Azərbaycan millisinin baş məşqçisi: "Kazinoda bir gecədə heç nəyi dəyişmək olmaz"
24-03-2021 [12:46]
Futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ölkəsinin "repubblica" nəşrinin suallarını cavablandırıb.
Mia.az Report-a istinadla həmin müsahibəni təqdim edir:
- Albaniyadan sonra Azərbaycan millisini seçdiniz. Hər şey necə baş verdi?
- Artıq 10 ildən çoxdur İtaliyadan ayrılmışam. Ya bu iki ölkə mənə işimi görməyə şərait yaratdı, ya da özümü başqa yenidən yığmada sınamaq üçün bu addımı atdım.
- Bu işi İtaliyada görə bilməzdiniz?
- Bəzi istisnaları nəzərə almasaq, yox. Məşqçilik çətin işdir. Bunu mərc kimi yaşaya bilməzsən. Kazinoda bir gecədə heç nəyi dəyişmək olmaz. Həyata baxışını dünyaya, futbola, komandaya çatdırmalısan. Hər şey həmişə müvəqqətidirsə, bunu necə etmək olar?
- Azərbaycandakı həyatınızdan razısınız?
- Azərbaycan millisinədək İtaliyada bir neçə təklifi geri çevirdim. Çünki hər şeyin yenə tez bitməsini istəmirdim. Digər yığmalar da məni axtarırdı. Amma həmin vaxt artıq Bakıda idim. Bu şəhər məni yaxşı mənada təəccübləndirdi. Bakıda hər şey məni qane edir. Xəzər dənizinin sahilində çox gözəl evim var. Hətta deyərdim ki, bu indiyədək yaşadığım ən yaxşı evdir. Həmçinin 6 il Romada oxumuş və italyan dilini fantastik səviyyədə bilən tərcüməçim var. İki gün ərzində çempionat matçlarını canlı izləyirəm.
- Bu qədər?
- Premyer Liqada 8 komanda çıxış edir. Şənbə və bazar günləri ümumilikdə 4 oyuna baxır, istedadlı oyunçuları özüm üçün qeyd edirəm. Digər tərəfdən, bir nəfərdən başqa, yığmanın bütün üzvləri daxili çempionatda çıxış edir. Həmin bir nəfəri (Anatoli Nuriyevi nəzərdə tutur - E.S) Ukraynada tapmışam.
- Bu oyunçulardan yaxşı komanda qurmaq mümkün olacaq?
- Albaniya millisini qəbul edəndə FIFA reytinqində 83-cü yerdə idi. Onları 22-ci sıraya yüksəltdim. Hətta Avropa çempionatında lənətə gəlmiş bir qola görə mübarizəni dayandırdıq. Bu uğuru təkrarlamaq olar. Futbolçularım gəncdir, inkişaf etmək istəyirlər. Onların futbola olan baxışını dəyişdirməyə, bunun həqiqətən ciddi bir oyun olduğunu izah etməyə çalışıram.
- Kriştianu Ronaldunu yaxından görəndə həyəcanlanmayacaqlar?
- Tək Kriştianu deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldudan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq.
- AFFA-nın sizdən tələbi nədir?
- Oyunçuların düşüncəsini dəyişdirməli və bütün futbol hərəkatını böyütməliyəm. Azərbaycan yaxşı futbol infrastrukturuna malikdir. Bakıda 70 000 azarkjeş tutumuna malik müasir stadion olimpiya stadionu var. Bura böyük iş üçün ideal mühitdir.Amma onları həyəcanlandırmağı bacarmalısan.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ