbaycan millisində ilk oyunlarını keçirən futbolçular yığmanın tarixinə müvafiq olaraq, 247 və 248-ci debütant kimi düşüblər.
Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya yığması evdə İrlandiyaya 3:2 hesabı ilə qalib gəlib.
***
DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...
Portuqaliya: 12. Antoni Lopeş, 3. Dominquş Duarte, 4. Ruben Diaş, 5, Nunu Mendeş, 7. Kriştianu Ronaldu, 8. Joau Moutinyu, 18. Ruben Neviş, 19. Pedru Netu, 9. Andre Silva, 10. Bernardu Silva, 20. Juan Kanselu
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Ruy Silva, 2. Luiş Netu, 6. Joze Fonte, 11. Brunu Fernandeş, 13. Joau Palinya, 14. Serjiu Oliveyra, 15. Rafa Silva, 16. Renatu Sanşeş, 17. Diequ Jota, 21. Sedrik, 23. Joau Feliş
Baş məşqçi: Fernandu Santuş
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Namik Ələskərov, 22. Amil Yunanov
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ