"Şeirin mənim yemim olmadığını başa düşdüm... - İSMAYIL ŞIXLI (FOTOLAR)
22-03-2021 [13:00]
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Azərbaycanın Xalq yazıçısı, görkəmli nasiri, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İSMAYIL ŞIXLININ anadan olmasından 102 il keçir.
EHTİRAMLA XATIRLAYAQ.
Onu kişilik, ağalıq simvolu hesab edirdilər.
O, sözün əsil mənasında, şəxsiyyət idi.
İşıqlı ziyalı, gözəl pedaqoq, dəyərli alim, təəssübkeş azərbaycanlı və əsil İnsan idi. Təmkinli danışığı, həlim səsi, astagəl yerişi, hətta baxışı, həm də gözəlliyi ilə sözün əsil mənasında nümunə idi.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Uşaqlıq hafizəmdə qalan Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri Barat Vüsalın İsmayıl Şıxlının xatirəsinə həsr olunan çox sevdiyim bir şerini xatırlayıram: "İsmayıl Şıxlını mən hardan alım?"
Gəlib səsimizə səs verə idi,
Bir də hamımıza dərs verə idi?
Adamlıq nə şeydi... göstərə idi,
Qalib gələsiydi dərya kamalım,
İsmayıl Şıxlını mən hardan alım?!
Asta tərpənişi, usta yerişi?
Düşmənə nifrəti, dosta gülüşü,
Başında özü tək bir-iki kişi,
Görsəniz, siz Allah, bir «Cəngi» çalın,
İsmayıl Şıxlını mən hardan alım?!
Nə qorxu, nə də ki qanun yeridi,
Barat məni çəkən qanın yeridi,
Nə indi deyirəm onun yeridi,
Amalı, əməli düz ağsaqqalım,
İsmayıl Şıxlını mən hardan alım?!
Nə qədər gözəldi! Elə deyilmi?!
Böyük yazıçımızla bir az da yaxından tanış olaq.
Qısa arayış:
Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazağın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.
Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976- 1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilibr. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991).
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub.
İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra şeirin mənim yemim olmadığını başa düşdüm”.
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi.
İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: ““Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı.
Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi:
“Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı.
Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
O, xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb.
QEYD: Yazıçının ən sevilən əsərlərindən olan “Dəli Kür” romanı 9 ilə ərsəyə gəlib. 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təziqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.
İsmayıl Şıxlı ictimai işlərdə də fəal çalışıb. 1986-cı ildə Yazıçılar İttifaqına sədr seçilib. Lakin 1987-ci ildə öz ərizəsi ilə sədrlikdən ayrılıb. Səbəb olaraq isə deyib: “Yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm”.
Şəkər xəstəliyindən gözləri tutulan yazıçı “Ölən dünyam" əsərini həyat yoldaşına diktə edərək yazdırıb. Daha sonra əsərini üzündən oxudaraq deyib: “Artıq rahat ölə bilərəm”.
Ötən il, 28 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamış və onun adını yaşadan müxtəlif mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Qeyd edək ki, İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Və son söz:
Filologiya elmləri doktoru, professor, Əməkdar Elm xadimi Nizami Cəfərov:
"İsmayıl Şıxlının həyat və yaradıcılığı üzərində düşünən hər bir tədqiqatçı, birinci növbədə, təhlilə çətin gələn mühüm bir keyfiyyəti görür: bu, ədəb-ərkandır - İ.Şıxlı nə qədər istedadlı olubsa, o qədər ədəb-ərkanlı olub və "nəsildən, kökdən gələn mədəniyyət" öz yerində, eyni zamanda güclü təlim-tərbiyə məktəbi keçib.
İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük şəxsiyyəti də milli sərvətimizdir.
Bizim milli sərvətimiz olan böyük şəxsiyyət İsmayıl Şıxlını unutmağa haqqımız yoxdur".
Səbinə Yusif - yazıçı-jurnalist:
"İsmayıl Şıxlı haqqı halal adamın haqqıydı. Ölümünə qarşı gedən adamın haqqıydı! İsmayıl Şıxlı haqqı Allah vergisiydi - hər adama qismət deyildi. İsmayıl Şıxlı haqqın keşiyində elə dayanmışdı ki, ölümündən sonra "Allah haqqı!" andlarıyla yanaşı, "İsmayıl Şıxlı haqqı" da deyirəm.
Bizim yolumuz daha uzun ola bilər - İsmayıl Şıxlı yoluyla getsək... Bizim qələmimiz daha iti, daha gərəkli ola bilər - İsmayıl Şıxlıya oxşasaq bir az!
Bizim sözün də kişələşər.
İsmayıl Şıxlı sözünün vüqarını, şaxını unutmasaq!"
İllər keçəcək, nəsillər dəyişəcək, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam"ın... ölməz müəllifi, böyük yazıçı, böyük Adam, böyük Müəllim İsmayıl Şıxlı heç vaxt unudulmayacaq.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)