Pandemiya Azərbaycan millisinin oyunçularını kuryer, taksi sürücüsü, naxırçıya çevirib
04-03-2021 [13:41]
Dünyanı bürüyən koronavirus pandemiyası bütün sahələr kimi idmana da böyük zərbə vurub.
Məlumata görə, planetin hər nöqtəsində olduğu kimi Azərbaycanda da infeksiyadan zərərçəkən idmançılar az deyil.
Buna əsas səbəblərdən biri karantinlə əlaqədar əksər idman növləri ilə məşğuliyyətə qadağa və ya məhdudiyyətlərin olmasıdır. Təkcə sevimli idman növü deyil, həm də peşələrindən uzaq düşmələri onların karyeralarına da təsirsiz ötüşmür.
Təbii ki, idmansız, bir sözlə işsiz qalanlar özlərinə yeni peşə axtarmağa məcburdurlar. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da idmançılar üçün belə addım qaçılmaz olub.
Ən böyük zərbənin futbol istisna olmaqla, digər komanda idman növlərinə dəydiyini desək, yanılmarıq. Yarışları və məşqləri açıq havada deyil, qapalı məkanda keçirilən həndbol, basketbol, voleybolun varlığı ilə yoxluğu artıq hiss olunmur.
Basketbolla həndbolun varlığı adi vaxtlarda da o qədər hiss olunmurdusa, voleybol məhz koronavirusun qurbanı sayılır. Avropada sözünü deyən qadın voleybolçularımız ölkə xaricində çıxış etməklə bu idman növümüzü, eyni zamanda yığmamızı yaşada bilirsə, kişilərlə bağlı durum daha acınacaqlıdır.
İki aydan sonra Avropa çempionatının seçmə mərhələsinə qatılmalı olan və Gürcüstan, Yunanıstan, Monteneqro ilə qrupda favorit sayılan yığmamızın üzvləri üçün məcburiyyətdən voleybol arxa plana keçib. Az qala final mərhələsi barədə düşündüyümüz halda indi heç voleybolçularımızın seçmə oyunlarına qatılması belə sual doğura bilər.
Voleybolsuzluq milli üzvlərini müxtəlif sahələrə aparıb. Maliyyə problemi səbəbindən iş axtarışında olanların bəziləri özünə yeni yer tapsalar da, hələ də seçim etməyənlər də var.
Millinin kapitanı Aleksey Çervyakov hazırda ölkə xaricindədir. Düşünməyin ki, o, legioner həyatı yaşamaq imkanına malikdir. Rusiyaya gedən voleybolçu orada istənilən işin “qulpundan” yapışmaq arzusunda olsa da, hələ də özünə uyğununu tapmayıb.
Komandanın toppaylayıcısı Tural Həsənli isə “universallığı”nı meydandan kənarda da göstərir. Bir müddət corab sexində çalışmağa məcbur olan idmançı indi də başqa peşəyə yiyələnib. Tural poçtda kuryer vəzifəsində çalışır.
Elmin Alışanov da kuryer olmağa üstünlük verib. Qadın yığmamızın üzvü Şəfaqət Həbibova ilə ailəli olan Elmin poçtda deyil, karqo şirkətlərin birində çalışır. O, çatdırma üzrə kuryer vəzifəsində işləyir.
Bakıda voleybol arzusu ilə yaşayan Asif Əliyev idmansız qaldıqda doğma Cəlilabada qayıdıb. O, kənddə heyvandarlıq sahəsində mal-qara otarmaqla – naxırçılıqla məşğuldur.
Bu gün üçün ən populyar sahələrdən biri olan sürücülükdə də voleybolçuya rast gəlmək mümkündür. Yığmamızın üzvü Aqil Ağazadə dolanışıq üçün taksi sürməklə sevimli idman növündən uzaq düşüb.
Voleybolsuz qalan digər milli üzvləri də özlərini yeni sahədə sınamaqdadır. Gənc idmançıların çoxu ofisiant, bir qismi kuryer kimi fəaliyyət göstərir.
Tokio-2020, AVRO-2020 kimi nəhəng tədbirlərə zərbə vuran pandemiyanın voleybolumuzu hansı duruma qədər sürükləyəcəyi bəlli deyil. Yalnız bircə şey məlumdur ki, mayın 7-də Gürcüstanda Monteneqro ilə seçmə mərhələ oyunu olacaq.
ApaSport
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR