Son sözü "Bu il mənim ilim olacaq..." deyən şəhid: "Dedi ki, niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir" - FOTOLAR
12-03-2021 [14:27]
"Bu il mənim ilim olacaq... - Paylaşımlarından birində belə qeyd etmişdi Adil...
Bəli, həmin Adil, 44 günlük Vətən savaşında şəhid olmuş Adil Əfəndiyev.
Dediyi kimi də oldu. Onun ili oldu bu il. Ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldığı il oldu Adilin.
44 günlük Vətən savaşının 25 yaşlı bir igidindən, şəhid - tibb xidməti leytenantı Adil Qədir oğlu Əfəndiyevdən söhbət açmıq istəyitəm.
Sarsıldığım ən ağır xəbər oldu sənin şəhid xəbərin, Adil!
Mənim çox sevdiyim Afət müəllimə, belə bir oğlu böyütdüyünüz üçün əllərinizdən öpürəm.
Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin I sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin XI sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi” ixtisasını bitirmişdir.
Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Subay idi.
O, ailənin tək oğlu, bacısının da gözünün ağı-qarası, yeganə qardaşı idi...
Vətən müharibəsində bu Vətənin bir oğlu kimi o da üzərinə düşəni etdi. Vətənin azadlığı yolunda çarpışan igidlərin yaralarına dərman olmaq üçün yollandı döyüşə. Əlindən gələni əsirgəmədi bu yolda.
Adil Əfəndiyev oktaybarın 22-də Xocavəndin Tuğ kəndində Şuşa istiqamətində gedən döyüşlərdə yaralı komandirini döyüş bölgəsindən çıxarmağa çalışarkən yanlarına düşən mərmi nəticəsində şəhid olmuşdur.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
İgidlər ölməz, Vətən verilməz...
Sarsıldığım ən pis şəhid xəbəri oldu sənin şəhid xəbərin, Adil.
Mənim sevimli müəlliməm, Afət müəllimə, belə bir oğlu böyütdüyünüz üçün əllərinizdən öpürəm.
Hər zaman olduğu kimi indi də oğlunuzdan fəxr və qürurla danışacaqsız şagirdlərinizə.
Bu dəfə hisslər başqa olacaq sadəcə...
Ürəyi parça-parça olsa da, "Vətən sağ olsun" deyir şəhid anası.
İllərlə oxut, xoş günlərini xəyal et, sonda isə həyat tərs dönsün.. öz əllərinlə oğlunu və bütün arzularını onunla birgə torpağa dəfn et. Bir ana üçün bundan ağır acı ola bilməz.
Allah anana səbr versin..
Və qardaş itkisi.. Hər bir bacı istər ki, ən gözəl günlərini yaşayanda qardaşı yanında olsun. Amma, amma, amma...
Düzdür, acınızı sizin qədər çəkə bilmərəm, amma nələr çəkdiyinizi, nə qədər ağır bir yüklə həyatınıza davam edəcəyinizi hiss edə bilirəm..
25 yaşında qəlbin kim bilir necə arzularla, necə ümidlərlə qanad açıb uçurdu, amma bir düşmən mərmisi sındırdı sənin o qanadlarını...
Hər adama qismət olmur o zirvə, təki mən də ucala biləm...
Yaşasaydın, uğurların çox olacaqdı demirəm, çünki bu bəsit insanlar üçün deyiləcək cümlədir. Bütün şəhidlər əbədi yaşamağa qadirdirlər. Sanki ağ xalatınla yerə enmiş bir mələk idin və tezcə də uçub getdin öz cənnətinə..
Kim bilərdi ki, başın üstündə tutduğun bayraq gün gələcək məzarının üzərində dalğalanacaq.
Necə oğulları özünə yar etdi bu qara torpaq..
Eyni özünün də dediyin kimi bu il sənin ilin oldu. Adını tarixə yazdın.
Bu gün məktəbimizln müəllimləri, eləcə də şagirdləri, yeni gələn nısillər mənim kimi səninlə eyni məktəbi bitirdiyimiz üçün fəxr edəcəyik.
Sən insanların həyatını xilas etsən də, biz səni xilas edə bilmədik, Adil!
Xatirələrdən:
Afət müəllimə söyləyir ki, oğlumun gələcəklə bağlı çoxlu arzuları, xəyalları var idi:
"Rezidenturaya hazırlaşırdı. Deyirdi ki, hələ evlənmək üçün tezdir, öncə təhsilimi davam etdirməliyəm".
Sonuncu dəfə keçən il dekabr ayında məzuniyyətə gəlmişdi, onda görüşə bildik. Bu il avqust ayında məzuniyyət götürsə də, pandemiya ilə bağlı Naxçıvandan gələ bilmədi. Görüş üçün gün sayırdıq, yenidən gəlməli idi, 25 günü qalmışdı...".
Ana oğlunun müharibəyə getdiyindən xəbərsiz olub. Anası nigaran qalmasın deyə, Adil cəbhəyə aparıldığını təkcə atasına deyir. Dönə-dönə tapşırır ki, anam bilməsin:
"Oktyabr ayının 18-nə kimi telefonla danışırdıq, sonra əlaqəmiz kəsildi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi üçün tez-tez dağa qalxırdılar. Sonuncu dəfə mənə dedi ki, "Ana, dağa çıxırıq yenə, zəng çatmasa, narahat olma. Mən də ağladım. Dedi, niyə ağlayırsan, hər zaman getdiyim yerlərdir, narahat olma, gələcək.
O, Xüsusi Təyinatlı olması ilə daim fəxr edirdi.
İlk şəhid hərbi həkimTurqut Xəlilbəyli ilə qrup yoldaşıydılar. "Status"larına qoyurdu tez-tez. Görüb tanıdım, bildim ki həmin Turqutdur. Ana ürəyidir, dözə bilməyib ağladım. Mənə dedi ki, "Ay ana, niyə ağlayırsan, hər adama qismət olmur o zirvə, təki mən də ucala biləm...".
Bu gün illərdir qanayan yaramız - Qarabağ azaddır. 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin - Sizin şücaətiniz, qəhrəmanlığınız sayəsində azad edildi.
10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı.
44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.
Ruhu şad, məkanı cənnət olsun!
Nəzrin Eyvazova,
Bakı Dövlət Universitetinin tələbəsi
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı