Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR
24-02-2021 [00:03]
Qoç - Titan və Himaliya sizə uğurla bahəm, problemlər də vəd eirlər. Hər işin bir nəticəsi var, onlar da müəyyənliklə fərqlənirlər. Çətinliklərlə qarşılaşsanız belə, inad və qətiyyətlə irəliləyin.
Yaşamaq çətindir, amma bilin ki, sizi himayə edən Təala həmişə, ən çətin anlarda belə, dadınıza çatacaq.
Bacarıq və biliklərinizdən yararlanın.
Situasiyaların inkişafını izləyin. Olaylarda ikinci məna, çox incə hazırlanmış intriqa aşkarlana bilər. Etiraf və ya komplimentlərlə bağlı mənasız gözləntilərə qapılmayın.Cazibə və ya vəd nə qədər maraqlı olsa da, sizinlə bağlı gözləntilər bir o qədər artacaq.
Buğa - Fobos və Sinopenin münasibətləri günü sərt, çərçivəli yaşama çevirəcək. Tərəfdaşınız stabillik və təminata ehtiyac duyursa, fəaliyyət ərazisini dəqiq müəyyənləşdirin, fərdiyyətçiliyinizi qoruyaraq uğurunuzu nümayiş etdirin. İşdə və evdə qayda yaradın. İstənilən söz, hadisə və əşyaya doğru yer tapın. Bütün bunlar sizə olan etibarı artıra bilər.
Münasibətlərə yenidən nəzər salın, yaxın insanın hisslərinə dəyər verin. Ehtiyac yaranarsa, yeni aksentə əl atın. Kollektivdə hadisələrin inkişafını müşahidə edin.
Səhvinizi və ya məğlubiyyətinizi səbirsizliklə gözləyən bədxah var.
Əkizlər - Mimasa və Ledanın münasibətləri ətrafınızda baş verən hədisələrin sizi gərginlikdə saxlamasına rəvac verəcək. Rəqiblər qaydaları pozacaq, "partizan savaşı" aparacaq, sizi cavab tədbirlər barədə düşünməyə vadar edəcək.
İstənilən situasiyada özünüzü zəif göstərməyin, vicdanınızı aldatmağa çalışmayın.
Tələsməyin. Aramla davransanız, kobud səhvlər etməzsiniz.
Gün çoxlu faydalı məqamlar bəxş etsə də, bir neçə mürəkkəb sual və tapşırığı da gündəmə gətirəcək.
Gözləntiniz və ya gördüyünüz işdə nöqsan aşkarlanacaq. Olanla kifayətlənməsəniz, nəyisə dəyişməyə can atın, "olmaz" sözünü unudun. Yeni işə başlasanız, sizi çətinlkilər gözləyir.
İstənilən halda əvvəlki günlərlə müqayisədə bu gün işlər iki dəfə çoxdur.
Xərçəng - Neptun və Plutonun münasibətləri hisslərinizdə qarışıqlıq, işlərinizdə isə rasionallıq yaradacaq. Mümkün qədər tez həll etmək istədiyiniz işlərlə məşğul olun.
Əvvəlki dönəmlərlə müqayisədə indi daha çox güzəştə getməli olacaqsınız.
Hadisələrə təsir imkanlarınız çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın. Əməllərlə yanaşı, alınan məlumatların təhlilində aktiv olun.
Maddi məsələlərdə gözləntiləriniz doğurlmaya bilər. Gərəkli nə isə almaq və ya gəlir əldə etmək şanslarınız yox deyil, amma perspektivlər aydın deyil. Belə gözləntilər işin artmasına, planlaşdırılmamış fəaliyyətə səbəb ola bilər.
Münasibətlərin aydınlaşdırılmasında fəallıq etməyə can atsanız, ötənlərdəki səhvlər xatırlanacaq.
Gərəksiz insan və lazımsız əşyalardan qurtulmaq üçün düşərli gündür.
Şir - Lisiteya və Pasifenin münasibətləri təşəbbüslərinizlə ideyalarınızın təqdimatı üçün uğurlu gün deyil. Planlarınızı açıqlamayın, əks halda onlardan rəqiblər yararlana bilərlər. Diqqəti özünüzə cəlb etməyin.
Sıçrayışdan, atılımdan əvvəl bəzən bir qədər dincəlmək, istirahət etmək gərəkdir
Sizə lazım olan özü yaxınlaşacaq. Amma bu gün yox.
Az sonra işlər artacaq. Hazır olun, yaşamınızda qayda yaradın. Hadisələrin gözlənilməz inkişafına, yaxud da emosiyaların qəfil dəyişkənliyinə hazırlaşın.
İşdə və evdə qayda yaradın. Bütün bunlar gərginliyi azaltmağa, sizi müxtəlif tərəflərə çəkən təmayüllərin öhdəsindən gəlməyə imkan verəcək.
Qız - Hiperion və Mimasın münasibətləri yaxın ətrafınızda anlaşılmazlıq, dolaşıqlıq yarada bilər. İş yoldaşı və ya tərəfdaşlarınızdan biri "oyun"dan çıxa bilər.
İşgüzar və şəxsi həyatda "boşalan" yeri doldurmağa tələsməyin. Macəralarınızda hadisələrin maraqlı düyününə düşə bilərsiniz. Belə düyünlər o qədər də təhlükəsiz deyil.
Yaxın adamla münasibətlərdə mübhəm məqamlar çox olacaq. Həmin məqamlara sakit yanaşın. Heç nə tələb etməyib araşdırmağa çalışmasanız, yetərincə maraqlı sözlər eşidəcəksiniz.
Nigaranlıq və incikliyinizə cavab alacaqsınız. Amma nəyisə düzəltməyə, müdaxiləyə tələsməyin. Təşəbbüskar bu gün siz olmamalısınız.
Tərəzi - Amalteya və Demosun münasibətləri sizdən maddi məsələlərdə çox realist davranmağı tələb edir. Bu yaxınlara qədər ciddi önəm verdiyiniz insana münasibətlərinizdə soyuma müşahidə oluna bilər.
Yanlışlıq, səhv nəticələrdən, ən başlıcası isə rifahınıza və durumunuza zərbə vura biləcək addımlardan qaçın.
Sizə yaxın olan insanın müdrikliyində dayaq arayın, yaxşı məsləhəti qulaqardına vurmayın.
Məqsədə doğru aparan yolda ciddi maneələr yarana bilər. Vasitə və ya fiziki resurslarınızın rəqabətdə qalib gəlməyinizə bünövrə olmasına çalışın. Yaşam sizi heç sevmədiyiniz seçimə vadar etsə də, gərginlik və yorğunluğun bir qismi aradan qalxa bilər.
Evdə, işdə qayda yaradın, təmirə ehtiyac duyan əşyanı sazlayın.
Əqrəb - Uran və Merkurinin münasibətləri istənilən problemlərlə ifrat səyləri, habelə lazımsız təvəccöhləri kənarlaşdırmağı məsləhət bilir.
Hissiyatınızı dinləyin. Başqasanın dalğasına asanlıqla uyğunlaşsanız da, situasiyaya təsir cəhdlərinə baş vurmayın. Tənbəllik və ya alternativ maraq səylərinizi üstələməsin. Emosional durumu təhlil etmək şansından yararlanın, sizi narahat edən və ya geri çəkən məqamı anlayın.
Vəziyyət, oyun iştirakçıları, prioritet və məqsədləriniz dəyişir.
Diqqətinizi yeni marağa yönəldəcək və ya maddi-maliyyə perspektivlərinə faydalı əlavə olacaq yeni tanışlıq baş tuta bilər.
Xüsusi gərginlik tələb etməyən işlərlə məşğul olun, tanışlarla əlaqələrə diqqət yetirin, onların istək və qayğılarını anlayın. Sizinlə manipulyasiya etmək istəyənlərə imkan verməyin.
Oxatan - Uran və Saturnun münasibətləri maraqlar toqquşmasında müşahidəçi mövqeyi tutmağı məsləhət bilir. Öhdəlik və həvalə edilmiş işi yerinə yetirin, yeni ideya və planlarını bəyan edərək sizə yeni iş tapşırmaq istəyən adamların çağırışlarına məhəl qoymayın.
Bu gün başqalarının energetikası sizə nə qədər az təsir edərsə, bir o qədər yaxşıdır.
Kimsə peyda olaraq sizə maddi və mənəvi dəstək verə bilər. Yardım və düz yola yönləndirilmək də istisna deyil. Cari problemlərin həlli belə, yaradıcı potensialınızı stimullaşdıra bilər.
Həyatdan kam almaq, dostlarla görüş, hədiyyələr üçün düşərli gündür. Bununla yanaşı, narahatlıq və nigaranlıq da hiss oluna bilər.
Səhhətinizə və istirahətə daha çox vaxt ayırın.
Oğlaq - Serera və Yupiterin münasibətləri sizə seçim anının yaxınlaşdığını bildirir. Fəqət, təminat və vasitələrin kasadlığı seçimi çətinləşdirə bilər. İstənilən şübhəni təhlil edin, fikirləşmək və qərar verməyə vaxt ayırın. İşdə həmkarlarınız, biznesdə tərəfdaş, təhsildə dost və rəfiqənin fikrini nəzərə alın.
Yaxın ətrafınızdakı insanlar ümumi işə pul yatırmağa hazırdır?
Başlanan işləri yarımçıq qoymayın. Şəxsi münasibətlərdəki qərar və addımlarınız da çətinlik yarada bilər. Situasiyalardakı yanlışlıqların aradan qaldırılması, yardıma ehtiyac duyanlara dəstək olmaq, nasaz və ya sıradan çıxmış əşyaların təmiri, yaşam məkanında qayda yaradılması ilə məşğul olmağa dəyər.
Əyləncə və istirahət üçün əlverişsiz gündür.
Xəstə olana axşam baş çəkin, emosional travma almışa dəstək olun, valideynlərə zəng vurun.
Dolça - Haumea və Makumakenin münasibətləri nüfuzlu insanla aranızdakı münasibətləri gərəcək. Təzyiqlərə məruz qaldığınızı düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanların tələblərlə təzyiqləri rahat işə imkan vermir, həyatın tempi sürətlənir.
Yaxşı olar ki, situasiyada güzəştli məqamlar tapın, hamının sizə borclu olduğunu düşünməyin. İmicdə zəruri dəyişikliklərlə bağlı düşünmək üçün əlverişli vaxtdır.
Zərərli vərdişləri keçmişdə qoymaq, yeni təmrinlərə başlamaq, ya da pozitiv fəaliyyətlə məşğul olmaq zamanıdır. Maddi-maliyyə məsələləri xüsusi diqqət tələb edir.
Pulunuz varsa, alış-veriş edin, amma bədxərcliyə yol verməyin. Bəzəkli dükanlara aldanmayın: hər şeyi olduğundan baha almaq və aldanmaq istəyirsinizsə, başqa məsələ.
Gözəllik salonu, bərbərxanaya baş çəkməyi sabaha saxlayın. Şəxsi münasibətlərdə ekstravaqantlığa yol verməyin.
Balıqlar - Serera və Neptunun münasibətləri qüvvənizi, enerjinizi artıracaq. Bəndlərin dağılması, divarların alt-üst edilməsi, daxili qiyam və zahirdəki şərtlərə üsyan mümkündür. Bütün bunlar yaşamda ciddi dəyişikliklərə səbəb ola bilər.
Ulduzlar belə situasiyanı müəyyənləşdiriblər. Emosiyalarınıza hakim olun.
Şərtlərin dəyişməsini istəməsəniz də, hazırlaşın.
Əlavə güzəşt və kompromislərə getməyiniz, əlavə iş görməyiniz gərəkdir.
Planlarınızın dəyişməsi barədə ailə üzvlərinizə açıqlama verin. İş yerini dəyişmək və ya təhsil aldığınız yerdə reallaşdırmaq istədiyiniz əməllə bağlı yaxşı düşünün. Niyyətinizi gerçəkləşdirməyə tələsməyin.
Dünən gecə gördüyünüz yuxunu anlamağa çalışın, məsləhətlərə qulaq asın.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı