Azərbaycanlı Avropa çempionatında ölkəmizi təmsil etməyə razılıq verməyib: "Səbinə Əliyeva isə deyir ki, məni komandaya götürün..."
02-03-2021 [14:42]
Rusiyanın fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev Azərbaycanı təmsil etməyə razı olmayıb.
Bu barədə açıqlamasında Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyev məlumat verib.
O, 22 yaşlı idmançıya belə bir təklifi əvvəllər ünvanladıqlarını xatırladıb: "Hələ 7-8 il öncə Dmitri Əliyevə dedim ki, gəl, Azərbaycan üçün çıxış et, nə istəyirsən, edək. Üstəlik, Sankt-Peterbuqrda ona ev də söz vermişdik. Lakin o, təklifi qəbul etmədi. Bircə kəlmə "Mən rusam" söylədi. Azərbaycanlı olsa da, rus tərbiyəsi görüb. Atası da rus xasiyyətlidir, elə rus kimi bir şeydir".
F.Quliyev Rusiyanın daha bir təmsilçisi, qadınlar arasında dünya çempionu Kamilə Vəliyevanın azərbaycanlı yox, tatar olduğunu əlavə edib. O, Vəliyevaya hər hansı təklif göndərmədiklərini söyləyib: "Bilirik ki, Kamilənin birmənalı olaraq, Azərbaycanda çıxış etmək fikri yoxdur".
Federasiya rəsmisinin fikrincə, Azərbaycanda buz meydançaları olmadığı üçün bu sahəni inkişaf etdirmək mümkün deyil: "Buz olsa idi, 5 il ərzində Dmitri və Kamilə səviyyəsində çoxlu sayda idmançı üzə çıxarardıq. Onlar başa düşürlər ki, bizdə heç nə yoxdur. Sadəcə, olimpiadadan-olimpiadaya hazırlıq üçün bir araya gəlirik. Onlarda isə uşaq məktəbləri var. Bu, Rusiyanın 1 nömrəli idman növüdür".
Vitse-prezident beynəlxalq yarışlarda ölkəni digər millətlərin yox, azərbaycanlı idmançıların təmsil etməsini istədiklərini də əlavə edib: "Rusiyada Səbinə Əliyeva adlı fiqurlu konkisürən var. Deyir ki, məni komandaya götürün. Bilirəm ki, bura gəlsə, heç bir nəticə olmayacaq. Vladivostokdandır, Moskvada qalmaq üçün pul istəyir, müxtəlif şərtlər irəli sürür. Dedim ki, bu işlərə mən baxmıram".
F.Quliyev Qəbələdəki Dağ-Xizək Kompleksi və Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksinin turizm üçün nəzərdə tutulduğunu vurğulayıb: "Bu sahədə peşəkar heç nə yoxdur. Hər bir idman növünü kütləviləşdirmək, populyarlaşdırmaq üçün idman qurğusu olmalıdır".
Federasiya rəsmisi qış idman növlərinin inkişafı üçün sponsor dəstəyinə ehtiyac duyduqlarını da dilə gətirib: "Əvvəllər buz var idi. İndi olsaydı, dünyanın ən yaxşı mütəxəssislərini bura tökərdim. Bu, elə idman növüdür ki, özü-özünü doğruldacaq, insanlar gələcək, buzdan kütləvi istifadə edəcəklər. Bir sözlə, özü-öz xərcini ödəyəcək. Sadəcə, sponsor lazımdır ki, bu iş üçün vəsait ayırsın. Amma asan deyil. Bunun üçün soyuducular, müxtəlif vasitələr, buztəmizləyən maşın olmalıdır. 600 000 - 1 000 000 manat arası xərci var"/Report.
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR