"Kişi sözü"nün Ələmdarı, "Gilas ağacı"nın Səftərəlisi, Topal Teymur"un "Şeyx Buxarisi...- Muxtar Avşarov kim olub + FOTOLAR
15-02-2021 [22:54]
Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti MUXTAR AVŞAROVun doğum günüdür.
Ömrünün 90 ilindən 65-ni peşəkar səhnəyə bağlamış dəyərli sənətkarımızın ömür yoluna nəzər salaq.
Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutmuş və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirmişlər.

1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.
1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir. O, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları ifa etmişdir.

1936-cı ildə yeni yaranmış siyasi şöbə tərəfindən Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilmiş və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilmişdir.
Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət etmişlər.
Muxtar Avşarov Gəncə Teatrında 100-dən artıq rolda oynayıb
Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M. Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır.
Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs etmişlər. Guya ki, M.Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz etmişdir. Beş il həbsdə yatan M. Avşarov nəhayət yazdığı ərizələrin müqabilində vaxtından beş il əvvəl azadlığa buraxılmışdır.
Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoymuş və əsas rolu oynamaq ona tapşırılmışdır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad etmişlər. Əmr belə idi ki, o, ictimai yerlərdə, ictimaiyyət arasında olmamalıdır. Bir müddət işsiz qalan M.Avşarov dəyirmanda fəhlə işləyir, nəhayət Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə M. Avşarov respublikanın Əməkdar artisti fəxri adına layiq görülür.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatrın kollektivi ilə tez bir zamanda qaynayıb-qarışan Muxtar Avşarovun tez bir zamanda çoxlu dostları yaranır, hansı ki, əvvəllər onlarla şifahi tanışlığı vardı. Həmişə dostluqdan söz düşdükdə M. Avşarov zarafatyana belə deyirdi: "Qadınlara mənim çox səmimi münasibətim olmuşdur. Mən onlarla olan dostluğumu yüksək qiymətləndirirəm. Çünki, onlara sirr vermək olar".
.jpg)
Həmin müddətdə "Azərbaycanfilm" kinostudiyasında Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri başlayır və Muxtar Avşarova o qədər də böyük olmayan bir rol həvalə olunur. Rolun kiçik həcmdə olmasına baxmayaraq, orada söylədiyi bir neçə kəlmə sözlə personajın daxili aləmi bütövlükdə açılır və bu da aktyorun oynadığı roldakı müvəqqiyyət demək idi. Bu filmdəki rolun uğurlu alınması onun kino fəaliyyətini artırır və bundan sonra "Atları yəhərləyin" filminin çəkilişləri başlayır. Burada İran kəndxudası obrazını yaradan Muxtar Avşarov xarakterik bir aktyor oyunu göstərmişdir. Aktyorun roldakı bu qədər dəyişkənliyi onun yaradıcılıq qabiliyyətinin həddən artıq genişləndiyindən irəli gəlirdi.
M. Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad olunur.
1992-ci ildə Xalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradır.
.jpg)
1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M. Avşarovu həmin teatra dəvət edir. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur.
Ümumiyyətlə, Muxtar Avşarovun rol aldığı müştəlif film və tamaşalar -
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (Rəsi)
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Allahyarın dostu)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (kəndli Rəsul)
Gün keçdi (1971, tammetrajlı bədii film) – aktyor (poçtalyon)
Gilas ağacı (1972, qısametrajlı bədii film) – aktyor (Səftərəli)
Xatirələr sahili (1972, tammetrajlı bədii film) – aktyor (çəkməçi)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (kəndli)
Tütək səsi (1976, tammetrajlı bədii film) – aktyor
Ad günü (1977, tammetrajlı bədii film) – aktyor (bufetçi)
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – aktyor (arabaçı)
Sarıköynəklə Valehin nağılı (1980, tammetrajlı film-tamaşa) – aktyor (Qədirxan)
Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – aktyor (Şeyx Buxari)
Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – aktyor
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (İran zabiti)
Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – aktyor (molla Həzrətqulu)... və
Kişi sözü (1987, tammetrajlı bədii film) – aktyor (Ələmdar) maraqla qarşılanmışdır.

Muxtar Avşarov xarici rejissorların çəkdikləri “Dmitri Kantemir” (1973, rejissorlar Vladimir İoviça, Vitali Kalaşnikov / Moldova) filmində Kərim rolunda, “Başı açıq” (Gürcüstan), “Çayın o sahilində” (Gürcüstan), “Georgi Sahakadze” (Gürcüstan), filmlərində də çəkilib.
Hər kəsə qarşı olduqca səmimi olan ağsaqqal-nurani insanın gözlərində görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. Görkəmli kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət edir, aktyor yalnız ayaq addımlarını saymaqla filmə çəkilir. Bu hadisənin özü də sənətkarın nəyə qadir olmasına bir sübut idi desəm, heç də yanılmaram.
Muxtar Avşarov 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatırnın 10 illik yubileyi ilə əlaqədar olaraq, Xalq artisti fəxri adına layiq görülmüşdür.
Muxtar Avşarov böyük sənətkarlığı ilə bərabər, övladları üçün qayğakeş, mehriban ata, nəvələri üçün örnək baba, bütün xalqı və milləti üçün el ağsaqqalı idi...
Xalq artisti Muxtar Həsən oğlu Avşarov 2004-cü ilin dekabr ayında dünyasını dəyişmişdir.

Qanlı tarixin keşməkeşlərini, ölkə və millətimizin başına gətirilən müsibətləri qan yaddaşına həkk edərək böyük bir zaman kəsiyində müstəqil ölkəmizin azad vətəndaşlarına çatdıran aktyor bu gün də tamaşaçıların qəlbində əbədi yaşamaqdadır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mia.az
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı