"Yeddi oğul"dan biri Rafiq Əzimovun zəngin həyat yolu... - FOTOLAR
04-02-2021 [17:12]
Azərbaycanın Respublikasının Xalq artisti, "Şöhrər" ordenli, Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycan səhnəsinin ən yaddaqalan 4-5 simasından biri, “Yeddi oğul istərəm” filminin Şahsuvarı... RAFİQ ƏZİMOVun doğum günüdür.
Uşaqlığı, gənclik illəri ehtiyac içində keçib. Amma bu ehtiyac, bu sıxıntı heç vaxt onu əyməyib, əzməyib. İnanıb ki, pis günün ömrü az olur. İnanıb ki, ilahi ədalət mərtəbəsində çəkilən əziyyətin mükafatı böyük olur. Çox keçməyib, şöhrət özü tapıb, adamlar barmaqla göstəriblər onu. Uğur-uğurun dalınca gələndə özünü itirməyib, söykənməyə sənəti, tapınmağa ailəsi olub. Və beləcə, ömrün 83-cü yaşına yetişib.
Qısa arayış:

Rafiq Əşrəf oğlu Əzimov Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub.
Sənət aləminə gəlişi hələ 4-cü sinifdə oxuyarkən olub. Səsi yaxşı olduğu üçün onu məktəbdə yeni yaradılmış xor dərnəyinə üzv yazıblar. Həmin illərdə tar və məktəbin özündə təşkil olunmuş dram dərnəyinə də üzv olub.
Sonra 26 Bakı komissarı adına Mədəniyyət Sarayında Əli Qurbanovun təşkil etdiyi uşaq dram dərnəyinə gedib. Bu dərnəyi də başa vurandan sonra 6 il Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi böyüklər üçün dram dərnəyində fəaliyyət göstərib. Məktəbi bitirəndən sonra isə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. İnstitutda oxuduğu 4 il ərzində 5 əsəri kurs işi kimi təhvil verib.
1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Əlli ildən çoxdur ki, fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. Və bu günədək həmin doğma kollektivdə, o möhtəşəm binada çalışır.
O, Akademik Milli Dram Teatrının səhnəsində Kalendario («Dəlilər», Lope de Veqa), Mirzə Hüseyn, Zəki, Qasım («Toy», «Yalan», «Nişanlı qız», S. Rəhman), Filon, Boraçio, Həkim, Rozenkarans, Hersoq Albani («Antoni və Kleopatra», «Heç nədən hay-küy», «Maqbet», «Hamlet», «Kral Lir», V.Şekspir), Əhməd («Köç», C.F.Başqut), Anton, Kiçik zabit («Şeyx Sənan», «İblis», H.Cavid), Arşaq, Vəzir və Vidadi («Vaqif», S.Vurğun), Sərkis («Hacı Qara», M.F.Axundzadə), Paj («Orlean qızı», F.Şiller), Dursun, Mirzə Cavad, Şeyx («Oqtay Eloğlu», «Aydın», «Ulduz, yaxud Ədirnə fəthi», C.Cabbarlı), Xristo («Falçı», S.Kostof), Caynaq («Ana torpağı», Ç.Aytmatov), Rəhman («Mahnı dağlarda qaldı»), Anaşkin («Sevgililərin cəhənnəmdə vüsalı»), Əhmədcan («Qəribə oğlan»), Rəhmanzadə («Bizim qəribə taleyimiz»), Behbud bəy («Tənha iydə ağacı», İ.Əfəndiyev), Frans Fok ( «Xırs quldurbasan», M.F.Axundzadə), Sərhəd pozan («Darıxma, ana!», N.Dumbadze), Həmzad Qurban, Rüstəm bəy («Dəli yığıncağı», «Anamın kitabı», C.Məmmədquluzadə), Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah», M.F.Axundzadə), Fənd Bağır, Doktor Mahmud, Mozalan («Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm…», Anar), Çığatay ( «Məhəbbət yaşadır» N.Hacızadə), Amerika yazıçısı («Biganələr oteli» R.İbrahimbəyov), Aleksandr Petroviç («Qızıl teşt» S.Səxavət), Qəni müəllim. İxtiyar («Gecə döyülən qapılar», «Burla xatun» N.Xəzri), Kişi ( «Hərdən mənə mələk də deyirlər…», K.Abdulla), Vəzir «Fərhad və Şirin» (S.Vurğun), İbn Tahir «Dar ağacı», Səttar («Rəqabət» B.Vahabzadə), Naşir «Kəllə» (N.Hikmət), Əbdürrəhim bəy Haqverdiyev «Hərənin öz payı» (X.Qoca), Axund Mirmöhsün ağa, Mirzə Ruhulla («Hökmdar və qızı», “Xurşidbanu Natəvan” İ.Əfəndiyev), Qasımlı («Bu dünyanın adamları» Hidayət), Kişi ( «Anlaşılmazlıq» A.Kamyu), Atakişi (“Eloğlu”, A.Şaiq), Mister Parviçini (“Tələ”, A.Kristi), Şeyx Əfəndi (“Füzuli və Əsmər”, M.M.Seyidzadə) və s. obrazları canlandırmışdır.
Teatr aktyoru Rafiq Əzimov eyni zamanda «Azərbaycanfilm» kinostudiyasında «Yeddi oğul istərəm» (Şahsuvar), «Xatirələr sahili» (Vəli), «Babək» (Saray şairi), «Ad günü »(Səlim) və s. filmlərinə çəkilib.
Azərbaycan Dövlət Televiziyasında hazırlanan S. Saninin «Dibdat bəy» (Dibdat bəy), İ.Səfərlinin «Göz həkimi» (İvanov), Ü.Hacıbəyovun «Ordan-burdan» (İsmayıl) teletamaşalarında oynayıb.

O, xarici film istehsaçılarının “Mənim mehriban atam” (1970, rejissor İqor Usov, Əli İsmayılov rolunda / Rusiya), “Absurdistan” (2008, rejissor Veit Helmer, dülgər rolunda / Almaniya) filmlərində çəkilib.
Ümumiyyətlə, Rafiq Əzimovun çəkildiyi filmlərin siyahısı çox uzundur. Onlardan bəzilərini yadımıza salaq:
Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – aktyor
Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – aktyor (fəhlə),
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (Şahsuvar)
Qızıl qaz (1972, tammetrajlı bədii film) – aktyor (Gündüz Eldarov)
Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – aktyor (Sadıq)
Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – aktyor (Hüseynov)
Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – aktyor (Əli paşa)
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – filmi səsləndirən (Əhməd-Rəsmi Cəbrayılov)
Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (Musa)
Unudulan adam (1987, tammetrajlı film-tamaşa) – aktyor
Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – aktyor (Mirzə Cəfər)
Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (türk alim)
Nə gözəldir bu dünya... (1999, tammetrajlı bədii film) – aktyor (Arif)
Aləmdə qalan səs (2001, qısametrajlı sənədli televiziya filmi) – aktyor (aparıcı)
Səbrli adamın fəryadı (2002, qısametrajlı sənədli televiziya filmi) – aktyor (aparıcı)
40-cı qapı (2008, tammetrajlı bədii film) – aktyor (Sabir dayı)
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (yaşlı mirzə)
Bir ovuc torpaq (2009, tammetrajlı film-tamaşa) – aktyor (münəccim)
Azərbaycan xanlıqları. İrəvan xanlığı (2012, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Rafiq Əzimovun əməyi dövlətimiz tərəfindən dəyərləndirilib.
Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimov 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-cı ildə Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür
Çox adam onun sağlamlığına həsəd apara bilər. Özündən soruşanda, bunun sirrini gizlətməz: “Atam həmişə deyərdi ki, oğlum, bir adam sənə pislik etsə, sən ona yaxşılıq elə. Əvvəl bunu qəbul etmək istəmirdim. Amma sonra həyat amalıma çevirdim. Nə gözəldir!... Necə gözəldir!...
Sən heç kimə pislik etmirsən və ömrün boyu rahat yaşayırsan”.

Sağlamlığın yeganə açarının könül rahatlığı, gördüyün hər işə sevgi ilə bağlanmaq, dəlicəsinə vurğun olmaq hesab edən Rafiq Əzimov, yeddi oğuldan biri...
Ömrünüz uzun, sanınız sağ olsun, dəyərli sənətkarımız!
Nurlanə Əliyeva,
Mia.az
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq