Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-02-2021 [00:13]
Qoç - Fobos və Ayın münasibətləri bu günü təəssüratlar, görüşlər və xəbərlər baxımından bol edəcək. Mühüm məsələ ilə bağlı çözüm variantını tapa bilərsiniz. Yaxud da çoxdan bəri gözlədiyiniz hadisə yaşana bilər.
Əvvəllər güc və imkanlarınızın, ya da pulunuzun çatmadığı problemin həllinə doğru ciddi addım atılması istisna deyil.
Yaşanan hadisələrdə dostlar aktiv rol oynayacaqlar. Onlardan yeni ideya və təkliflər ala bilərsiniz. Reallaşmayan gözlənti və istəklərlə bağlı gərginlik, narazılıq hissi var.
Unutmaq istədiyiniz hisslər sizə hələ də ağrı bəxş edir. Amma yeni maraqlara diqqəti yönəltmək üçün stimul və məqsədlər vaxtı başlayır.
Axşam saatları yetərincə romantik ola bilər.
Buğa - Enselad və Avropanın münasibətləri sizə gərginliyin öhdəsindən gəlməyə, heç bir motivi olmayan emosiyalardan qurtulmağa yardım edəcək.
Yanınızdakı insan həddən ziyadə radikal və kəmhövsələdirsə, situasiyanı yumşaltmağa çalışın.
Acı həqiqət və etiraf etmək istəmədiyiniz məqamlar sizdə narahatlıq yarada bilər. Amma bu, can atdığınız gerçəyi öyrənmək vasitəsidir.
Əsas məsələlərin reallaşdırılmasını davam etdirmək üçün bəzi məqamlarda güzəştə gedin. Yaşamın öz qaydalarını diqtə etdiyi yerdə ifrat təzyiqə əl atmayın.
Ev işlərini artırmayın, görüş və ünsiyyəti təxirə salmayın.
Alış-verişə pul tapsanız, diqqətli olun, yalnız gərəkli nəsnələri alın.
Səhvləri düzəltmək üçün əlverişli gündür.
Əkizlər - Umbriel və Enseladın münasibətləri günün təmayüllərini fərqli, müxtəlif planlı edir. Görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin.
İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.
Uzaqdan xəbər alınması istisna deyil.
Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.
Gözlənilməz, xoş alqılar ola bilər.
Sizi həyəcanlandıracaq yeni xəbərin mənbəyi internet olacaq.
Çoxdan bəri baş çəkmədiyiniz saytlara baş çəkin.
Xərçəng - iş və şəxsi həyatla bağlı planlarınızı reallaşdırın. Venera ilə Merkurinin münasibətləri sizdən sərfəli, gərəkli şansı görərək dəyərləndirməyi tələb edir.
Görüş, yazışma, telefon zəngi, çoxdan bəri planlaşdırdığınız nəsnənin alınması mümkündür.
Gərəkli informasiya, əlaqələr, sizə yardım etmək istəyən dostlar peyda olacaq.
Axına düşdüyünüzü hiss edirsinizsə, dayanmayın, ünsiyyət və təmas dairəsini genişləndirin.
Ümumi maraqlanınızın olduğu insanlarla bundan sonra da əməkdaşlığa bel bağlaya bilərsiniz.
Kiçik məsələni şişirdərək problemə çevirməyin, istənilən hadisədə irəliləmək imkanını arayın.
Yaxın insanla münasibətlərə ciddi yanaşın.
Bu günün işini sabaha saxlamayın, çünki sabah həmin işi görmək indiki təki asan olmayacaq.
Şir - Titan və Pasifenin münasibətləri gərəkli nəticə əldə etmək üçün kimlərəsə sərt münasibəti, aqressiv davranışı yasaqlayır. Gülərüz olun, səsinizi qaldırmayın. İş və layihənizdə iştirakınızı arzuladığınız insanı tərifləyin.
Axşam saatlarında yaxşı dincəlməyə çalışın.
Emosiyalarınızı araşdırmaq, pik anlardan sakit qurtulmaq üçün tənhalıq, tək qalmaq faydalıdır.
Qəfil xəbər yeni tərəfdaşlıq və ya maraqlarla bağlı yeni əməkdaşlıq vəd edir.
Qız - Oberon və Qanimedin münasibətləri bu gün sizə ən müxtəlif istiqamətlər üzrə enerji ilə çalışmaq imkanı yaradır. Ətrafınızdakı insanların mövqe və fikirlərini mütləq həqiqət, absolyuta yüksəlmiş gerçək saymayın.
Kimdənsə yardım istəmək fikrinə düşsəniz, onun məsləhətlərini dərhal qulaqardına vurmayın. Əks təqdirdə həmin adamın işlərinə olan marağı yox olacaq.
Maraqlandığınız işlə məşğul olun, ətrafınızdakı insanların ideyalarından yararlanın, məsləhətləri dinləyin, müxtəlif məsələləri müzakirə edin.
Əks cinsin mənsubu ilə söhbət maraqlı və xoşagələn olacaq.
Səfər, görüşlər pis deyil, amma hadisələrə süni təkan verməyin.
Bərabərtəcilli hərəkət daha yaxşıdır.
Rahat şəraitdə çətin problemlərin müzakirəsi imkanından yararlanın.
Tərəzi - Pluton və Tritonun münasibətləri xəbərlərlə təəssüratların sürətli dəyişikliklərini vəd edir. Gün sizi sevindirəcək.
Maddi məsələlərdə perspektivlərin heç də ümidsiz olmaması barədə xəbər gələcək. Ailədə önəmli məsələnin müzakirəsi başlanacaq.
Yeni imkanlar və planlar işlərin ənənəvi axarını məcrasından çıxaracaq. Yaxın adamlara müraciət edərək onlardan sizə yardım etmələrini istəyə bilərsiniz.
Maraqlarınızın çeşid və sayı arta bilər. Axınla hərəkət etmək, hədiyyələr almaq istəyəcək, maraqlı xəbərlər gözləyəcəksiniz. Zahirən passiv təsir bağışlasanız da, şərait imkan verən kimi işlə bağlı məsələni həll edin.
Əqrəb - Sinope və Elaranın münasibətləri gərginliyi azaltmağı məsləhət bilir. Ehtiyac duyulmayan artıq sözlər deməyin, gərəksiz hərəkətlər etməyin. Ən çətin anlarda 10-a qədər saymaqda fayda var.
Eyni vaxtda bir neçə təklifin alınması, yaxud da tam başqa səpkidə gördüyünüz işi görməyə vadar edilmə ehtimalları var.
Seçim və açıq danışmaq təbəddülatı yarana bilər. Ola bilər ki, bütün bunlar sizdə birmənalı olmayan hisslər yaratsın. Bir daha düşünün, perspektivləri dəyərləndirin.
Riskli hesab etdiyiniz oyundan çıxın, intriqa və saxtakarlığın olduğu münasibətlərə qatılmayın. Planlaşdırılmamış durumda iştirakçı olmayın.
Qəzalı gündür, amma intellektual işlə məşğul olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz.
Oxatan - Lisiteya və Leda bu gün sizə mühüm situasiyalar üzərində tam nəzarətə nail olmağı məsləhət bilir.
Cari işlə yanaşı, tərəfdaşlarla əlaqələrin bərpası, danışıqlar, telefonla müzakirələr, məktublarla məşğul olun.
Təşəbbüslərlə tələsməyin. Baş verən dəyişikliklərə vaxtında reaksiya verin, maraqlarınıza toxunan məqamlarla ünsürləri diqqətdən yayındırmayın.
Məramlarınızda bir qədər dağınıqlıq hiss olunarsa, harasa gecikməməyə çalışın.
Plan və ya marşrut qəflətən dəyişə bilər.
Uzun zamandan bəri şəxsi həyatınızda ballast, artıq yük kimi qalmış problemdən bu gün qurtula bilərsiniz.
Sevdiyiniz insanın hisslərinə diqqətlə yanaşın, baş verənlərdən vaqif olmamış son qərar verməyə tələsməyin.
Oğlaq - Mimas və Tefeyanın münasibətləri bu gün yaxınlarınız üçün gördüyünüz işlərdə sizə uğur qazandıracaq. Xüsusi diqqət və qayğı tələb edən məqamları unutmayın.
Tələsməyin, işlərinizdə və yaxın ətrafınızda qayda yaradın, əməllərinizə və sözlərinizə estetik komponentlər qatın.
Hirslənməmək və pərişan olmamaq üçün ünsiyyətdə diqqətli olun.
Baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan hadisələri anlamağa çalışın.
Gün xərclərlə müşayiət olunur. Şəxsi münasibətlərdə gərginlik adi günlərdən fərqli olaraq daha cəsarətli addımlar tələb edir.
Dolça - Haron və Tritonun münasibətləri günü fərqli, unudulmaz edəcək. Münaqişənin gərginləşməsinə hazır olun.
Kollektiv, dostlar və ya üzv olduğunuz qrupla bağlı yenilik var.
Qeyri-adi nə isə gözləyirdinizsə, sürprizin kandarda olduğunu bilin.
Dəyişikliklərin münasibətlərdə gərginlik yaratması da istisna deyil. Hər şeyin qismən normal olduğu məkanda hadisələrin inkişafına ehtiyac duyulmayan təkan verməyin.
Səfər və ya yolda ehtiyatlı olun. Axşam saatlarında, sadəcə, dincəlin.
Beyniniz yorulub, rahatlanmağa ehtiyac var.
Balıqlar - ağır işə və gərginliyin yüksəlməsinə hazır olun. Ünsiyyətin bol olacağı gündür. Əgər kimisə istəyinizi anlamağa çağırmaq istəyirsinizsə, həmsöhbət üçün daha tutarlı arqumentlər tapın.
Günün ilk yarısında pulla bağlı məsələləri həll etməli olacaqsınız. Müzkirə edin, danışıqlar aparın, alınan informasiyanı dəqiqləşdirin. Axşam saatlarını ünsiyyət dairəsini genişləndirə biləcəyiniz yerdə keçirin.
Təcrübə mübadiləsi, maraqlı informasiyanın əldə olunması istisna deyil.
Hərəkət və fəaliyyət azadlığına o qədər ciddi ehtiyac yaranacaq ki, özünüzlə bağlı böyük gözləntilər hiss etsəniz, münaqişə və münasibətlərin dayandırılması da istisna deyil.
Səylərinizi cəmləyin, vaxtında dayanmağı bacarın. İstənilən situasiyada ən mühüm məqamı duyun.
Şəxsi münasibətləriniz və ya işgüzar əlaqələrinizlə bağlı məsələlər siz olmadan da həll oluna bilər.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)