BİR PARÇA VƏTƏN...
03-02-2021 [15:39]
Şahnaz Şahin
***
Insanın bütün həyatı nağıla bənzəyir əslində, dünya da onun itirdikləri ilə zənginləşir. İnsan ömrü boyu qazandığı ilə itirdikləri arasında tarazlıq yaratmağa çalışsa da yarada bilmir. Uyğulaşmaq da gəlmir əlindən, sadəcə qəbul edir və yaşayır... Əvvəl tez olur, sonra isə gec.., beləcə əslində hər şeyə gecikir insan...
Hüseynov Fərid Yaşar oğlu həyata vaxtında gəlmişdi, nə tez nə də gec, 17 iyun 1997-ci ildə Məmişlər kəndində ata-anasının oğul payı kimi gəlib dünyaya, M.Quliyev adına Qaralar kənd tam orta məktəbini bitirib. 2015-ci ilin də elə iyun ayında həqiqi hərbi xidmətə çağırılaraq əsgərliyə yollanıb. Vətənə ilk borcunu Pireküşküldəki “N” saylı hərbi hissədə yerinə yetirib və 2017-ci ildə evinə qayıdıb. Iki bacının qardaşı, bir evin dirəyi olduğunu uşaqlıqdan dərk edib elə, amma elə ki, bığ yeri tərləməyə başlayıb qəlbində Vətən sevdası baş qaldırıb. Düşmən tapdağı altında olan qədim yurd yerlərimizin xiffəti dolub canına, Qarabağın azad olunması gününü intizarla gözləyib.
20 sentyabr 2020 ci il tarixində Ali Baş Komandandan gələn hərbi səfərbərlik əmrinə qəlbən şad olub və gözlədiyi günlərin yaxında olması sevinci ilə təlimlərə qoşulub. 29 sentyadrdan isə döyüşlərdə iştirak edib. Füzuli, Hadrut və Tuğ istiqamətində gedən ağır və qanlı döyüşlərin önündə gedib. Vətənin necə bir gülzar olduğunu, amma erməni vandalları tərəfindən yerlə yeksan olunması hamı kimi onun da düşmənə qəzəbini artırmışdır. Əlində tutduğu silah od saçıb düşmənin başına, qovublar iti qovan kimi, ta 31 oktyabr gününədək ön cəbhədə vuruşub Fərid...Həmin gün Tuğ ətrafında gedən çətin və qanlı döyüşlərin birində şəhidlik paltarını geyinib, uca məqama çatıb.. Həm özü ucalıb, həm də bayrağımızı uçaldıb Fərid Hüseynov!..
...Haqq doğuldu qan gölündə,
Qarabağın hər yerində.
Köhlənə qalxan yerində,
Düşmən bağrı dələnim heyy...(Ş.Ş)
Qaralar kəndində dəfn edilən şəhidin məzarı bir ziyarətgahdır indi.., and yeridir, iman yeridir, vətəndən bir parçadır elə. Ölümündən sonra isə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur Fərid.
Atası Yaşar kişi deyir ki, bütün ümidlərim ona bağlı idi, yaxşı övlad idi, vətənpərvər, diqqətliydi. Vətən sağ olsun...
Anası Minə xanım dünya görmüş, həyatı dərk edən qadındır, təmkinlə danışır, deyir:
-Fərid indi bir elin, bir millətin oğludur. Bunu o, öz işi ilə qazandı, vətəndaşı olduğu Azərbaycan torpaqlarının azadlığı yolunda canı və qanı ilə sübut elədi. Mən onunla fəxr edirəm! Balam dostcanlı idi həm də, elə müharibədə, odun-alovun içində də çoxlu dostlar qazanmışdı, silah yoldaşları hamısı da yığılıb gəlmişdilər... Vaxtları olanda zəng də edib hal-əhval tuturlar bizimlə, sağ olsunlar...
Göz yaşlarını heç kimin görməyini istəmir Minəxanım ana, nə vaxt kövrəlsə təkliyə çəkilir... Bu xüsusiyyət yalnız azərbaycanlı analara xas ola bilər... Tez-tez oğlunu ziyarət edir, darıxmasın deyə, Fəridlə ürək söhbəti edir, təsəlli alır... Qələbəyədək yaşaya bilməsə də, Fərid indi rahatdır, ruhu azad səmada uçur, axı nə onun nə də başqa şəhidlərimizin qanı yerdə qalmadı. Torpağın qanla qarışanda vətən olduğunu hamıya sübut etdi bizim şəhidlər... Ruhunuz şad olsun!
Mia.az
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq